PYES - Ejen İonesko

Tәrcümә: Zahid Sarıtorpaq


DÖRD NƏFƏRLİK SƏHNƏ


İŞTİRAK EDİRLƏR:

D y ü p o n – Dyüran kimi geyinib.

D y ü r a n – Dyüpon kimi geyinib.

M a r t e n – eynәn onlar kimi geyinib.

G ö z ә l Q a d ı n – sәhnәyә çıxanda әn azı başında şlyapa, çiynindә bürüncәk vә ya әynindә xәz şuba olur. Özü dә әlcәkdә, tuflidә, donda, әlindә çanta vә sair.

Dekorasiya

Solda – qapı. Sәhnәnin ortasında masa. Masanın üstündә içindә çiçәklәr olan üç güldan var. Bir tәrәfdә kreslo vә ya divan qoyulub. Tryukları asanca yerinә yetirmәk üçün masanın üstünә, döşәmәyә qәdәr sallanan böyük, mәxmәr süfrә salınıb.

İlk və yeganə səhnə

Pәrdә qalxır. Dyüpon әllәri arxasında masanın başına hәrlәnir. Dyüran da qarşı tәrәfdәn gәlir. Onlar toqquşaraq geri dönür, bir-birinin әksi istiqamәtindә yenә dә hәrlәnmәkdә davam edirlәr.

 

D y ü p o n. Yox...

D y ü r a n. Hә...

D y ü p o n. Yox...

D y ü r a n. Hә...

D y ü p o n. Yox...

D y ü r a n. Hә...

D y ü p o n. Sizә deyirәm – yox... Ehtiyatlı olun, çiçәklәrә toxunmayın.

D y ü r a n. Sizә deyirәm – hә... Ehtiyatlı olun, çiçәklәrә toxunmayın.

D y ü p o n. Hәr halda, yox... D y ü r a n. Hәr halda, hә... Tәkrar elәyi - rәm – hә.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR