DEBÜT - Yuri Kuznetsov

Hәrdәn elә gözәl әdәbi nümunәlәrlә rastlaşırıq ki, onu öz dilimizdә oxumaq istәyirik. Mәndә tәrcümәyә maraq da buradan yarandı.

Rus әdәbiyyatının sevilәn şairi Yuri Kuznetsov şeirlәrini dilimizdә oxumaq istәdiyim şairlәrdәn biridir. O, 11 fevral 1941-ci ildә Krasnodar vilayәtindәki bir kazak kәndindә, zabit vә müәllim ailәsindә anadan olub. 1965-ci ildә M.Qorki adına Ədәbiyyat İnstitutuna daxil olub. İlk şeirlәr kitabı “Tufan” 1966-cı ildә işıq üzü görüb. 1974-cü ildә “İçimdәki uzaqlıq” adlı, sayca ikinci kitabını nәşr etdirdikdәn dәrhal sonra, paytaxt tәnqidçilәrinin diqqәtini cәlb edә bilib. Onun yaradıcılığı müasirlәri arasında seçilәrәk özündәn sonrakı nәslin әdәbi zövqünә tәsir göstәrә bildi.

Yuri Kuznetsov iyirmiyә yaxın şeir kitabının müәllifi, Rusiya Dövlәt Mükafatı laureatıdır. O, 2003-cü il noyabrın 17-dә vәfat edib. 

 

Orijinaldan tәrcümә: Günel Şamilqızı

 

 

SÜPÜRÜM VƏ BİR KAZAKIN GÖZ YAŞLARI

 

Tel-tel sadaladı Tanrı saçımı,

Çözdü illərimi ququ nəğməsi. 

Nalların altında sındı vüqarım

Qopardı başımı qılınc zərbəsi.

 

Anamın “Özünü qoru” nidası,

Səsləndi dalımca ayrılıq dəmi.

Şimşək elə günə qoydu göyləri,

Göz gözü görməyir bu günə kimi.

 

Açıb arxasınca qanlı bir zolaq.

Kəlləm diyirlənir belədən-belə.

İlişib saçlarım yaşıl otlara,

Mənim dərdim indi dərd olub çölə... 

 

Göylərin bağrında alov xətləri...

Yenə ləngər vurur, yellənir otlar.

Son telləri sayır başımda Tanrı

Həyatda hər şeyin başında O var.  

 

2001

Şeirlər bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR