YADDAŞ - “Tarixin axarını dәyişәn mәktublar”

TARİXİN AXARINI DƏYİŞƏN MƏKTUBLAR


Tәrcümә: Əhmәd Oğuz

 

Mәktublar, mәktublaşmalar hәlә yazı mәdәniyyәtinin yaran - madığı vaxtlardan mövcud idi. Dünyanın duru çağlarında sevgililәr dә birbirinә sözünü mәktublarla deyirdi: çiçәk mәktubuyla, yovşan mәktubuyla, alma, heyva, nar mәktubuyla, xalçalardakı ilmә mәktubuyla... 

Bir dә fironların, şahların, xaqanların mәktublaşmaları vardı ki, lap qәdim dövrlәrdә bir tәrәf o biri tәrәfә öz sözünü rәmzlәrlә, tәsvirlәrlә çatdıra bilirdi. Yazının meydana çıxmasıyla mәktublaşmaların önәmi birә- min artdı. Dövlәt vә ölkәlәrin bir-birinә qarşı münasibәtlәrini aydınlaşdırmaq, problemlәrini hәll etmәk sahәsindә, bir sözlә, beynәlxalq әmәkdaşlıqda mәktublaşmalar o dәrәcәdә әhәmiyyәtli rol oynadı ki, dünyanın ölkә vә dövlәtlәrinin taleyi bir әlcә kağızdan asılı qaldı. Diplomatik yazışmalar özüylә bәrabәr hәm dә bir dildәn başqasına tәrcümә mәsәlәsini dә gündәmә gәtirdi. Bu mәnada әn qәdim dövrlәrdәn bu günümüzә qәdәr dövlәtlәr arasında yazışmalar, şahların, xaqanların mәktublaşmaları hәm o dönәmlәrin ab-havasını, hәm dә bu günә tarixin hansı mәrhәlәsindәn keçib gәldiyimizi öyrәnmәk baxımından xüsusi әhәmiyyәt daşıyır. Katiblәrin әliylә yazılsa belә, hәr şah mәktubu bütöv bir xarakteri ehtiva etmәkdәdir. Çin imperatorunun Hun xaqanına, Sultan Sәlimin Şah İsmayıla vә yaxud da Teymurun Bәyazidә mәktubları – üslubu, yazı manerası vә tәhkiyә tәrzi etibarı ilә bir-birindәn nә qәdәr fәrqli, hәm dә nә qәdәr oxşardır... Tarixin bu qәdәr uzaqlığından baxanda o mәktubların hәr sәtrindә döyünәn bir ürәk, hirs-hikkә, hökm, әzәmәt görünür. Bir dә hәmin mәktubların hamısında ilk nәzәrә çarpacaq bir cәhәt var – özünә inam, gücünә, qüvvәtinә arxayınlıq... Ancaq yüzillәr sonra o mәktubları oxuyanlara yaşanmış tarixi aqibәtlәr bәlli olduğuna görә, bәzәn kәdәr, bәzәn tәәssüf, bәzәn dә qürur hissi hәr şeyi üstәlәyir. Vә tarixin axarını dәyişәn kiçik bir mәktubun gücü qarşısında donub qalırsan. 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR