ƏDƏBİ MOZAİKA - İqor Pavlyukun şeirlər kitabı dumanlı Albionda birinci oldu

Dünyanın hər yerindən olan oxucuların və Böyük Britaniya PEN mərkəzinin açıq səsvermə yolu ilə gəldiyi nəticələrə görə  tanınmış Ukrayna şairi İqor Pavlyukun “Qara dəniz üzərində uçuş” şeirlər toplusu  (tərcümə Stiven Komarnitskinindir) ilin ən yaxşı kitabı adına layiq görülüb. Səs­vermənin nəticələri bu il noyabrın 10-da mətbuatda dərc edilib.  

İqor Pavlyuk Sovet dönəmində Leninqrad şəhər Ali Hərbi-Mühəndislik məktə­bində oxuyub. Lakin ikinci kursda şeirlər yazmağa başladığından, təhsilini yarımçıq qoyub, üstəlik, hərbi andı pozduğu üçün cəzalandırılaraq Tayqaya – məhbuslarla birgə yol tikintisində işləməyə göndərilib. Hazırda o, Avropanın ən məşhur şairlərindən sayılır. Şeirləri ingilis, fransız, polyak, rus, yapon və bir sıra başqa dillərə tərcümə edilib.

DİGƏR MƏQALƏLƏR