ƏDƏBİ MOZAİKA - Avropanın ən böyük kitabxanası istifadəyə verilib

Birminhemdə Avropanın ən böyük kitabxanası fəaliyyətə başlayıb.  Bu, sahəsi otuz beş min kvadratmetr təşkil edən böyük bir tikilidir. Onun inşasına  290 milyon dollar xərclənib. Holland memarlıq şirkəti “Mecanoo”nun orijinal üslubda inşa etdiyi bu bina onmərtəbəlidir. Binanın şəffaf fasadı aliminium üzlüklərdən toxu­nub. Bu görünüş, bir növ qədim ingilis şəhəri Birminhemin sənaye istehsalı ilə bağlı keçmişinə işarədir. Bünövrəsi 2010-cu ildə qoyulmuş kitabxananın sonuncu mərtəbəsi qübbəşəkillidi. Burada Şekspirin xatirəsinə açılmış memorial zal – qiraət otağı yerləşir. Otaq 1882-ci ildə tikilmiş qiraət otağının eynidir. Kitabxananın ön tərəfində isə kiçik konsertlərin və tematik tədbirlərin keçirilməsi üçün amfiteatr var.

DİGƏR MƏQALƏLƏR