ÇAĞDAŞ MİSİR NOVELLASI - İhsan Abdul-Qaddus

Çağdaş Misir novellasının yaşı elә dә çox deyil. Bu janrın Misirdә yaranma tarixi XIX әsrin sonu, XX әsrin әvvәllәrinә, xalqın siyasi tәfәkkürünün formalaşdığı dövrә tәsadüf edir. Bütün әdәbi janrlarda, xüsusilә dә, kiçik hekayә vә novellalarda real hәyat hadisәlәrini әks etdirәnlәr arasında Nobel mükafatı laureatı Nәcib Mәhfuz, Mahmud Teymur, Taha Hüseyn, Tofiq әl-Hәkim vә İhsan Abdul-Qaddus kimi dünya şöhrәtli yazıçılar var.

“Avtobus oğrusu” hekayәsinin müәllifi yazıçı İhsan Abdul-Qaddus (1919-1990) onlarla roman vә hekayәlәr toplusunun müәllifidir. 


Orijinaldan tәrcümә: Şahin Əlәsgәr

 

AVTOBUS OĞRUSU

 

Cәnab hakim! Bu söhbәtlәrin indi heç bir mәnası yoxdur. Hamısı vaxt itkisidir. Əgәr hәr şeyi olduğu kimi etiraf etmişәmsә, şahidlәri dinlәmәyin nә mәnası var? Axı onlar sizә mәnim danışdıqlarımdan artıq bir şey demәyәcәklәr. Bu qәdәr rәsmiyyәtә nә ehtiyac var? Mәn hәlә dә hәbsxanadayam, bu artıq beşinci mәhkәmәdir, irәliyә doğru isә bir addım belә atmamışıq...

– Cәnab hakim! Bir Allah şahiddir ki, mәhkәmәni tәnqid etmәk niyyәtim yoxdur. Sadәcә, sizin vaxtınıza qәnaәt etmәk istәyirәm. Xahiş edirәm, cәnab hakim, әllәrinizdәn öpürәm, imkan verin, sözümü axıra çatdırım! Axı tәqsirlәndirilәn şәxs mәnәm, hәbsxanaya salınan da mәnәm, ailәsi dağılan da mәnәm, uşaqları yetim qalan da mәnәm. Arxayın olun, mәni müdafiә edәn vәkilә heç nә olmaz. Əksinә, o, hәlә mükafatını da alacaq. Anam hәr zaman sevә-sevә gәzdirdiyi qızıl boyunbağısını satdı. Satdı ki, vәkilin pulunun bir hissәsini ödәsin...

– Yox, yox, mәn vәkili günahlandırmaq niyyәtindә deyilәm. Rәhmәtlik atamın ruhuna and olsun, belә şey ağlıma da gәlmәyib. Onun mәslәhәtlәrini qiymәtlәndirirәm. Amma, siz Allah, icazә verin, vәkildәn qabaq çıxış elәyim. Sәbәbini dә az öncә dedim axı – tәqsirkar mәn, hәbsxanaya gedәn mәn, ailәsi dağılan, uşaqları yetim qalan da mәnәm!..

– Çox sağ olun, cәnab hakim, Allah ömrünüzü uzun etsin! Arxayın ola bilәrsiniz, fikrimi qısa çatdırmağa çalışacağam.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR