ƏDƏBİ MOZAİKA - Görkəmli yazıçı-dramaturq Afaq Məsud “Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin qalibidir

Görkəmli yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud “Mənsur Həllac” pyesinə görə, məşhur türk dramaturqu Haldun Tanərin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən “Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin qalibi olub.

Avrasiya Yazarlar Birliyinin başçısı Yaqub Öməroğlunun yazıçıya ünvanladığı təbrik məktubunda bildirilir ki, “Mənsur Həllac” pyesi müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilib. Qalibləri mükafatlandırma mərasimi dekabrın 8-də Türkiyə Mədəniyyət Nazirliyinin “Kiçik teatr” binasında baş tutub.

Türk dünyasının ilk pyes müsabiqəsi olan “Beynəlxalq səhnə əsərləri müsabi­qəsi” Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Müdirliyi tərəfin­dən, Türkiyə Nazirlər Kabineti Təbliğat Fondunun dəstəyi ilə keçirilib. Müsabiqəyə İran, İraq, Türkmənistan və digər türkdilli ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən 23 əsər təqdim edilib.

 “İzdiham”, “Azadlıq”, “Dəfn”, “Suiti”, “Üzü işığa” kimi romanları ilə  oxucu kütləsinin rəğbətini qazanmış yazıçımızın əsərləri rus, fransız, ingilis, alman və s. dillərə tərcümə edilib. Azərbaycan teatrsevərləri arasında A.Məsudun bir dramaturq kimi də nüfuzu böyükdür. O, tamaşaçılara “Aktrisa”, “Can üstə”, “O məni sevir”, “Qatarın altına atılan qadın”, “Kərbəla" kimi  dram əsərləri, həmçinin hazırda bu nüfuzlu mükafata layiq görülmüş, sufi düşüncə tərzinin təcəs­sümü olan “Mənsur Həllac” kimi pyes 

DİGƏR MƏQALƏLƏR