BƏŞƏRİ POEZİYA
Riçard Brotiqan, Dayana Di Priam, Robinson Cefferson

Əks mədəniyyət qəhrəmanı, 60-cı, 70-ci, illərin ədəbiyyat bütü, şişirdilmiş fiqura, bir saatlıq xəlifə, Mark Tven və Heminqueyin varisi, içki düşkünü, özünə qəsdçi, doqquz şeir kitabının, iki-üç ay ərzində milyonlarla tiraj çap olunub satılmış, bu günün özündə də Amerika və Avropanin kitab magazalarını bəzəyən "Amerikada balıq ovu" romanının müəllifi.


Riçard Brotiqan 30 yanvar 1935-ci ildə Vaşinqton Ştatının Takomo şəhərində anadan olub. Anası, iki bacısı və qardaşından ibarət ailəsi dilənçi kökündə yaşayib. Təsadüfü kiçik qazanc və dövlət müavinəti hesabına dolanıblar.


Həqiqi familiyasının Brotiqan olmasını orta məktəbdə attestat alarkən öyrənib, anası sənədlərdə onun əsl familiyasının yazılmasına qərar verib. Riçard romanlarının birində yazırdı: " Anam mənim varlığımla baışmalı oldu". "Anamın Riçardı öpməyi və bizlərə - sizi sevirəm, dediyi yadıma gəlməz," - kiçik bacısı xatirələrində yazırdı...

 

DAYANA Dİ PRİMA

6 avqust 1934-cü ildə Nyu-Yorkda doğulub. Suotmorda kolleci bitirdikdən sonra Qrinviç-Villedjə köçür və tezliklə bürokratizmə qarşı mübarizlərə qoşulur.

"Bu quşlar geri uçur" adlı ilk kitabı 1958-ci ildə işıq üzü görür.
1974-cü ildən Naropa və Kolorado Universitetində mühazirələr oxuyur.
Avanqard ədəbiyyatın yaradıcılarından olan şairlər - Press və Eydelon kimi tezliklə Amerikada məşhurlaşır. Əl-kimya və Şərq fəlsəfəsinə böyük maraq göstərib.
"Freddi haqqında şeirlər", " Zamanın kitabı", "Torpaq nəğmələri" adlı kitabların müəllifidir.

 

ROBİNSON CEFFERS

Şair, dramturq, filosof Robinson Ceffers (1887-1962) ABŞ-da doğulub.
"Koliforniyalılar", "Poynt Surun qadınları", "Günəşə aclıq", "Mideya" kimi kitabların müəllifidir. Əsərləri dünyanın əksər dillərinə tərcümə olunub.

Tərcümə: Zakir Fəxri


Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub


DİGƏR MƏQALƏLƏR