KORİFEYLƏR - Avqust Strindberq

Avqust Strindberq (1849-1912) müasir İsveç әdәbiyyatı vә teatrının banisidir. O, “Qırmızı otaq” (1879), “Hemsyö adasının sakinlәri” (1887), “Dәlinin etirafları” (1888), “Qara bayraqlar” vә başqa әsәrlәrilә böyük şöhrәt qazanmış, XX әsr qәrb mәdәniyyәtinin söz sahiblәrindәn birinә çevrilmişdir. Yaradıcı - lığının ilkin mәrhәlәsindә yazıçı pozitivizm, darvinizm platformasına istinad etmiş, sosial bәrabәrlik, qadın azadlığı, pasifizm vә internasionalizm ideyalarının tәrәfdarı kimi tanınmışdır. Sonrakı illәrdә görkәmli sәnәtkar bir sıra psixoanalitik, mistik sәciyyәli әsәrlәr yazmışdır. XX әsrin әvvәllәrindә qәlәmә aldığı әsәrlәr isә özündә daha çох sosial protest, rea - list ictimai satira, “bürokratiya bataqlığı”na etiraz (“Qotik otaqlar”, “Böyük yol” vә s.) kimi motivlәri әks еtdirir.

 

Tәrcümә: Еtimad Başkeçid

 

VİCDAN ƏZABI

(hekayә)

Sedan döyüşlәrindәn iki hәftә sonra, yәni 1870-ci il sentyabrın ortaları idi. Prussiya geologiya idarәsindә xәritәlәrin surәtini çıxaran, o vaxtlar artıq ehtiyatda olan leytenant fon Blayxroden kiçik Marlott kәndinin Cafe du Cercle qonaq evindә, rahat otaqların birindә yazı masasının arxasında әylәşmişdi. Dik yaxalıqlı pencәyini stulun söykәnәcәyindәn asmışdı. İlk baxışda pencәk qıc olmuş qollarıyla stulun ayaqlarına sarılan cәsәdi xatırladırdı – elә bil qәfildәn kәllә-mayallaq aşacağından qorxurdu; sağ әtәyindә aşırma qayışın, sol әtәyindә qılınc qınının izi görünürdü, kürәyi isә kәnd yolları kimi toz - luydu. Leytenant rütbәsini daşıyan cәnab geoloq köhnә şalvarının balağına baxıb, Kaynozoy dövründәn qalma toz-torpağı axşamın qaranlığında belә, asanca tәdqiq elәyә bilәrdi. Odur ki, hәr dәfә xәbәr gәtirәn adamın çirkli çәkmәlәrinin izinә diqqәt yetirib, onun haradan – eosen, yoxsa pliosen dövründәn keçib gәldiyini sәhvsiz müәyyәn edirdi.

Cәnab leytenant indi әsgәrdәn daha çox geoloq idi, amma hәr şeydәn әvvәl mәktub yazmağın ustasıydı. Eynәyi alnına qaldırıb, әlindә qәlәm, pәncәrәyә zillәnmişdi. Bayırda payızın gözәlliyi göz oxşayırdı – bağdakı alma-armud ağaclarının budaqları şirәli meyvәlәrin ağırlığından yerә әyilmişdi. Narıncı-qırmızı boranılar yaşılımtıl-boz әnginar kolluğunun yanında günәşlәnirdi; pambıq kimi ağappaq kәlәm sıralarının yaxınlığında tünd-qırmızı pomidorlar çubuqlara dırmaşmışdı; boşqab böyüklüyündә sarı günәbaxanların başları günәşin әyildiyi sәmtә çevrilmişdi; bütöv bir georgin zәmisi gözә dәyirdi – nişastalanmış kәtana bәnzәyәn ağ, laxtalanmış qan rәngindә tünd-qırmızı, tәzә kәsilmiş әt kimi bulanıq-qırmızı, içalat kimi qırmızımtıl, kәndir lifi kimi xal-xal, sarı-boz, sarı georginlәr sәs-sәsә verib, rәnglәrin oratoriyasını oxu - yurdu. Qumlu cığırı şәbbu çiçәklәri qoruyurdu. Yasәmәni, gözqamaşdıran gümüşü-göy vә külәş rәngli şәbbuların sırası, cığır boyu, qonur-yaşıla çalan üzümlüyә qәdәr uzanırdı. Üzümlük vakx әsalarından ibarәt meşәliyi xatırladırdı – yarpaqların arasında gizlәnmiş qırmızımtıl salxımlar o әsaların üzәrindәki tәsvirә çox bәnzәyirdi. Arxa planda çovdar zәmisi görsәnirdi. Yetişәn sünbüllәr 106Korifeylәr. Vicdan әzabı 2015 AVQUST STRİNDBERQ Tәrcümә: Еtimad Başkeçid boyunlarını kәdәrlә yana әymişdi, hәr dәfә külәk qalxanda onların biz-biz duran qılçıqları vә pulcuqları havaya sovrulur, torpağın nemәtlәri özünә qayıdırdı. Sünbüllәr körpәsini süddәn kәsmiş ananın döşü kimi dopdoluydu.  

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR