PORTRET - Yuri Bezelyanski

Yuri Bezelyanski Rusiyanın “Veçernyaya Moskva”, “Nauka i jizn”, “Oqonyok”, “Rabotnitsa” kimi qәzet vә jurnallarında tarixi rubrikaların aparıcısıdır. Öz vәtәnindә vә ABŞ mәtbuatında 1600-dәn çox publisistik yazıları dәrc olunub. Uzun illәr boyu toplayıb sistemlәşdirdiyi kulturoloji vә tarixi informasiyaların әksәriyyәti sonralar yazdığı kitablar üçün bir növ tәmәl rolunu oynayıb. “Ryürikdәn Yeltsinә qәdәr”, “Cakondanın tәbәssümü”, “Alovlu әsr”, “Moskva tәqvimi” “Qәrbin mәşhur yazıçıları. 55 portret” vә sair bu kimi kitabları oxucuların rәğbәtini qazanıb.Rumin әsilli görkәmli fransız dramaturqu, absurd teatrın klassiki Ejen İonesko haqqındakı bu mәtn dә müәllifin adını çәkdiyimiz sonuncu kitabındandır.

 

Tәrcümә: Zahid Sarıtorpaq

 

 

ABSURD KLASSİKİ

 

Kütlәvi әdәbiyyatın uğurunu üç anlayış tәşkil edir: seks, qorxu, ölüm. Bu zaman kitabları isti piroq kimi әldәn qapırlar. Fransız әdәbiyyatının ustalarından olan Ejen İoneskonun piroq bişirmәyә aidiyyatı yoxdu. Onun pyes vә kitabları detektiv intriqalarından kәnardı. Seks – ya azdı, ya da tamamilә görünmür. Qorxu – var. Ölüm – tәmәl sözlәrdәn biridi. İonesko başqa bir sahәnin – intellektual әdәbiyyatın parlaq nümayәndәsidir. O, absurd teatrının yaradıcılarından biridir. Hәtta İoneskonu absurd klassiki adlandırmaq olar. Ejen İonesko 1965-ci ilә qәdәr SSRİ mәkanında tәrcümә olunmamışdı, amma әdәbi “hәcvlәrindәn” xәbәrdar idilәr. Onun ilk dәfә “İnostrannaya literatura” jurnalında dәrc olunan “Kәrgәdan” pyesi böyük rezonans doğurmuşdu. Bizim “әdәbiyyat zooparkında” belә “kәrgәdanlar” saxla - nılmırdı. Bütün maariflәnmiş vә ziyalı oxucular İonesko haqda bir ağızdan danışmağa başladılar. Savadsız vә cahil oxucular isә bu günә qәdәr onun barәsindә heç nә bilmirlәr. Qәlәmi qüdrәtlidimi? Şübhәsiz, çox nadir istedaddı. “Yazı nә gözәl müalicәdi! Mürәkkәbindәn asılı olaraq, qara vә göy hәrflәrlә yazıb doldurduğum ağ sәhifә mәnim hәyәcanımı canına hopdurur. Dәrdini danışır, ürәyini açır. Bu mәnә bir rәsm әsәri kimi yaxşı tәsir edir...” (İoneskonun “Fasilәli axtarış” kitabından). Ejen İonesko 26 noyabr 1912-ci ildә rumın şәhәri Braşovda doğulub. Anası fransız, atası isә damarlarında ya polyak, ya da yәhudi qanı daşıyan rumın idi. Hәr halda, “Yәhudilәr rus mәdәniyyәtindә” mәlumat kitabında (1966) İonesko da Kafka vә Feyxtvangerlә birgә Qәrbin yәhudi yazıçıları sırasında göstәrilib (şәxsәn mәndә bu barәdә dәqiq mәlumat yoxdu). Ejenin bir yaşı olanda onu anasının vәtәninә gәtirirlәr, o, Parisdә vә La Şanel-Antenezdә yaşayır, katolik qaydalarıyla tәrbiyә alır, fransız әdәbiyyatına aludә olur vә özü dә yazmağa başlayır. İonesko deyirdi: “On bir yaşımdan yazmağa başladım, dәrhal da memuara girişdim. On iki yaşımda şeirlәr qoşdum vә on üç yaşımda ilk pyesimi yazdım...” 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR