BUKER MÜKAFATI LAUREATLARI - İen Makyuen

Mәşhur ingilis yazıçısı İen Makyuen 1948-ci ildә Olderşot şәhәrindә dünyaya gәlib. Atasının orduda xidmәti ilә әlaqәdar gәlәcәk yazıçının uşaqlıq illәri Uzaq Şәrqdәn Almaniyaya, Şimali Afrikaya qәdәr dünyanı dolaşmaqla keçir. O, 1970-ci ildә İngiltәrәnin Sasseks Universitetinin İngilis әdәbiyyatı fakültәsini bitirir vә East Anqlia Universitetindә Yaradıcı yazı üzrә magistr dәrәcәsi qazanır. Makyuen әdәbiyyat sәhnәsinә 1970-ci illәrin ortalarında iki hekayәlәr toplusu ilә çıxır: "İlk eşq, son mәrasimlәr" (1975) vә "Mәlәfәlәrin arasında" (1976). Hәr iki kitabda seksual anomaliyalardan, qәhrәmanların fikrindәn çıxmayan kabuslardan, qәribә personajlardan bәhs edilir. Əsәrlәri ona Macabre (Qorxunc) tәxәllüsünü qazandırır. Çox keçmәdәn, 1976-cı ildә Makyuen ilk hekayәlәr toplusuna görә nüfuzlu “Somerset Moem” mükafatına layiq görülür.

1980-ci illәrdә o, әsasәn, kino vә televiziya üçün ssenarilәr, elәcә dә, "Yadların tәsәllisi" vә "Zaman içindә uşaqlıq" romanlarını yazır. Makyuen yaşa dolduqca әsәrlәrindә insest, sadizm vә psixi davranış pozuntuları kimi mövzulardan uzaqlaşaraq, insan faciәlәrinin tәhlilinә yönәlir. 1987-ci ildә "Zaman içindә uşaqlıq" romanına görә Vitbred mükafatını alır. "Beton bağ", "Yadların tәsәllisi", "Dözülmәz sevgi" romanları әsasında filmlәr çәkilir. Əsәrlәri yeddi dәfә "Buker"ә namizәd göstәrilәn yazıçı, bu mükafatı 1998-ci ildә "Amsterdam" romanına görә alır. 2001-ci ildә yazdığı "Arınma" romanı "Times" jurnalı tәrәfindәn ilin әn yaxşı romanı seçilir vә Buker mükafatının qısa siyahısına düşür. Bu gün Makyuen çoxsaylı yazıçıların arzu edә bilәcәyi mövqedә qәrarlaşıb. Onun kitabları hәm bestsellerә çevrilir, hәm dә tәnqidçilәr tәrәfindәn yüksәk qiymәtlәndirilir. "Times" jurnalı Makyuenin adını Britaniyanın "1945-ci ildәn sonra әn böyük yazıçıları" siyahısına daxil edib. 

 

Orijinaldan tәrcümә: Ülkәr Nәsibbәyli


ŞKAF-ADAMLA SÖHBƏT

(hekayә)

 

Soruşursunuz, o qızı görәndә neylәdim? Qoy deyim. Oradakı şkafı görürsünüz, otağın böyük hissәsini tutur. Qayıdıb bura qaçdım, şkafa girib әlimә güc verdim. Elә düşünmәyin ki, qızı tәsәvvür edirdim. Yox. Belә bәs elәdi. Tәsәvvürümdә boyumun bir metrdәn az olduğu günlәrә qayıtdım. Onda daha çox ehtiraslanıram. Bilirәm, indi fikirlәşirsiniz ki, murdarın, pozğunun birisiyәm. Amma, heç olmasa, sonra әllәrimi yudum. Bәzilәri heç onu da elәmir. Xeyli yüngüllәşdim. Sakitlәşdim, başa düşürsünüz? Daha nә? Aha, mәni qınamırsınız. Mәrc gәlirәm ki, tәmiz bir evdә yaşayırsınız, arvadınız döşәk ağlarını yuyur, insanlar haqqında mәlumat toplamaqdan ötrü dövlәt sizә pul ödәyir. Yaxşı, bilirәm ki, siz... nә idi o?... hә, sosial işçisiniz, mәnә kömәk etmәyә çalışırsınız. Amma mәnә qulaq asmaqdan başqa yaxşılıq edә bilmәzsiniz. Olsun, danışmaq da xoşdur. Özüm haqqında danışacağam.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub


YALANDAN YAZMAĞA ÇALIŞSAM, AĞLIMI İTİRƏRƏM

(İen Makyuenin “Boltype” jurnalına müsahibəsi) 

– Әvvəla, Buker mükafatına görə təbrik edirəm. Buker almaq necə hissdir? Bu mükafat sizin üçün nəyi ifadə edir?

– Doğrudan da, bu mükafatın qeyri-adi enerjisi var. Fikrimcә, mәn bu vә ya digәr dәrәcәdә әvvәlki qaliblәrin keçirdiyi hisslәri yaşayıram. Mәnim daimi oxucularım var vә illәrdir insanlar imzamı tanıyırlar. Mükafatdan sonra isә potensial oxucuların sayı ani sürәtlә birә-beş artır. Bu günә qәdәr әsәrlәrini oxumaq fikrindә olmayan insanlar kitablarınla maraqlanmağa başlayırlar. Fәrq çox böyükdür.

– Amerikalıların Bukerlə müqayisə edilə biləcək, bu qədər ictimai maraq və səs-küy doğuran mükafatı yoxdur. Bu mükafatın Britaniya üçün əhəmiyyətini izah edə bilərsiniz?

– Mәncә, Bukerin tәsiri bir sıra tәsadüflәr nәticәsindә bu qәdәr güclәnib. Qısa siyahının açıqlanmasından, qalibin elan edilmәsinә qәdәr, bir aya yaxın vaxtın keçmәsi marağın vә gәrginliyin artmasına sәbәb olur. İkincisi, qalibin elan edildiyi şam yemәyi televiziyada canlı yayımlanır. Bu tәdbir bir növ yazıçılar arasında açıq at yarışını xatırladır. Üstәlik, bu yarış doğrudan da çox sәrt keçir. Deyim ki, artıq üç dәfә bu şam yemәyindә iştirak etmişәm. Qәlәbәyә ümid etdiklәri halda, seçilmәmiş, qalibin elan edildiyi an üzlәrinә tәbәssüm qondurmağa hazırlaşan beş nәfәrdәn biri olmaq çox çәtindir. Əsәblәri alt-üst edәn prosesdir. Hәr halda, seçilmәyәn beş namizәd üçün zor olsa da, bu proses Bukerin güclәnmәsinә әhәmiyyәtli töhfә verib. Mükafat bir növ Britaniya institutuna çevrilib.

– Mükafatın yazıçı kimi mövqeyinizə və yazıya münasibətinizə təsiri oldumu?

– Ümid edirәm ki, heç bir tәsiri olmadı. Kitab sırf mükafat verildiyinә görә dәyişib başqa kitab olmur. Buker komitәsi hәr il dәyişir vә şübhәsiz, komitәnin tәrkibi fәrqli olsaydı, başqa kitab seçilәrdi. Demәli, bu münsiflәr keçәn il toplansaydı “Dözülmәz sevgi”, ya da tamam başqa bir әsәr seçilә bilәrdi. Mәncә, “Amsterdam”ın nәinki qalib olmaq, heç namizәdlәr sırasına düşmәmәk ehtimalı da var idi. Ona görә dә fikrimcә, mükafatın zahiri tәzahürlәrini (çox әylәncәli olsalar da) kitab biznesindәn ayırmalı, 54İen Makyuen. Yalandan yazmağa çalışsam... 2015 qaçılmaz ani tәbliğata uymamalı, artıq fәrqli bir yazıçı olduğumu düşünmәmәliyәm. Mәncә, mükafata sevinmәk lazımdı, amma hәddindәn artıq tәsir altına düşmәk olmaz.

– “Amsterdam” son әsәrlәrinizdәn fәrqlәnir. Mәsәlәn, “Dözülmәz sevgi” romanından xeyli qısadır. Dәyişikliyә tәkan verәn nә oldu?

– Uzun müddәt idi, üç-dörd saatda oxuna bilәn, cәlbedici vә bitkin roman formasına qayıtmaq istәyirdim. İstәyirdim ki, oxucu bütün strukturu yadında saxlaya, arxasındakı mәqsәdi başa düşә bilsin. “Amsterdam”da hәdәflәrimdәn biri oxucuları süjetin qurulmasına ortaq etmәk idi. Onlar öz süjetlәrini qurmaqdan hәzz almalı idilәr. Ümid edirәm, oxucunu buna sövq edә bilmişәm. Bir növ nәzәri tәcrübә kimi, bu haqda hәr zaman düşünmüşәm. Romanın ilkin forması komik faciә idi, beş sәhnәdәn ibarәtdi. Hәmin sәhnәlәr indi dә qalır. Əsәri müxtәlif yollarla uzada bilәrdim, amma bir-birini izlәyәn qaralamalar “Amsterdam”ın getdikcә qısalması ilә nәticәlәndi. O vaxta qәdәr ki, artıq heç bir hissәni çıxarmaq mümkün olmadı.

– Bu həm də ənənədən uzaqlaş - mağın başqa bir üsuludur.

– Bu hәm dә İvlin Vonun erkәn yaradıcılıq dövrünün romanlarının tәsiri altında yazılmış sosial satira olduğu üçün uzaqlaşma sayıla bilәr. Üstәlik, “Amsterdam”, “Zaman içindә uşaqlıq”dan “Dözülmәz sevgi”yә qәdәr son on ildә yazdığım romanlarımdan çox fәrqlәnir: Hәmçinin kinayәli yumoruna baxmayaraq, “Amsterdam”ın tәhkiyәsinin daha işıqlı olmasına, sosial reallığa әsaslanmasına çalışmışam.

– Yazı prosesi də fərqli idi?

– “Amsterdam”ı yazmaqdan böyük zövq alırdım. Ovqatımı tәsvir etmәli olsam, deyәrdim ki, bu romanı sevinc içindә yazmışam. Demәk olar, kabus qәdәr gәrgin “Dözülmәz sevgi” romanından tamamilә fәrqli bir yazı tәcrübәsi idi. Yazayaza düşünürdüm: “Başqa heç kimin xoşuna gәlmәsә dә, vecimә deyil, çünki özüm әylәnirәm”. Xoşuma gәlәn xüsusiyyәtlәrdәn biri dә bu idi ki, peşәlәr alәminә nüfuz edirdim. Hәm qәzet redaktorunun, hәm dә bәstәkarın işinә can vermәk xoşuma gәlirdi. Mәsәlәn, Kiplinqin insanların müxtәlif peşәlәrinin dәrinliklәrinә varan hekayәlәrini tәqdir edirәm. Con Apdaykın da bu xüsusiyyәtinә heyranam. O, ayrı-ayrı iş proseslәrinә ustalıqla nüfuz edir.

– Yeni layihə üzərində çalışırsınız?

– Çoxlu qeydlәrim var, amma hәlәlik Bukerin dadını çıxarıram. Mәncә, bu dәqiqә yalandan yazmağa çalışsam, ağlımı itirәrәm. Amma hansısa mәqamda qapını bağlayıb, zehnimi tәmizlәyib yeni kitaba başlayacağam. – Mükafat ədəbiyyatla bağlı hədəf - lərinizə təsir edibmi? – Bu günә qәdәr yazdıqlarımdan fәrqlәnәn çox yaxşı bir roman yazmaqdan başqa heç nә istәmirәm. 

DİGƏR MƏQALƏLƏR