LATIN AMARİKASI ROMANI - Mario Benedetti

Mühacir italyan ailəsində doğulmuş görkəmli Uruqvay yazıçısı Mario Benedetti (1920-2009) ilk təhsilini dörd yaşından etibarən yaşadığı Montevideodakı alman məktəbində, daha sonra “Miranda” liseyində alıb. Maddi imkansızlıq ucbatından təhsilini davam etdirmədən Buenos-Ayresə köçməyə məcbur olub. 1945-ci ildə yenidən Montevideoya qayıdıb və hərbi çevrilişə qədər həftəlik “Marça” qəzetində işləyib. İnqilabi hərəkata hələ 70-ci illərdən qoşulan yazıçı hərbi çevriliş baş verən il – 1973-cü ildə Uruqvayı tərk edib və uzun müddət, əvvəl Argentinada, sonra Kubada, daha sonra İspaniyada mühacir həyatı sürüb. 

İlk kitabı 1945-ci ildə Montevideoda işıq üzü görsə də, Mario Benedettiyə uğuru 1959-cu ildə nəşr olunmuş “Montevideolular” adlı hekayələr toplusu qazandırıb. Növbəti il çapdan çıxan ilk irihəcmli  “Nəfəsdərmə” romanı yazıçıya dünya şöhrəti gətirib.  

Səksən doqquz il ömür sürən sənətkar, ümumilikdə 60-dan çox romanın, yüzlərlə şeir və hekayənin, həmçinin pyeslərin müəllifidir.

Oxuculara təqdim edilən “Yaxın sahil” (1977) Latın Amerikasında baş verən inqilabi hərə­kata həsr olunub.

 

Tәrcümә: Mahir N. Qarayev

 

 

YAXIN SAHİL 

(roman)

Bilmirәm niyә, ancaq tәyyarәyә tәrәf addımlayarkәn mәnimlә vidalaşmaq üçün Karrasko aeroportuna yığışıb gәlmiş cәmi qohum-әqrәbamı eyni vaxtda hәm topa şәklindә gördüm, hәm dә tәk-tәk – budur, mәnә әl elәyirlәr, anam aşkarca süzülәn göz yaşlarını saxlamaq üçün barmağını eynәyinә sıxır vә lәnәt şeytana, özüm dә çarәsizikdәn gözlәrimi silmәyә başlayıram. Bir sözlә, onların yuxarıda candәrdi bir-birinә qısılıb, әslindә isә, hәmişә olduğutәk ayrı durduqlarını (çox güman ki, öz dilimin ucbatından) görәndә, keçmiş günlәrin solğun xatirәlәri birdәnbirә yaddaşımı silkәlәyib oyatmağa başladı. Xatirәlәr o qәdәr uzaq idi ki, әvvәlcә hәtta şübhәyә dә düşdüm: bunlar hәqiqәtәnmi mәnimkilәrdi? Amma mәnimkilәr idi, ona görә dә sonradan, daha doğrusu, halhazırda elә tәyyarәnin içindәcә, oturduğum doqquzuncu sırada (xalis Tanrı bәxşişi olan uzun ayaqlarımı rahat uzatmağım üçün mü- nasib yerdә) yaddaşımın әn dәrin qatlarını eşәlәyib, bütün olub-keçәnlәrin tәfәrrüatına varmaqla hәmin o xatirәyә qayıdır, o çoxdankı epizodu gözlәrim önündә tam canlandırmamış yazı dәftәrçәmdә qeydә başlamağa qәrar verә bilmirәm – hәr şeydәn göründüyü kimi, bu qeydlәri heç kәs heç vaxt oxumayacaq. Amma nә bilmәk olar, bәlkә kimsә oxudu?

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR