XİLAS YOLUNUN YOLÇULARI - Qədim sufilərin söylədikləri

Tərcümə: A. Məsud

 

Bu dünyanın riyasından və yaltaqlı­ğından az ye.

Cəlaləddin Rumi

***

Axtaranı firavanlıqda tapanda, başa düşürəm ki, ondan heç nə çıxmayacaq.

Hüseyn ər-Razi

***

Özünü alçaq xislətinin istəklərindən xilas et. Bu dünyanın böyük hissəsini məhv edən odu.

İbn Ərəbi

***

Şeytanın məqsədi - səni yorub əldən salmaq, başını cəfəng işlərə qatıb yerə yıxmaqdı.

İbn Ərəbi

***

Vəsiyyətimi unutma. Öz alçaq xislətinlə daim savaş, ona qalib gəlməyə çalış. O səbəbdən ki, ya sən ona qalib gəlməlisən, ya o sənə. Üçüncü yol yoxdu.

Əl-Cilani

***

Mən duama mane ola bilən heç nəyə vərdiş eləmirəm.

Əl-Qəzali

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

 

DİGƏR MƏQALƏLƏR