ƏDƏBİ MOZAİKA

Mark Tvenin mәktubları tapılıb

 

ABŞ-ın Kaliforniya ştatının Berkli şәhәrindә dünya şöhrәtli yazıçı Mark Tvenin mәktubları tapılıb.

Mәktubların 1865-1866-cı illәrdә yazıldığı ehtimal edilir. Alim vә әdәbiyyatşünaslar hal-hazırda tapılan mәtnlәr üzәrindә araşdırma aparır. Mark Tven uzun illәr jurnalist kimi fәaliyyәt göstәrib. Tapılan mәktubların yazıçının 1865-1866-cı illәrdә jurnalistika fәaliyyәti zamanı etdiyi qeydlәrdәn ibarәt olduğu bildirilir. Tvenin poçt vasitәsi ilә göndәrdiyi yazılar San-Fransiskonun nәşriyyatları tәrәfindәn çap edilirdi. Belә әmәkdaşlıq forması o dövrlәr üçün çox populyar idi. Nәşriyyata göndәrilәn materiallar tez-tez yerli mәtbuatda – qәzet vә jurnallarda dәrc edilirdi.

Tәdqiqatçıların verdiyi mәlu mata görә cәmi 110 mәktub tapılıb. Mәktubların bәzisindә Mark Tvenin imzası yoxdur. Lakin yazıların üslubu, ifadә tәrzi vә yazıçının xәtti bu mәktubların M.Tvenә aid olduğuna şübhә yeri qoymur. Mәktubların mәzmunu, fikir azadlığı vә yazıçının mülahizәlәri tәd qi qat çılarda daha çox maraq doğurur. Jurnalistikanın Mark Tvenin hәyatında önәmli yer tutduğunu nәzәrә alsaq, bu mәktubların onu bir insan vә yazıçı kimi daha dәrindәn tanıdacağına ümid doğurur.

 

 

Karlson nağıllarının müәllifinin evi muzey olacaq

 

Uşaq nağıllarının müәllifi, dünya şöhrәtli İsveç yazıçısı Astrid Lindqrenin nәvәsi Olle Nayman nәnәsinin evini muzeyә çevirmәk qәrarına gәlib.

Əgәr bu planı baş tutarsa, Nayman muzeyә gәlәnlәri qeyri-adi eksponat vә әşyalarla tәәccüblәndirәcәyini bildirir. O.Naymanın sözlәrinә görә nәnәsi 46 il bu evdә yaşayıb-yaradıb. Ölümündәn sonra doğmaları onun heç bir әşyasına toxunmayıblar. Hәtta yazı masasındakı kağız vә karandaş da Astridin qoyduğu kimi qalıb. “Ümid edirik ki, bu ilin sonunda muzeyin açılışını edә bilәcәyik.

Hal-hazırda bu işlә bağlı hüquqi mәsәlәlәr hәll olunur vә bәzi detallar dәqiqlәşdirilir,” – deyә Nayman jurnalistlәrә bildirib. Xatırladaq ki, bir müddәt әvvәl Lindqrenin 1939-1945-ci illәrә aid hәrbi gündәliyi nәşr edilib. Rәsmi statistikaya görә indiyә qәdәr Astrid Lindqrenin bütün dünyada 144 mil - yon nüsxәdәn artıq nağıl kitabları satılıb. 

 

 

Günter Qrassın çap olunmayan gündәliklәri


Almaniya yazıçısı, Nobel mükafatçısı Günter Qrassın çap olunmayan gündәliklәri tapılıb.

Medianın yaydığı xәbәrә görә gündәliklәrdәki ilk qeyd 1955-ci ilә aiddir. Payızda yazıçının әvvәllәr mәlum olmayan mәktubları da sәrgiyә çıxarılacaq. Hәmin mәktublar 1950-ci illәrdә yazılıb vә Qrassın vaxtilә Düsseldorfda yaşadığı evdәn tapılıb.

Qeyd edәk ki, XX әsr alman әdәbiy - yatının әn böyük nümayәndәlәrin dәn olan Günter Qrass 1927-ci ildә anadan olub. 1999-cu ildә yazdığı “Tәnәkә tәbil” әsәrinә görә әdәbiyyat üzrә Nobel mükafatına layiq görülüb. O, hәm dә “Siçovul”, “Mәnim yüz ilim”, “İblisin gündәliyindәn” vә s. mәşhur romanların müәllifidir. Günter Qrass bu il aprelin 13-dә, 87 yaşında vәfat edib. 

 

 

IMPAC Dublin mükafatının qalibinin adı açıqlandı

 

İngilis romançısı Cim Qrase 100 min avroluq IMPAC Dublin әdәbiyyat mükafatı - nın qalibi olub.

İki il bundan әvvәl “Mәhsul” romanı “Man Booker” mükafatının qısa siyahısına düşmüşdü. Cim Qrase ”Mәhsul” romanını nәş - riyyata borclu qaldığına görә yazdığını deyib: "Onu yazmazdan qabaq ayrı bir roman yazırdım, bir az yazandan sonra fikrimi dәyişdim, romanı başa çatdırmadım.

Nәşriyyatın әvvәlcәdәn verdiyi pulu xәrclә - miş dim vә buna görә çәtin vәziyyәtdә qal mışdım.” Cim Qrase 1946-cı ildә İngiltәrәdә anadan olub. O, “İstilik”, “Altıncı”, “Karantin”, “Peşmançılıq işarәsi”, “Arkadia”, “Qitә” kimi әsәrlәrin müәllifidir. 

 

 

Beynәlxalq Buker mükafatı tәqdim edildi

 

Beynәlxalq Buker mükafatı macar yazıçı Laslo Krasnxorkaiyә verilib.

61 yaşlı yazıçı mükafatı “Müqavimәtin melanxoli - yası”, “Si-van-mu burada bizim aramızda - dır” vә “Şeytan tanqosu” roman lar ı na görә qazanıb. Krasnxorkai mükafata “dәrin tәxәyyülә malik heyrәtamiz әsәrlәr” yazdığı üçün layiq görülüb.

Laslo Krasnxorkai 1954-cü ildә Gyulada doğulub. Jozef Atilla univeristetindә hüquq tәhsili alıb. İlk әsәrini 1977-ci ildә çap etdirib. Sәkkiz il sonra “Şeytan tanqosu” romanı ona şöhrәt qazandırıb. Krasnoxorkai әsasәn insanların qroteskvari mövcudluğu haqda antiutopist pritçalar yazır. Onun dünyası adәtәn izolә olunmuş vә gәlәcәkdәn mәhrumdur.

Laslo Krasnxorkai hәmçinin “Müharibә vә müharibә”, “Sonuncu yaxşılıq”, “Urqa әsiri”, “Sonuncu qurd” romanlarının müәllifidir. 2005-ci ildә tәsis olunmuş Beynәlxalq Buker Mükafatı iki ildәn bir tәqdim olunur. Mükafat hәm ingilisdilli müәllifә, hәm dә әsәrlәri ingilis dilinә tәrcümә olunmuş yazıçıya verilir. Buker sahibinә 60 min funt qazandırır. Krasnxorkai bu nüfuzlu mükafatın 6-cı sahibidir. 

 

 

Dünyanın әn çox qazanan yazıçıları


Bu günlәrdә dünya mәtbuatında әn çox qazanan müәlliflәrin siyahısı vә onların gәlirlәri tәqdim edilib. Siyahıya Ceyms Petterson başçılıq edir.

Ceyms Petterson – 94 milyon dollar Pettersonun 270 milyon nüsxә ilә çap olunan kitabları dünyanın müxtәlif ölkәlәrindә satılıb.

Stiven Kinq – 39 milyon dollar Stiven Kinqin kitabları 350 milyon nüsxә satılıb. Müәllifin 50 romanı, 200- dәn çox hekayәsi var.

Ceynet Evanoviç – 33 milyon dollar Ceynet 19 roman müәllifidir. Robert de Nironun iştirakı ilә çәkilәn mәşhur “Gecәyarısı qaçış” filmi Ceynetin eyniadlı әsәri әsasında ekranlaşdırılıb.

Con Qrişam – 26 milyon dollar Onun әsәrlәri dünyanın bir çox dillәrinә tәrcümә olunub.

Cef Kinne – 25 milyon dollar Cef Kinneyә әn çox qazanc gәtirәn әsәr “Vimpi Kidin gündәliklәri” kitablar toplusudur.

Bill O’Reyli – 24 milyon dollar Bill O’Reyli daha çox siyasi mövqeyi vә fәaliyyәtilә tanınsa da, müәllifi olduğu kitablar tez bir zamanda mәşhurluq qazanıb vә yazıçıya milyonlarla gәlir gәtirib.

Nora Roberts – 23 milyon dollar Nora Roberts 209 kitab müәllifidir. Xanım yazıçının sözlәrinә görә bu kitabları yazmaq üçün 861 hәftә sәrf edib.

Daniela Stil – 23 milyon dollar Daniela Stil dünyada әn çox әsәri satılan dördüncü müәllif hesab olunur.

Suzan Kollinz – 20 milyon dollar “Aclıq oyunları” trilogiyası ilә mәşhurdur. Din Kuntz – 19 milyon dollar Din Kuntz kitabları mütәmadi olaraq ilin әn çox satılan müәlliflәri siyahısında yer alır.

Hazırladı: Sәxavәt Sahil

DİGƏR MƏQALƏLƏR