MEMUAR - İvan Zaxaryin

Yazıçı vә dramaturq İvan Nikolayeviç Zaxaryin (1837-1906) Rusiyanın Tambov quberniyasında anadan olub, 1860-cı illәrin әvvәllәrindә Moskva universitetinin mәzunu olub. 1870-ci ildәn “Budilnik” jurnalının redaktoru işlәyib.

“Cahil camaat” (1889), “Xәyallarnәğmәlәr” (1896), “Keçmişin kölgәlәri” (1885), “Gәnclik әyyamı” (1891), “Xivә” (1898), “Xalq üçün” (1897), “Qraf Perovski vә onun Xivә yürüşü” (1901), “Görüşlәr, xatirәlәr” (1903) vә sairә kitabları geniş yayılıb.

O, Hafiz Şirazidәn vә Viktor Hüqodan tәrcümәlәrilә dә tanınır.

 

Orijinaldan tәrcümә: İlqar Əlfi

 

ŞEYX ŞAMİL

Şamilin oğlu ilә görüşlәrim

1898-ci ilin avqust ayında “Vestnik Yevropı” kitabçasında çıxmış “Şamilin yanına, Kaluqaya sәfәrim” adlı mәqalәm keçmiş Qafqaz imamının Rusiyaya xidmәt edәn vә orada yaşayan üç oğlundan yeganәsi – general Mәhәmmәd Şәfi ilә yeni görüşümә sәbәb oldu. Bu görüş aşağıdakı şәraitdә baş verdi. 1899-cu ilin yay aylarında Kislovodskda yaşayırdım. Bir dәfә “Sezonnı Listok”u nәzәrdәn keçirәrkәn, bura müalicә üçün gәlmiş şәxslәr arasında general Mәhәmmәd Şәfi Şamilin adını da oxudum. Onunla otuz sәkkiz il әvvәl, hәlә on beş yaşlı yeniyetmәykәn Kaluqada görüşdüyüm üçün, indi tamam başqa bir şәraitdә ünsiyyәt qurmaq mәnә maraqlı idi. Bir neçә gündәn sonra bu görüş baş tutdu. Mәn vә general Potto parkda әylәşib Qafqazın keçmişindәn danışırdıq. – Qafqaz müharibәsinin sabiq qәhrә - man ları barәdә sizә bax, bu şәxs çox şeylәr söylәyә bilәr, – Vasili Aleksandroviç bizә yaxınlaşmaqda olan ortayaşlı, dolubәdәnli, kürәn saqqallı, ucaboy, cüssәli generala işarә etdi. Mәn bu şәxsi Kaluqada gördüyüm, bığ yeri yenicә tәrlәmiş bәstәboy oğlana qәtiyyәn bәnzәdә bilmәzdim. Vasili Aleksandroviç bizi bir-birimizә tәqdim edәn kimi general Mәhәmmәd Şәfi Şamil soruşdu: – Ötәn il “Vestnik Yevropı”da atam haqqında dәrc olunmuş mәqalәnin müәllifi siz deyildiniz? Mәn tәsdiq etdim. – Sizinlә görüşümә çox şadam, – Mәhәmmәd Şәfi dedi. – Şadam ki, hәmin mәqalәyә görә sizә şәxsәn tәşәkkür etmәk imkanı әldә etdim. O mәqalәdә atamın yanında pristav olmuş polkovnik Prjetslavskinin yazılarındakı uydurmalardan yoxdur.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR