ƏDƏBİ MOZAİKA - Dan Brounun bir əsəri də ekranlaşdırıldı

Dan Brounun məşhur  “Da Vinçi şifrəsi” və “Mələklər və iblislər”inin davamı tezliklə tamaşaçılara təqdim ediləcək.  Yeni filmin rəsmi relizi 2015-ci ilin dekabr ayına planlaşdırılıb. Bu dəfə tamaşaçılar yazıçının 2013-cü ildə nəşr edilmiş son romanı “İnferno”nun motivləri əsasında çəkilmiş filmlə tanış olacaqlar. Filmin çəkilişini "Sony Pictures" şirkəti öz üzərinə götürüb.  Xatırladaq ki, “Da Vinçi şifrəsi” və “Mələklər və iblislər” kitabları əsasında çəkilmiş bədii filmlərin rejissoru Ron Hovard və baş rolun ifaçısı Tom Henks artıq yeni kino-layihədə iştirak etməyə öz razılıqlarını veriblər.

“İnferno” romanında hadisələr Florensiyada cərəyan edir. Bu dəfə Robert Lenqdon yoldaşının köməyi ilə Dantenin özü tərəfindən yaradılmış Cəhənnəm xəritəsinin sirrinin açılması üzərində işləyir. Güman ki, müəllifin əvvəlki kitablarında  sui-qəsdlər, kriptologiya və tarixin mistik sirləri oxucuları necə ovsunlamışsa, burada da tamaşaçıları həmin ovqat gözləyir.  

DİGƏR MƏQALƏLƏR