ƏDƏBİ MOZAİKA - Moskvada ikicildlik müasir Azərbaycan ədəbiyyatı antologiyası işıq üzü görüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” (nəsr və poeziya) antologiyası rus dilində işıq üzü görüb.

Moskvanın “U Nikitskix vorot” nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş ikicildlikdə Azərbaycanın məşhur yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələri də təmsil olunub.

Yeni nəşr Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması istiqamətin­də Mərkəzin həyata keçirdiyi irimiqyaslı “Milli Ədəbiyyatın Təbliği” layihəsi çərçivəsində nəşr olunub. Hər iki cildin giriş sözünün müəllifi tanınmış yazıçı, Rusiya Yazıçılar Birliyinin sədr müavini Valeri İvanov-Taqanskidir.

Kitabların təqdimat mərasiminin yaxın vaxtlarda Rusiya Yazıçılar Birliyinin iştirakı ilə Moskvada keçiriləcəyi nəzərdə tutulur.

DİGƏR MƏQALƏLƏR