ƏDƏBİ MOZAİKA - Polşada nüfuzlu "Angelus” ədəbi mükafatının laureatı müəyyən edilib

Bu il nüfuzlu “Angelus” mükafatına tanınmış Ukrayna şair və yazıçısı Sergey Jadan layiq görülüb.  

Bu mükafat ona müsabiqəyə 2014-cü ildə təqdim olunmuş  “Mesopotamiya” romanına görə verilib. Maraqlıdır ki, uzun siyahıda Ukrayna yazıçılarından dördünün adı yer alıb. “Mesopotamiya” əsərinin müəllifi Sergey Jadandan başqa, Vasili Slapçuk (“Unutqanlıq kitabı”yla), Zvonki Matiyaş (“Vətən haqqında roman”ıyla),  Natalya Snyadanko (“Mansardda cücərti” əsəriylə) uzun siyahıdakı 66 namizədin arasında olub. 

Laureata 150 min zloty (təxminən 37 min 500 dollar) həcmində mükafat veriləcək.

DİGƏR MƏQALƏLƏR