TEATR - Valeri İvanov-Taqanski

1943-cü ildə Rusiyanın İvanovsk vilayətində anadan olub. 1966-cı ildə Moskva Şukin adına teatr məktəbini, 1973-cu ildə isə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1966-1977-ci illərdə Moskvanın məşhur Taqanka Teatrının aparıcı aktyoru olub. 1979-1982-ci illərdə Alma-Atada M.Lermontov adına Akademik Teatrın baş rejissoru vəzifəsində çalışıb. “Yaşamağa məhkum olunmuş qadın”, “Satrap üçün dırmıq”, “Tanrı kimi seçir”, “Almaza çirk bulaşmır”, “Zəfər və ilğım” əsərlərinin müəllifidir. Rusiya Yazıçılar Birliyi MŞT sədrinin müavini, Moskva Yazıçılar Birliyinin katibi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının vitse-prezidenti, Rusiya Ədəbiyyatı Akademiyasının həqiqi üzvüdür.

 

Orijinaldan tərcümə: Etimad Başkeçid

 

Taqanka Teatrının qızıl dövrü haqqında

Valeri Aleksandroviç İvanovTaqanskinin “Zəfər və ilğım” kitabının uğur qazanacağı şübhə doğurmur. Bu əsər Moskva sənət tarixinin elə bir parlaq və əhəmiyyətli hadisəsinə həsr olunub ki, istər-istəməz oxucu marağına səbəb olacaqdır. “Taqanka Dram və Komediya Teatrı” dünya miqyaslı uğurların simvoluna çevrilib. 60-70-ci illərdə Rusiyada onun qədər tanınmış, diqqət- çəkən, mübahisələr doğuran başqa bir teatr yox idi.

Taqanka Teatrı haqqında saysız-hesabsız yazılar yazılıb, kitablar çap edilib. Lakin bu nəşrlərin çoxu resenziya xarakterlidir və ya elmi səciyyə daşıyır. Ona görə də Moskvanın bu məşhur teatrı haqqında bilgiləri, maarifləndirici, populyar, ümumiləşdirici elementlərlə zənginləşdirə biləcək nəşrə böyük ehtiyac duyulur. Vaxtanqov Teatrının uğur qazanmış aktyoru, kino ulduzu Yuri Lübimov, Brext və Meyerxold metodlarının elementlərini uzlaşdıraraq, yeni səhnə estetikasının əsasını qoydu və məxsusi “Lübimov modeli”ni yaratdı. Lübimovun başçılıq etdiyi Taqanka Teatrı Moskva mədəniyyət tarixinin parlaq səhifələrindən birinə çevrildi, rejissorun təşəbbüsü ilə yenidən qurulmuş teatr binası isə Moskvanın mədəni topoqrafiyasının obrazını formalaşdıran tikililərdən oldu.

Taqanka Teatrının şan-şöhrəti, populyarlığı, hətta tamaşaçı ajiotajı belə, Moskva həyatı barədə təsəvvürlərin dəyişilməsini və yenilənməsini şərtləndirən faktorlardan biri idi. Lakin bir məqamı nəzərdən qaçırmamalıyıq: bütün çətinliklərə, sovet mə- murlarının törətdiyi maneələrə baxmayaraq inkişaf edən, çiçəklənən kollektivin fəaliyyətinin ilk illəri teatr tarixçiləri və tənqidçilər tərəfindən kifayət qədər araşdırıldığı halda, sonrakı parçalanma, truppayla Lübimov arasında yaşanan ixtilaflar hələ də öyrə- nilməyib və baş rejissorun, yaratdığı teatrı tərk etməsiylə nəticələnən bu hadisələr, müəyyən mənada sirr pərdəsiylə örtülüdür. Ona görə də, V.İvanov-Taqanskinin səyləri son dərəcə əhəmiyyətlidir, çünki sarı mətbuatın yaydığı şayiələr, jurnalist hayküyü, sosial şəbəkələrdə aparılan zövqsüz müzakirələrin fonunda, kollektivdə baş vermiş fikir ayrılığı və parçalanma ilə bağlı müəllifin apardığı soyuqqanlı təhlillər xü- susilə təqdirəlayiqdir.

Bu qeydlərin meydana çıxması son dərəcə məntiqlidir. Bir-birinə zidd mənafelərin toqquşması ilə bağlı mənəvi və xidməti kolliziyaların bütün təfərrüatının tədqiq edilməsi, təhkiyənin özünəməxsus tonu bu kitabı, Taqanka Teatrı ətrafında cərəyan edən müəmmalı hadisələrə aydınlıq gətirən, informasiya aclığını aradan qaldıran müasir sənədli əsərlərin sırasında 205 Ta q a n k a Te atrının qızıl d ö vrü h a q qın d a 2016 VALERİ İVANOV-TAQANSKİ Orijinaldan tərcümə: Etimad Başkeçid əhəmiyyətli mənbəyə çevirir. Müəllifin “maraqlı tərəf” rolunda çıxış etməsi, əslində qarşıya qoyulmuş vəzifəni xeyli çətinləşdirir: Taqanka Teatrının tanınmış ilk aktyorlarından biri kimi, o, bir çox şeyləri daha əhatəli, daha dəqiq və özünəməxsus şə- kildə xatırlayır. Eyni zamanda, hadisələrin iştirakçısı kimi, müəllifin subyektivliyi də şübhə doğurmur. Bu məqam kitabın də- yərini daha da artırır: əsər hamı ilə birlikdə səhv edən, sevən, teatrı tərk edib sonra qayıdan, çıxış yolları axtarıb-tapan müəllifin qələmindən çıxıb.

V.İvanov-Taqanski sözügedən teatrın bir çox digər məşhurları kimi, yazıçı-aktyordur. Bu, ona memuarlarını özünəməxsus tərzdə ifadə etmək üçün əlavə vasitələr verir. Memuarlar hansısa tarixi teatr epizodlarının ardıcıl silsiləsi kimi deyil, müəllifin özünün də iştirakçısı olduğu, maraqlı belletristik formaya salınmış süjet elementləri kimi təqdim olunur. Doğrudur, əsərdə memuar müəllifini tanımaq o qədər də asan deyil. Müəllifin həm şəxsi, həm də yaradıcı həyatında yaşanmış təbəddülatlar yazıçı Samoylovun həyat epizodları kimi verilmişdir.

Yazıçının seçdiyi yazı tərzinin orijinallığı ondadır ki, o, memuarları belletristik formada, bədii mətn elementlərindən istifadə etməklə oxucuya çatdırır.

Kitabda, hər şeydən öncə, canlı teatrın özünün tarixi maraqlıdır: bu məşhur teatr haqqında xatirələr bizim mədəni yadda- şımıza hopub və onları heç bir dava, qalmaqal, dedi-qodu, uydurulmuş və ya ger- çək umu-küsülərlə unutdurmaq mümkün deyil. “Zəfər və ilğım” kitabı da mədəni yaddaşımızda öz yerini tutacaq, ancaq istənilən halda, bu əsər öz orijinal yanaş- maları ilə başqalarından fərqli mövqeyi ilə seçiləcək.

Elə əsərin adını götürək; kitabı “Zəfər və ilğım” adlandırmaq, müəyyən mənada, risk deməkdir. Kitabın başlığı məşhur Taqanka Teatrının qırxillik tarixinin formuludur. Teatr, doğrudan da, böyük, səsküylü bir zəfər qazanmışdı, baxmayaraq ki, bəziləri bunun heç bir zəminə söykənmədiyini iddia edir. “İlğım” İvanov-Taqanskinin kitabının, bəlkə də, ən güclü hissəsidir, çünki ilğım burada dar cığırın gətirib çıxardığı faciəvi yoldur və Yuri Petroviç Lübimovun min bir əziyyətlə yaratdığı məşhur teatrın parçalanmasının, məhv olmasının səbəbi məhz bu yolla gedənlərin yanlış hərəkətləri olmuşdur. Qeyd etmək lazımdır ki, müəllif bu intriqaları işıqlandırarkən son dərəcə ədəbli, nəzakətli mövqe tutur. Taqanka Teatrının səhnə həyatında fəal iştirakını, bir çox aparıcı rolların ifaçısı və burada cərəyan edən hadisələrin bilavasitə şahidi olduğunu nəzərə alsaq, müəllifin bu yanaşmasını xüsusi qiymətləndirmək lazımdır.

V.İvanov-Taqanskinin bu yanaşması həm də ona görə qiymətlidir ki, o, hadisələri birinci şəxsin adından qələmə alır. Əks halda, ağ və qara rənglər üstünlük təşkil edə bilər, dilə gətirilən həqiqətlər daha ağrılı olardı. Burada hadisələrin fövqünə qalxmağı bacaran müəllifin bədii məramı təqdirəlayiqdir. Müəllif, əslində truppanı böhran teatrının kollektivi kimi görmür

O, öz personasını Lübimovun yaxın ətrafına yerləşdirmir, baxmayraq ki, onu Metr, Ustad, Kumir kimi təsvir edir. Müəllif məhz bu mövqedə dayandığı üçün hadisələrin obyektiv mənzərəsini yaratma- ğa nail olur. Odur ki, kitab həm oxucular, həm tədqiqatçılar (əsərdə çoxlu sənədlərə istinad edilir), həm də indiki Taqanka Teatrının aktyorları üçün məxəz rolunu oynaya bilər.

Oxucu Y.Lübimovun dilindən Taqanka Teatrının özünəməxsus estetikasının formalaşması ilə bağlı müəyyən təsəvvürlər əldə edə bilər: “Mən Meyerxoldun tama- şalarını görmüşəm. İnanın, onu yamsı- lamaq mümkün deyil, o, dahi idi. Ancaq onun axtarışlarını davam etdirmək lazımdır, hətta vacibdir. Yalnız bir şərtlə, teatra sərbəstlik verilsin, hakimiyyət kollektivin simasını formalaşdırmağa çalışmasın”.

Müəllifin uğurla təsvir etdiyi tarixi perspektivlərdən savayı, əsər real, teatral, tarixi faktoqrafiya ilə də zəngindir. V.Vı- sotskinin obrazı isə xüsusi ustalıqla yaradılıb. Vısotski haqqında o qədər çox yazılıb ki, oxucuda maraq doğurmaq asan məsələ deyil, lakin İvanov-Taqanski bunu bacarıb.

Kitabda digər aktyorlar barədə də geniş söhbət açılır, lakin ən çox bəxti gətirən Leonid Filatovdur. Əsərdə bir çox səhnələr Filatova həsr olunub, onun haqqında müxtəlif mülahizələr səsləndirilib. O, Taqanka Teatrının son dərəcə istedadlı, safqəlbli, bəzi hallarda öz qiymətini almamış aktyoru kimi təsvir edilib, adama elə gəlir ki, kitabın yeganə qəhrəmanı Filatov olduğu halda belə, əsər ciddi ədəbiyyat hadisəsi sayıla bilərdi. Müəllif Filatovun aktyor, rejissor, yazıçı kimi əsl obrazını yaradıb. Məlum olur ki, karyerasının əvvəlində Filatov kinematoqrafda rol almağı arzulayırmış… Ustalıqla, səmimiyyətlə aparılan, eyni zamanda, ehtiyatlı təsir bağışlayan təhlil asan başa gəlmir.

Filatova həsr olunmuş səhifələr, insan şəxsiyyətinin mükəmməl təhlili, onun güclü və zəif tərəflərinin ustalıqla təsviri baxımından heyrət doğurur. Bu hissədə başlıqların özü nəyə desən dəyər: “Filatov yoldaşlığın güzgüsü kimi”, “Şukin məktəbində”, “Rəqabət. Vısotski və Filatov”, “Karetada üç nəfər”, “Fedot-strelets haqqında”, “Leonid Filatov Teatrı”, “Televiziya – həqiqət mənbəyi kimi”, “Əlahəzrət pərdəarxası”. 

Esseistin qələmə aldığı etüdlər… İvanov-Taqanski rolların yaranması prosesini təhlil edir, inzibati, sosial, siyasi şəraitlə bağlı maraqlı qiymətləndirmələr aparır. Məsələn: “Mədəniyyətə sərt müdaxilələr dövründə süni, zahiri səciyyə daşıyan demokratiya teatr üçün adi hal idi. Teztez kollektivin gözü önündə mədəniyyəti “idarə edən” məmurlar tərəfindən tama- şalara elə diletant qiymət verilir, elə dəyərləndirmələr aparılırdı ki, adamın əli üzündə qalırdı”. O vaxtkı siyasi senz, Taqanka Teatrına qarşı istifadə olunan “ələk” prinsipinin bu cür sərt formulunu vermək hər adama müyəssər olmayıb. Kitabdakı şəkillərdə (məsələn, “Puqaçov” tamaşasının təhvil verilməsi səhnəsində) müəllifin kədərli baxışları çox mətləblərdən xəbər verir. İvanov-Taqanski burada necə də fikirli, dalğın, maraqlı görünür…

Müəllifin özü haqda dedikləri də maraqlıdır. O, kənar müşahidəçi rolunda çıxış etsə də, əsərin qəhrəmanlarından biri (Samoylov) kimi, təkcə çılğın mübahisələrin fövqündə dayanmır, hətta öz obrazının – “Samoylov”un hərəkətlərini də neytral mövqedən izləyir, müəyyən araşdırmalar aparır. Bu, bədii priyom kimi maraqlı olmaqla bərabər, açıq danışmağa da imkan yaradır. Ancaq bu zaman heç bir qərəzə yol verilmir, müəllif düzgün intonasiyanı tutmağı bacarır və özü haqqında başqa kənar insan kimi danışır – işin çətinliyi də elə bundadır

Ədəbi, emosional ədəb-ərkan, teatr nəzakətliliyi haqqında danışarkən, istəristəməz, Lübimov və Vısotski obrazlarının 207 Ta q a n k a Te atrının qızıl d ö vrü h a q qın d a 2016 üzərində dayanırıq. Həyatda olduğu kimi, əsərdə də bəzən onların sözü çəpləşir, bəzən də müəllif və həyatın özü baş rejissor Lübimovla Vısotskini hansısa mü- bahisə tərəfləri kimi bir-birindən ayırır.

Bu sətirlərə fikir verin: “Sonralar Samoylov bir daha onu belə vəziyyətdə görmədi, ancaq o gün həmişəlik yaddaşına həkk olundu. Sanki teatrda bir kabus dolaşır, gizlicə insanların arasını vururdu. Əlbəttə, Lübimov Vısotskinin necə qiymətli sənətkar olduğunu bilirdi. Ancaq teatrın rəhbəri, özüylə gətirdiyi aktyor qrupunun hamisi kimi bəzən qəlbinin istəyinə zidd getməli olur, hərdən çox sərt, hətta amansız davranırdı”. Daha sonra oxuyuruq: “Bütün bunlar, təəssüf ki, unudulmur, yox olmur, əksinə, insanların qəlbində dərin izlər buraxır. Göz yaşlarıyla qidalanan və gizlicə böyüyən bu qisas hissi günlərin bir günü teatrı da, aktyorları da məhv edir”.

Müəllif lazımi ölçüdə olan “linza”lardan istifadə etməklə, əsl sənətkarların səhnə fəaliyyətini güclə xatırlayan bugünkü oxucunun gözü qarşısında həmin illərin qəhrəmanlarını canlandırmağı, böyütməyi bacarır.

Kitaba sənədli dəlillər də əlavə olunub: fotoşəkillər və gözlənilməz arxiv materialları xüsusi maraq doğurur. Bunların içərisində müəllifin teatrda çalışdığı vaxtlara aid, hə- lə dərc olunmamış fotoşəkillər də yer alır

“Burada hər şey əlahiddə, istedad və ürəkaçıqlığı ilə qələmə alınmışdı”. Bu sözlər “Almazdan tacım mənim” əsəri haqqındadır. Yazıçı bu sözləri əsərin müəllifi, Yeseninin şeirləri ilə bağlı fikirlərini bö- lüşmədiyi V.Katayevlə mübahisədən sonra dilə gətirir. Beləcə, müəllif vəcdlə “ura” qışqırmaqdan boyun qaçırır, gənclik prinsipiallığı və zamanın müdrikliyi bir-biri ilə çulğaşır. Nəticə isə eynidir: “Qələmi mü- rəkkəbə çevirənlərə eşq olsun!”

Oxucuya lazımlı, müdrik, səmimi bir kitab təqdim olunur. Bu kitab sədaqət, vəfa və “Taqanka Teatrının qızıl dövrü” haqqındadır.

 

A.A.Kolqanova,

filologiya elmləri namizədi,

Mərkəzi İncəsənət Kitabxanasının direktoru.

 

 

Zəfər və ilğım

(Taqanka Teatrı haqqında qeydlər)


Bəlkə də, belə yaxşıdır, qoy nəyin düz, nəyin yalan olduğunu oxucu özü müəyyənləşdirsin.

Y. Lübimov,“Köhnə boşboğazın söylədikləri”

 

“O məsud günlərdə yaşayanları, yenə minnətdarlıqla xatırlayıram.”

İ.Höte, “Faust”

 

Bu qeydlər üçüncü şəxsin – yazıçı Viktor Samoylovun adından qə- ləmə alınmışdır. Bunun iki sə- bəbi var – hadisələrə kənardan baxmaq və görkəmli sənətkarların arasında öz “Mən”ini qabartmamaq istəyi. Kitabda müxtəlif illərdə, xüsusilə də teatrın Bolqarıstana təkrar qastrol səfəri zamanı aparılmış qeydlərdən istifadə olunmuşdur – o vaxtlar müəlliflə Y.Lübimovun dostluq münasibətləri intensiv xarakter daşıyırdı. Lakin əsas mənbə kimi, Taqanka Teatrının “qızıl dövrü” və müəllifin həmin kollektivdə işlədiyi vaxtlarda əldə etdiyi təəssüratlar götürülmüşdür. Zəfər məhz bu illərdə baş- lamışdı, müəmmaları isə heç kəs sezmirdi, çünki onlara əhəmiyyət verən yox idi.

Viktor Samoylovun iş günü çox erkən – səhər saat beşdə başlayırdı. Nahara kimi hansısa ingilis dramaturqu haqqında kitab üzərində işləyirdi. Kitaba hələ ad qoymamışdı – sifarişlə yazdığı kitablardan idi. Axşamlar hansısa ixtisarlar və zəruri əlavələr barədə qeydlər aparırdı, ancaq səhər yazı masasının arxasına əyləşəndə, nədənsə, iş getmirdi. Orasını da deyim ki, bu işi ona elə-belə həvalə etməmişdilər.

İş burasındadır ki, Samoylov ingilis ədəbiyyatının bilicisi və vurğunu idi. O, ingilis dilini öyrənəndə yaşının elə vaxtı idi ki, bunu yalnız fədakarlıq kimi qiymətləndirmək olardı. Həm də, bu yaşda dil öyrənmək kimə lazımdır axı? Bu, fransız dilinin öz mövqelərini itirdiyi, ingilis dilinin isə dəbə mindiyi vaxtlar idi. Yəqin, öz gənclik arzusunu bu şəkildə gerçəkləşdirirdi – cavanlığında İngiltərənin xarici işlər naziri İdenə oxşamaq istəyirdi, elə anası da İdenin vurğunu idi. Uşaqlıqda Robert Stivensonun “Dəfinələr adası” əsərini oxumaqdan doymazdı. Sonralar, rejissorluğa başlayanda keçmiş aktyor-dramaturqlar Pristli və Pinterin pyeslərini müxtəlif teatrlarda tamaşaya qoydu. Nisbətən az tanınmış başqa bir ingilis – Çarlz Ridin aforizmi onun həyat devizinə çevrilmişdi: “Əməl əkərsən, vərdiş biçərsən. Vərdiş əkərsən, xasiyyət biçərsən. Xasiyyət əkərsən, tale biçərsən”. Doğrudur, Samoylovun simasında bunların hamısı gerçəkləşməmişdi, ancaq səhər tezdən oyanmaq onun ikinci naturasına çevrilmişdi.

İşin qızğın çağında telefon zəng çaldı. – Viktor Aleksandroviç, salam, – meriyadan Natalya Fyodorovnanın səsi idi, – 209 Valeri İv a n o v-Ta q a n s ki. Z əfər v ə ilğım 2016 Taqanka Teatrına bilet söz vermişdiz, unutmamısız ki? Samoylovun yadına düşdü: teatrın yeni bədii rəhbəri Valeri Zolotuxinlə danışıb, xahiş etmişdi ki, rus dili olimpiadasında qalib gələn məktəblilər üçün bilet məsə- ləsini həll etsin. Xeyli bilet ayırmaq lazım idi, odur ki, Valeri Sergeyeviçlə Samoylov görüşməliydilər. – Narahat olmayın, Natalya Fyodorovna, unutmamışam, bu gün teatra gedə- cəyəm, – dedi. Sonra onlar tədbirin proqramını və mükafat fondunu dəqiqləşdirib, sağollaşdılar. Görüşə saat yarım qalmış Samoylov Peredelkinonu tərk edib, elektrik qatarı stansiyasına doğru addımladı.

 

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

 

 

 

DİGƏR MƏQALƏLƏR