TÜRK DÜNYASI - Camal Şakar

1962-ci ildə Balıkəsirdə doğulub. İlk hekayəsi 1982-ci ildə “Aylıq dərgi”də nəşr olunub. “Gedənlər”, “Yol arzuları”, “Əmin-əmanlıq vaxtı”, “Pəncərə”, “Xəyalpərəst”, “Sel və qum”, “Mürəkkəb”, “Samit səslər”, “Portağal bağı”, “Qara” adlı hekayə kitablarının müəllifidir.

 

Azərbaycan dilinə uyğunlaşdırdı: Qəmər

 

GÜNƏŞ

(hekayə)

Taksim, 31 oktyabr, 2010

Uzun müddətdən bəri səngimə- yən yağış, çiskin və külək artıq geridə qalmışdı. Kürəyini yandıran günəşin istisi altında yeriyirdi. Evdə əlləri, ayaqları donsa da, indi günəşin istisi bədəninə yayılırdı. Avtobusdan düşəndən sonra beş-on dəqiqəlik piyada yol qalırdı. Bazar günü olduğu üçün küçə kimsəsiz idi; bu gün işə getməyə məcbur olmağı qanını qaraltmışdı, ancaq günəşli gündə gəzməyin ona daha yaxşı təsiri olmuşdu. Onsuz da vitrini bəzəməyə bir neçə saat sərf edəcəkdi. Sonra da birbaşa evə qayıtmayacaqdı. Taksimdə, ya da Cahangirdə kafelərdən birində oturacaq, gün ərzində qazandığı pul qədər də hesab verəcəkdi. “Olsun, bu, bəzən hər şeydən daha qiymətli olur”, – deyə düşündü.

Səkiylə gedəndə, saçlarındakı sancağı, sancaqdakı kəpənəyi, kəpənəyin isə gü- nəşi əks etdirdiyini hiss eləmirdi. Gün işı- ğında saçları rəngdən-rəngə çalır, yavaş- yavaş bədəninə yayılan istinin təsiri ilə vitrinlərə tamaşa etməkdən doymurdu.

Səhər-səhər evdən çıxanda vurduğu ətirin qoxusu hələ uçmamışdı. Kirpiklərinə, yanaqlarına, dodaqlarına çəkdiyi bənöv- şəyiyə çalan boya ona çox yaraşırdı.

Rəngbərəng şüşələrin arasında itibbatmışdı. Burada alış-veriş etməyi fikirləşmirdi. Lazım gəlsə, yaxındakı bazara gedə bilərdi. Guya kim orijinal mal alır axı? Vitrinlərdəki rəngbərəng aləmlə mü- qayisədə küçə çox sönük görsənirdi. Bəlkə də, özünü belə şən hiss etməyinin səbəbi günəş idi. Yellənə-yellənə gedir, arada əlindəki çantasını da o tərəfə-bu tərəfə yellədirdi. Sağ əlini yuxarı qaldırıb, əynindəki paltonun bir qolunu yuxarı dartışdırdı. Qolundakı bilərzik göründü. Qolunu yellətdikcə bilərziyin çıxardığı səsdə sanki özünü tapırdı...

Kürəyini yandıran günəşi hiss etmir, saçlarındakı kəpənəyin göyə doğru uçmaq istədiyini də görmürdü. Heç mənasını da başa düşmürdü.

O, vitrinlərdəki rəngarəng aləmə qapılmışdı. Alnına tökülən saçlarını geri ataata, vitrinlərə baxmaqdan doymurdu. Hər səhər olduğu kimi, Taksim meydanına çıxan küçənin başına çatanda çantasındakı siqareti və çaxmağı axtarmağa başladı. Tapdıqdan sonra dirəyə söykənib siqaret yandırdı. Siqaretdən bir qullab aldı...Yenə də hər səhər olduğu kimi, meydandan keçmə sürətini, siqareti çəkib qurtarmaq dəqiqəsinə görə tənzimləycəkdi. Elə siqareti çəkib qurtarana qədər də işlədiyi mağazaya çatacaqdı.Axırıncı qullabı aldıqdan sonra siqaretin kötüyünü səkiyə tul- 163 Camal Şakar. Hekayələr 2016 CAMAL ŞAKAR Azərbaycan dilinə uyğunlaşdırdı: Qəmər layacaq, tuflisinin burnu ilə onu əzəcək, gözü ayağına sataşanda isə səhər-səhər qutudan çıxarıb geyindiyi kapron corabına bir daha tamaşa edəcək, bir daha onu bəyənəcəkdi. Paltarlarını dəyişmək üçün aşağı mərtəbəyə enəndə ayaqyoluna gedəcək, makiyajına əl gəzdirəcək, nanəli diş məcunu ilə dişlərini fırçalayacaq, sonra həvəslə piştaxtanın arxasına keçəcəkdi.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2016 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR