DEBÜT
Ezra Paund (ABŞ) - Şeirlər

Ezra Paund (ABŞ)


Şeirlə riyaziyyat ruhən əkizdir. Poeziya cəbr qədər mürəkkəb və məntiq tələb edən bir sənətdir. Riyaziyyatdan fərqli olaraq, şeriyyatdakı tənliklər fiqur əvəzinə sentimental nəzəriyyə ilə ifadə edilir. Əgər şairin düşüncəsində sehr elmdən çox yer tutursa, deməli o insan ortaya əsl sənət qoymaq gücündədir. İnsani fikirləri kvadratlar, bucaqlar formasına salmaq mümkündür. Bu zaman sanki hisslərə cadu edilərək sətirlərə köçürülür. Şairlik sənəti gizli, əsrarəngiz və dərin köklərə bağlı proses üzərində qurulur.

 

İngilis dilindən tərcümə Məhəbbət Hacıyeva

Məhəbbət Hacıyeva 1990-cı ilin 13 oktyabrında Kəlbəcər rayon Nadirxanlı kəndində anadan olub. Orta məktəbi Gəncə şəhərində bitirib. 2013-cu ildə Azərbaycan Dillər Universitetini bitirib.


Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR