İSPAN MODERNİZMİ - Antonio Maçado

Müasir ispan poeziyasının atası sayılan Antonio Maçado 1875-ci ildə Sevilyada doğulub. 1883-cü ildə ailəsi ilə birlikdə Madridə köçüb, Azad Təhsil İnstitutuna daxil olub.
1889-cu ildə qardaşıyla birlikdə Parisə köçən Maçado təhsilini Sarbonna Universitetinin ədəbiyyat fakültəsində davam etdirib. Bir müddət müəllim və tərcüməçi işləyib.
İlk şeirləri 1901-ci ildə “Elektra” ədəbiyyat jurnalında, ilk kitabı “Soledades” (“Tənhalıqlar”) 1903-cü ildə Parisdə nəşr olunub. Yaradıcılığının ilk dövrü simvolizm elementleri ilə xarakterik olan Maçado sonralar postsimvolizmə meyil edir və “Campos de Castilla” kitabı ilə ədəbi aləmə səs salır.
Parisdə Pol Verlen, Ruben Dario, Oskar Uayld və Jan Moraes kimi şairlərlə tanışlıq imkanı əldə edən Maçado bundan sonra bütün gələcəyini ədəbiyyata həsr edir.
Kirayə yaşadığı ev sahibinin qızı ilə ailə quran gənc şair vərəm xəstəliyinə tutulduğundan yenidən İspaniyaya qayıdır və 1919-1931-ci illərdə Seqovia İnstitutunda professor işləyir. Lakin Frankonun dövlət çevrilişindən sonra Madridi həmişəlik tərk edib, anasının ölümündən üç gün sonra, 1939-cu ildə Parisdə vəfat edir.