SƏHNƏ ƏDƏBİYYATI
Leroy Cons (ABŞ)

Şair, yazıçı, esseist, tənqidçi, dramaturq Leroy Cons 1934-cü ildə ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində doğulub. 1967-ci ildə islamı qəbul edərək və «qara müsəlmanlar» hərəkatına qoşularaq Əmiri Baraka adını götürüb. Pyesləri dünyanın bir çox səhnələrində nümayiş olunub. 1964-cü ildə qələmə aldığı «Uçan hollandiyalı» əsəri dramaturqun ən məşhur pyesi hesab olunur. Pyesdə hadisələr nəhəng Nyu-York boyu hərəkət edən vaqonlardan birində baş verir. Ağdərili qadın bir cavan zəncini yoldan çıxarmaq üçün onu şirnikləndirir və sonda ən ağır söyüşlərlə alçaldaraq bıçaqla öldürür. Müəllif haradasa bu «qəddar» əsəriylə insan laqeydliyinin amansız mənzərəsini tam çılpaqlığıyla təqdim edir.


Uçan hollandiyalı


Birpərdəli pyes


İştirakçılar:
Kley, iyirmi yaşlı zənci
Lula, 30 yaşlı ağdərili qadın
Cavan zənci
Konduktor


Vaqonun sərnişinləri (ağdərili və qaradərili insanlar) hadisələrin baş verdiyi məkan:
Nəhəng şəhər altında. İstidir. Yayın ən qızmar çağıdır, amma söhbət çağıdır, amma söhöət oradan gedir. Bura isə zirzəmidirö metropolitenö və tunel müasir mifə sarı uzanır.
Səhnə belə açılır: metronun skamyasında əyləşən bir adam əlində jurnal tutub, amma oxumur, heysiz-ruhsuz halda bomboş baxışlarla səhifələrin üstündən o yana baxır. Hərdən-hərdən nəzərlərini maddım-maddım sağdakı pəncərəyə dikir. Şüşənin o üzündən ara-sıra zəif işıq və qaranlıq boylanır. (Sağ tərəfdəki pəncərədən yüngülcə işıq da verilə bilər. Bu, rekvizitin imkanlarından asılıdır.) Onların hərəkətlərini zəif işartılarla da göstərmək olar. Vacib olan sürətin və həmçinin: qatar stansiyada dayanan zaman sadəcə pəncərədən gələn işıqla və parıltıyla bu dayanacaqların ötüb keçdiyi hissiyatını tamaşaçıda oyatmaqdır.
Kişi tək-tənha oturub. İşıq yalnız onun oturduğu yerə düşür. Amma məkan özü bütünlüklə əsl metro vaqonu təəssüratı yaradır. Görünən isə yalnız onun əyləşdiyi yerdir. Tamaşa başlayanda ucadan əsl qatarın səs-küyü eşidilir. Və bu bütün tamaşa boyu təkrarlana, yaxud danışıqlar aşağı tona düşdükdə davam edə bilər.
Qatar sürətini azaldıb, stansiyalardan birində ağır-ağır dayanır. Kişi pəncərədən çölə onu heyrətləndirən qadının sifətini görənəcən heysiz-heysiz baxır. Qadın kişinin ona yaxşı-yaxşı baxmaq istəyində olduğunu görüb bilərəkdən gülümsəməyə başlayır. Kişi də gülür, özü də gülür, özü də yeri gəlmişkən, azca da utanıb-çəkinmədən. Arzuolunmaz cavab reaksiyası demək olar ki, instinktiv yaranır. Kişi özünə gələndə karıxıb kənara baxmaq üçün başını çevirir və bu, onu daha da çaşdırır. Təzədən baxışlarını həmin tərəfə zilləyəndə qatar tərpənir və onun başı qatarın hərəkəti istiqaməti müqabilində sola əyilir. Kişi başını çevirir və o biri pəncərələrdə ağır-ağır uzaqlaşan platformanı görür. Bu zaman o, yenidən toxtayıb, bu qısa görüşün bəlkə də onun yaddaşında xoş bir xatirə kimi qalacağı ümidiylə güldü. Və o, yenidən özündə bir fyüngüllük hiss edəcəkdi.
Qatar şütüyür. Pəncərələrdə işıq əks olunur.
Lula vaqonun axırında baha olmayan açıq rəngli donda və səndəldə peydda olur. O, içində kağız cildli kitabların, meyvələr və başqa şeylərin olduğu ağır çantanı daşıyır. Gözündə ara-sıra alnına qaldırdığı gün eynəyi var. Lula çiyinlərinə düşən uzun, şabalıdı saçlı, hündür, qəddi-qamətli gözəl bir qqadındır. Dodaqları boyalıdır, amma həddində. O, iştahla alma yeyir. Vaqonun içiylə Kleyə tərəf yaxınlaşır. Onunla yanaşı əyləşibl almanı çeynəyə-çeynəyə tənbəl-tənbəl kəmərini düzəldir. Aydın görünür ki, bura təsadüfən gəlməyib, kişinin ona müraciət etməsini gözləyir.
Kley əvvəlki kimi jurnalı azca üstündən qabağına baxa-baxa oturub qalıb. Və təzədən faydası olmasa da jurnalı yellədə-yellədə sərinləmək istəyir. Sonra yanında əyəşən qadını görür, təbəsssümlə onun üzünə baxır. Lula. Salam!
Kley. Ah, bu sizsiniz?
Lula. Mən burada əyləşdim, olar?
Kley. Əlböttə olar!
Lula (oturacaqda yırğalanır, ayaqlarını uzadıb sanki çox yorulduğuna işarə edir). Uh, necə də ağır idi!
Kley. Mənim üçün o qədər də ağır olmazdı... (bir qədər təəccüblü və ola bilsin azca soyuq baxışlarla başını arxaya, pəncərə tərəfə aparır.)
Lula hə, yəqin...
Qadın səndəldə olan ayaq barmaqlarını tərpədir, sonra səndəlin və ayağının dabanına yaxşı baxmaq üçün sağ ayağını sol dizi üstə aparır. Özünü elə aparmaqn istəyir ki, guya yanında əyləşən Kley onu qəti maraqlandırmır, amma əslində o kişini ikinci dəfə dindirmək üçün bəhanə gəzir. Kley gözünü qaranlıq pəncərəyə dikməkdən yorulub jurnala baxır. Elə bu an qadın tez ona sarı dönür.
Lula. Niyə gözünüzü pəncərədən mənə zilləmisiniz?
Kley (ona sarı dönərək, hiddətlənir). Nə?
Lula. Niyə gözünü pəncərədən mənə zilləmisən? Elə bil şəklə baxır!
Kley. Mənmi gözümü sizə zilləmişəm? Bu, nə deməkdir?
Lula. Məgər siz «göz zilləməyin nə olduğunu» bilmirsiniz? Kley. Mən sadəcə sizi pəncərədən gördüm. Üstəlik, mənə elə gəldi ki, siz özünüz gözünüzü bərəldib mənə baxırsınız...
Lula. Elədir. El əki, dönüb sənin məni gözlərinlə yediyini gördüm... Məni və mənim ayaqlarımı...
Kley. Siz ciddi deyirsiniz? Lula. Əlbəttə. Fikrimcə, əvvəl-əvvəl sər ancaq mənə baxmaq istədin, indi isə tanışlıq üçün yüngül bir cəhd edirsən. Bəlkə alındı. Ağlına da gətirmə! ÖZ ağlını şəhvani hisslərdən üstün tut! Kley. İlahi, özün saxla! Bəli, sizə tərəf baxdığımı mən etiraf edirəm, amma qalan şeyləri siz uydurursunuz... Lula. Bilmirəm, bilmirəm...
Kley. Əlbəttə, pəncərədən adama göz zilləmək kifayət qədər səfeh məşğuliyyətdir. Abstrakt eşşəkləri saymaqdan da səfeh...
Lula. Niyə ki? Əgər mən sənə baxdımsa da sən lap axını çıxardın. Mən hətta sənin üzünə güldüm...
Kley. Mən gördüm.
Lula. Mən hətta bu qatara mindim. Başqasıyla, başqa səmtə də gedə bilərdim. Mən sıraları gəzə-gəzə səni axtardım.
Kley. Ciddi deyirsən? Bu, çox maraqlıdır!
Lula. Maraqlıdır? İlahi, sən necə də səfehsən?
Kley. Yaxşı, üzr istəyirəm, xanım, mən həqiqətən də yüksək səviyyəli söhbətlərə hazır deyiləm.
Lula. Nədən sən hazır olmayasan? (Almanın çəyirdəyini kağız burun dəsmalını büküb yerə atır.)
Kley (söhbəti seksual oyun kimi qəbul edir. Və məhz bu fikirlə də ona sarı dönür.) Amma mən o biri məsələyə hazıram.
Lula (ucadan gülür və kəskin tərzdə içini boşaldır). Nədir, məni elələrindən hesab edirsən?
Kley. Nə?
Lula. Nədir, hesab eləyirsən ki, mən sənə ilişmək istəyirəm? Ki, sən məni ötürəsən, belə-belə işlər, hə?
Kley. Nədir, mən elə adama oxşayıram?
Lula. Sən mənim gözümə kifayət qədər alça qadam kimi göünürsən. Olmaya sadəcə, belə görünmək istəyirsən? Görünür, sən Nyu-Cersidə öz valideynlərinlə birlikdə yaşayırsan. Amma bu hələ harasıdır? Mənə elə gəlir ki, sən Çin poeziyasını oxuyub acı çayı likörlə qarışdırıb içirsən. (Gülüb ayaqlarını tərpədir. Mənə elə gəlir ki, sən ölümü quru peçenye yeyən anda qarşılayacaqsan.)
Kley (başını o yan bu yana yelləyir. Açıq-aşkar görünür ki, tutulub, etiraz etmək istəyir, amma həm də bu qadının danışığı, hətta qızmar asfalt kimi yumşaq səsi onun düşüncələrinə hakim kəsilib.) Doğrudanmı, bütün bunlar hamısı mənə aiddir?
Lula. Xeyr, hamısı yox. (O, bilərəkdən səsinin ahəngiylə məsələnin ciddiliyini gizlətmə istəyir.) Mən qəzavü-qədəri aldadacağam. (Gülür.) Elə bu da mənim dünyaya hakim olmağıma kömək edəcək.
Kley (bu uğursuz zarafata sadəlövhcəsinə gülür.) Ha-ha! Bəs necə!
Lula. Amma doğru deyirəm axı? Elə deyil? Sən Nyu-Cersidən deyilsən?
Kley. Siz bütün bunları haradan bilirsiniz? Hə? Bəli, mən Cersisidənəm... Saçalla bağlı lətifələrdə də siz səhv etmirsiniz? Qulaq asın, mən əvvəl szi görməişəm. Siz Uorren Enraytla tanış deyilsiniz?
Lula. On yaşın olanda sən bu işi bacınla görmək istəmisən... (Kley ağır-ağır arxaya söykənir. Gözlərindən görünür ki, hələ də özünə gəlməyə cəhd edir.) Amma mən burada ikicə həftə əvvəl kifayət qədər çox şeyə çatdım! (Təzədən gülməyə başlayır.)
Kley. Siz bütün bunları axı, haradan bilirsiniz? Sizin gürcü dostunuz yoxdur?
Lula. Deyirəm yoxdur. Mən heç də sənin bacını tanıyıb eləmirəm. Mən hansısa Uorren Enraytı da tanımıram.
Kley. Bəs onda haradan bilirsiniz?
Lula. Uorren Enrayt - o hündür, arıq, qara, zil qara, saxta ingil akentli həmin o gəncmi?
Kley. Mənə elə gəlir ki, siz onu tanıyırsınız.
Lula. Əşi, mə nonu tanımıram, tanımıram. Mən yalnız belə zəng edirəm. Sən kimi tanıyırsansa de gəlsin... (Gülür.)
Kley. Ay səni!..
Lula. Yəqin sən onun yanına gedirsən.
Kley. Hə...
Lula (əlini Kleyin ona yaxın olan dizinin üstünə qoyub orada hansısa dairə, xətt çəkir, çox diqqətlə onun sifətinə baxıb gülməyinə davam edir. Amma bu gülüş ola bilsin əvvəlkindən bir qədər yumşaqdır.) Səfeh, səfeh, səfeh oğlan. Bəs necə? Mən axı, səni ehtirasa gətirirəm, eləmi?
Kley. Siz gözəlsiniz.
Lula. Mən səni ehtirasa gətirirəm?
Kley. Yəqin, amma bütün bunlar elə gözlənilmədən...
Lula. Heç mən özüm də gözləmirdim. (Əlini onun dizinin üstündən götürüb eləcə saxlayır, sonra çantasından alma çıxarır.) İstəyirsən?
Kley. İmtina elməzdim.
Lula (çantadan bir alma da çıxarır: onun üçün. Birlikdə alma yeməkdən həmişə ilk addım anlamındadır. Yaxud da istirahət günlərindən Yeddinci avenyuda gecə gəzintisi. Kleyə baxa-baxa almanı dişləyib çeynəyir və laqeyd, quru səslə danışır.) Bəlkə sənə ilişmək elə də asan deyil, hə... oğlan! Bizə ilişmək elə də asan deyil, axı,hə? (Ciddiliyini gülüşü ilə gizləyir.) Mənimlə sizə xoşdurmu, mister kişi?
Kley (almanı ehtirasla dişləyərək, özünü Lula kimi sadəlövh göstərmək istəyir.) Əlbəttə. Niyə də yox? Sizin gözəl qadın olduğunuzu mən də görürəm. Gərək axmaq olasan ki. Bunu etiraf etməyəsən.
Lula. Sən öz sözlərinə cavab verirsən? (Kifayə qədər kobudluqla onun toqa yerindən yapışır və almanı yeyə bilməsin deyə əllərini silkələyir.) Nə oldu? Sən deyənlər doğrudur? (Daha da bərk silkələyir.) Hə?
Kley. Doğrudur, doğrudur! Çox güclü olduğunuzu özünüz bilirsinizmi? Siz kimsini xanım, pəhləvan, yoxsa kim?
Lula. Məgər güclü qadınlarla bir yerdə olmaq belə pisdir? Heç cavab vermə, çünki heç vaxt başqa qadın tanımamısan. Ah! Necə də dəhşət! (Sinikcəsinə.) Öz doğma Cersilərində onların başqa qadınları olmur. Necə də dəhşət!
Kley. Siz hələ mənə haqqımda bu qədər haradan bildiyinizi deməmisiniz.
Lula. Deyim ki, belə baxanda sənin haqqında demək olar, heç nə bilm irəm... və ümumiyyətlə sən kifayət qədər yayılmış tiplərdənsən.
Kley. Necə, ciddimi deyirsiniz?
Lula. Belə də. Mən sənin tipini kifayət qədər yaxşı tanıyıram. Sənin o, ingiliscə danışan arıq dostunun da.
Kley. Demək, sadəcə, sizin sözünüz hədəfə dəyib?
Lula (yerinə əyləşib özünü rahatlayır və almanı yeyir). Blüz mahnının melodiyasını oxuyur.) Nə?
Kley. Siz bizi əslində tanımırsınız, eləmi?
Lula. Eh, cavan oğlan! (Kəskin hərəkətlə Kleyə tərəf dönür.) Sən heç də pis deyilsən! Bilirsən, səndən gözəl kişi alına bilər...
Kley (səsini qaldıır, amma qatarın hay-küyü onun sözlərini boğur.) Mən sizinlə mübahisə eləmirəm. Lula bu yaxınlarda mən saçlarımı rəngləmişəm, daha doğrusu ağartmışam. Bu rəng hər yaş və hər tip üçün münasibdir.
Kley. Məgər yaşlı görünmək sizin xoşunuza gəlir?
Lula. Amma bu, həmihə elə nəcib görünür ki, saça dən düşəndə... (Özünə qapılır.) Səhər-axşam panel evləri qucaqlamaqdansa... Nə fərqi...
Kley. Baha düşmədim...
Lula. Ey, niyə sən məni gecəyə dəvət etmirsən?
Kley. Əgər gecədən də xəbəriniz varsa, siz heç şəksiz Uorrenin rəfiqəsisiniz.
Lula. Məni də özünüzlə gecəyə apararsınız. (Sərxoşu təsvir edir.) Oh, nə olar məni də gecənizə götürün, götürün!
Kley. Əlbəttə,mən sizə gecəni birlikdə keçirməyə dəvət edirəmö amma mərc gəlirəm ki, siz Uorrenin rəfiqəsisiniz.
Lula. Mən niyə də Uorrenin rəfiqəsi olmayım, hə? (Nəsə götür-qoy edir.) Sənin hələ də nəsə şübhələrin qalıb?
Kley. Mən axı, heç sizin adınızı da bilmirəm.
Lula. Mənim adım nyinə lazımdır?
Kley. Nədir, sirdir?
Lula. Yox, sirr deyil, müəmmadır. Mən Lena-Qienayam.
Kley. Həmin o məşhur şairə?
Lula. Bəs necə, əlbəttə! Özüdür ki, var!
Kley. Yaxşı. Siz mənim haqqımda o qədər şey bilirsiniz ki... Bəs, mənim adım nədir?
Lula. Jenya-Qienya. Kley. Hə, düzdür, həmin o məşhur şairədir!
Lula. Özüdür ki, var! (Gülür və çantaya baxır.) Yenə alma istəyirsən?
Kley. Təşəkkür edirəm, ledi. Gərək həddi gözləyəsən.
Lula. Fikrimcə, sənin adın gərək... Səni kimə oxşadıram...Ah, məncə, sən ya herold, ya da Voltersən, eləmi?
Kley. Əlbəttə yox.
Lula. Bəlkə Lloyd, ya da Norman? Nyu-Cersini bürüyən bu axmaq səsli adlardan biri... Leonard? Yox, o deyil...
Kley. Uorrenin adına oxşayır.
Lula. Aha, aydındır! Əgər Uorrenə oxşayırsa, onda şəksiz Everetdir.
Kley. O deyil, o deyil...
Lula. Yaxşı, Villi də deyil.
Kley. Kley!..
Lula. Ah, Kley? Nədi, doğrudan? Niyə axı, Kley?
Kley. Əgər bəyənmirsinizsə, başqa ad seçin: Cekson, Conson, ya Uilyams.
Lula. Ah, demək belə oldu? Neynək. Onda Uilyams olacaqsan. Cekson, ya Conson həddən ziyadə iddialı...
Kley. Yaxşı.
Lula. Amma Kley də əla səslənir!
Kley. Hə, lena da pis səslənmir!
Lula. Lula.
Kley. A?
Lula. Goreşən Lula.
Kley. Çox yaxşı.
Lula (təzədən gülməyə başlayır). Elə indicə sən mənə belə dedin: «Lula nədən sən bu axşamı mənimlə keçirməyəsən?» Bu, sənin sözlərin idi, icazə ver, yadına salım...
Kley. Lula, nədən sən bu axşamı mənimlə keçirməyəsən? A?
Lula. İndi isə mənim adamıiki dəfə təkrar elə, amma «a»sız.
Kley. Lula! Lula! Nədən sən bu axşamı mənimlə keçirməyəsən?
Lula. Bax indii normal alındı. Amma, Kley, bir halda ki, biz elə indicə tanış olmuşuq, sən nə ürəklə məni harasa dəvət edirsən?
Kley. Bu yetərinə qəribədir, hə?
Lula. Sənin öütün reaksiyan elə bundan ibarətdir? Sən belə demək istəyirdin: «O! Gedək! Orada biz bir-birimizi daha yaxından tanıyarıq».
Kley. Mən məhz belə demək istəyirdim...
Lula. Orada, həmin o gecədə sən necə olacaqsan? (Artıq qəzəbini gizlədmədən ona baxır.) Orada kimi oynayacaqsan? Misteri? Mister Kley Uilyamı? (Əlini onun baldırına, cinsiyyət orqanına yaxın qoyur.) Bəs, buna sözün nə olacaq?
Kley. İndi vaxtı deyil, siz axı məni əməlli-başlı ehtirasa gətirəcəksiniz...
Lula (əlini çəkib almanın çəyirdəyini pəncərədən atır.) A, demək belə... (Kəskin hərəkətlə yerinə pərçimlənib inadla susur.)
Kley. Sizin sayənizdə mən özüm haqqında hər şeyi bilirəm. Nə oldu ki? (Lula ona baxır, soonra ağır-ağır dönür. Sonra oturacaqların arasındakı keçidə baxır. Qatarın səsi. Lula çantasına baxıb oradan bi kitab çıxarır. Kitabı dizləri üstə qoyur, şəhadət barmağı ilə vərəqləyir. Kley kitabın adını görmək üçün başını əyir. Qatarın səsi. Lula kitabı vərəqləyə-vərəqləyə özünü elə aparır ki, guya oxuyur. Uzun müddət hər ikisi susur.) Siz mənimlə gecəyə gedəcəksiniz?
Lula (hətta ona baxmadan, darıxan adam kimi). Mən sizi qəti tanımıram...
Kley. Siz axı, mənim tipimə bələd olduğunuzu dediniz.
Lula (qəribə əsəbiliklə). Mənim səbrimi snağa çəkməyin. Əlbəttə, mən sizin hamınızı ovcumun içi imi tanıyıram...
Kley. Demək, siz artıq bir başqasıyla da alma yemisiniz?
Lula. Bəli. Amma adını deməyəcəyəm. Bu, ötən şənbə axşamı olub. Mən qapını açdım. Həzzin zirvəsinə açılan qapını. Bel dəfə. İtaliyalıların və yalançı amerikalıların çoxundan artıq... Və onlarla kök təmizlədim. Üstəlik... (Ona baxır.) Kiminsə əli mənim donumuz düymələrini açırdı, kiminsə əli tumanımı çıxarırdı. Kiminsə əli. Kiminsə sevgili əli.
Kley. Əgər mən həddən artıq acı söz desəm, inciməzsiniz?
Lula. Onsuz da sən deyənlər hamısı acıdır. (Onu qıcıqlandırır.) Sən eləyənlər hamıs elə valehedicidir ki. Xa. Bütün düymələri bağlı bu köhnə, məzəli jaketdə... (Onun jaketinə toxunarkən eyni açılır.) Sən haradan götürdün ki, jaket və qalstuk belə istiyə uyğun gəlir? Bir də ki, niyə jaketlə qalstuk taxırsan? Sənin əcdadların necə dünyaya gəliblər: cadugər kimi, yoxsa çaylı qiyməti qalxandan sonra peyda olan inqilabçı kimi?.. Cavan oğlan, onlardan sənə miras qalmış bu dar paltar yəqin bədənini bərk sıxır? Üçdüyməli pencəyə nə deyirsən? Doğrudurmu ki, sən mil-mil jaketdə və üçdüyməli pencəkdə olmalısan? Axı, sənin dədən nökər olub, harvardda oxumayıb.
Kley. Mənim atam gecə qarovulçusu olub.
Lula. Və sən hamının Averell Harrimen kimi düşünə sahibi olan nüfuzlu kollecə gedirdi...
Kley. Hamını, bircə məndən başqa...
Lula. Bəs sən kimin kimi üşünürdün? İndi kimi düşünürsən?
Kley (qadının hara işarə etdiyini anlamayaraq gülür.) Kollecdə mən özümü daha çox Badlerin yerində hiss edirdim. Amma indi artıq əlbəttə ki, yox.)
Lula. Nədən deyirsən mərc gələk ki, sən heç vaxt özünü qara zənci kimi hiss etməmisən? (Ciddi danışır, sonra gülməkdən uğunub gedir. Kley sarsılıb, amma bu sarsıntıdan sonra dərhal bunu zarafat kimi qəbul etmək istəyir. Lula təsiredici tərzdə qışqırır.) Qara Bodler!..
Kley. Hə, elədir...
Lula. Cavan oğlan, sən hələ kalsan... Mən öz sözlərimi geri götürürəm. Dediklərini sən mənə pis niyyətlə deməmisən. Gəl, bununla qurtaraq. Sən isə yaxşı olar, televiziyada işləyəsən...
Kley. Siz isə elə danışırsınız ki, elə bil artıq televiziyadasınız.
Lula. Çünki mən aktrisayam.
Kley. Özü də yaxşı aktrisa.
Lula. Sən yanılırsan. Mən peşəkar aktrisa deyiləm. Mən elə belə dedim. Mən həmişə kəf gəlirəm. Mən heç kiməm əzizim, bunu qulağına sırğa elə. (Gülür.) Hətta annam kommunist olsa belə. Belə şeylər yalnız mənim ailəmdə baş verə bilərdi.
Kley. Mənim annam respublikaçı idi.
Lula. Atan isə partiyaya yox, adama səs vermişdi.
Kley. Düzdür.
Lula. Bəli, adama. Bəli, bəli, o adama.
Kley. Bəli!
Lula. Və ona seçmək hüququ verən Amerikaya? Eləmi?
Kley. Bəli.
Lula. Onda sənin hər iki valideyninə eşq olsun! Hətta əgər siyasi baxışları üst-üstə düşməsə belə, onlar sevgi və dəlicəsinə ehtiras adlı ittifaqı unutmayıbğlar və bu da həyat tumurcuğunun, mərhəmətli Kleyin dünyaya gəlişinə rəvac verib. Sənin anadangəlmə adın belədir də, eləmi?
Kley. Bəli, Kley.
Lula. Mərhəmətli Kleyin, Kley Uilyamsın dünyaya gəlişinə rəvac verən sevgi və dəlicəsinə ehtiras adlı ittifaqa eşq olsun! Ura! Amma hamıdan da çox Kleyə -qara Bodlerə eşq olsun! (Açıq sinizmlə.) Mənim Məsihim. Mənim zavalı Məsihim. Kley. Mem, sizə təşəkkür edirəm. Lula. Amma axı, səni gələcəyin adamı kimi qəbul edə bilər?! Və ağlına girsə, onları öldürməyəsən deyə, hər şeyə dözərlər...
Kley. Nə?
Lula. Kley özün də bilirsən ki, sən qatilsən. (Səsi sirr dolu məna alır.) Sən Tanrının llənətindən xəbərdarsan, xoşbəxtlikdə elə mən də bilirəm ki...
Kley. Mən?
Lula. Sən eynilə günahkar ruh kimi kölgənlə hərəkət edirsən!
Kley (qınayıcı tərzdə burnunu çəkir). Eləmi?
Lula. Öözünü adam kimi təqdim etmək istəyirsən, amma mən səni ovcumun içi kimi görürəm. Sən qatilsən! Amma mən sənə müqavimət göstərə bilərəm. Biz qarşı-qarşıya dayanmışıq, hər ikimiz özümüzü adi, xoşməramlı insan kimi aparırıq, amma əslində biz şəhər zibilxanalarında bağırsaqları dartıb çəkən içalat təmizləyənlərik. (Var səsiylə qışqırır.) Burulğan hər şeyi, hər şeyi udacaq!
Pərdə enir.

İKİNCİ SƏHNƏ

Səhnə əvvəlki kimi qurulub, amma indi vaqonun o biri hissələri də işıqlanıb. Və metronun təsviri verilən səhnənin hər tərəfində müxtəlif adamlar peyda olur. Tamaşanın davamı başlanan kimi onlardan biri, yaxud ikisi vaqona minib otura bilər, amma nə Kley, nə də Lula onları hiss etməlidir. Kleyin qalstuku açılıb. Lulanın bütün fikri kitab mütalibinə cəmləşib.
Kley. Səncə, gecə necə olacaq?
Lula. Bilirəm, hər şey əla keçəcək. Əsas odur kiÖ sən məni başa düşürsən. Bəli, mən kifayət qədər qəribə, azca təkəbbürlü və yüngülcə susqun ola bilərəm, uzun, ağır addımlarla gəzişə bilərəm.
Kley. Heç nə olmaz.
Lula. Elə ki, içdin, çox incə tərzdə belimi qucaqlayarsan, mən də dodaqlarımı dilimlə yalaya-yalaya diqqətlə sənə baxacağam.
Kley. Nə olar ki, biz bunu bacararıq...
Lula. Sən cavanlarla öz baxışların, qocalarla planların barədə danışarsan. Əgər qapalı və darıxdırıcı tanışlarından hansısa birinə rast gəlsən mənə yaxınlaşa bilərsən. Biz yanaşı dayanıb spirtli nəsə içə-içə bir-birimizə öz xatirələrimizi danışarıq. Axşamın atmosferi məhəbbət qoxusuyla dolu olacaq və elə görüntüsü də...
Kley. Məncə bu lap qiyamət olacaq.
Lula. Və onda hamıya elə gələcək ki, guya burada heç kəs sənin adını bilmir və onda... (Susur.) Burada olanlar hamısı təbii ki, sənin inanmadığın əbədi dostluğa and içəcək.
Kley (onun boğazını və barmaqlarını öpür). Onda nə olacaq?
Lula. Onda nə olacaq. Onda biz küçəyə çıxacağıq. Gecə yarıdan ötmüş olacaq. Təmiz hava dub alma yeyəcəyik, sonra da tələsmədən mənim evimə gedəcəyik.
Kley. Niyə tələsmədən?
Lula. Biz mağazaların vitrinlərinə baxıb hansısa qeyri-adi addımlar atacağıq. Məsələn, bir bütpərəst yəhudiyə rast gəlib həddən ziyadə tünd qəhvədən sonra mütləq onu şəxsi fikrindən döndərəcəyik.
Kley. Hansı Tanrının naminə?
Lula. Mənim.
Kley. Sənin Tanrın hansıdır?
Lula. Elə sənin Tanrın.
Kley. Demək, bizdə o, eynidir?
Lula. Bəs necə, əlbəttə,. (Diqqətini içəri daxil olan adamlardan birinə yönəldirlər.)
Kley. Əgər bir şey baş verməsə, sonra evə gedəcəyik?
Lula (əhvalı pozulur, amma bunu gizləyir.) Əlbəttə, mənim evimə gedəcəyik.
Kley. Əlbəttə.
Lula. Pilləkənlərlə biz mərtəbəyə qalxacağıq...
Kley. Siz göydələndə yaşayırsınız?
Lula. Əşi mən harada gəldi yaşaya bilərəm! Amma, xahiş edioəm, dəliliyin xüsusi növünü mənim yadıma salma...
Kley. Demək, pilləkənlə bizim mərtəbəyə qalxacağıq...
Lula. Mən əlimdə alma qapını açıb, bu zərif, irigözlü şikarımı, necə deyərlər, öz komama dartıb çəkirəm.
Kley. Bəs sonra nə olacaq?
Lula. Sonra rəqslər, məqslər, müxtəlif oyunlar, sonra şərab sel kimi axacaq və bütün bunlardan sonra əsl kef başlanacaq...
Kley. Ax, əsl kef! (Utanır və buna görə açıq-aşkar görünür ki, özündən razı qalmayıb.) Bu necə olacaq? Lula (gülür). Qaranlıq, yatmış evdə bu, əsl kef olacaq. Bəli, bəli, əsl kef! O səni yerdən, qanacaqsız kovboylarla dolu küçələrdən yuxarı qaldıracaq. Mən nəvazişlə yaş əlini sıxıb sənə almazlar sayrışan göy üzünü göstərəcəyəm...
Kley. Niyə yaş?
Lula. Onda kül kimi quru.
Kley. Və soyuq?
Lula. Necə olması səndən asılıdır. Mənimki soyuq deyil. Mənim qaranlıq otağım da istidir. Və biz orada oturub bir xeyli uzun-uzadı söhbətlər edəcəyyik.
Kley. Nədən?
Lula. Necə yəni nədən? Yəqin ki, sənin kişilik damarından. Bəs nexə hesab eləyirsən, bütün bu vaxt ərzində biz nədən danışırdıq ki?
Kley. Mən heç özüm də bilmirəm nədən. Yəqin heç nədən. (O biri tərəfə çevrilib yeyin addımlarla vaqona daxil olan kişiylə baxır, o biriləri, artıq əyləşənləri nəzərdər keçirir.) Ey, onların içəri girməklərindən mənim heç xəbərim olmayıb...
Lula. Elə mənim də.
Kley. Necə də ləng gedir.
Lula. Hə!
Kley. Hə, yaxşı! Sonrası necə olacaq? Biz mənim kişilik damarımdan danışırdıq.
Lula. Və yenə danışacağıq, bütün vaxtımız boyu...
Kley. Hamısını da sənin otağında?
Lula. Hamısını da mənim qaranlıq, zil qaranlıq otağımda. Sonsuza qədər danışacağıq.
Kley. Mənim kişilik damarımdan.
Lula. Mən sənə hər şeyi öyrədəcəyəm, amma mənim evimə gələndən sonra.
Kley. Neynək, bu lap əla oldu!
Lula. Bunu danışmaq olmaz, bunu gərək yalnız eləyəsən. Və onda hər şey lap dibindən!..
Kley (ucadan və təbiiliklə gülmək istəyir). Biz ora gedirikmi?
Lula. Mənim otağım sənin gözünə qəmgin görünəcək, lap qəbir kimi. Və sən ola bilsin belə deyəcəksən: «Bura Cülyettanın öldüyü yeri xatırladır».
Kley. Necə ki? Mən deyə bilərəm!
Lula. Ola bilsin, sən bu sözü əvvəl də demisən.
Kley. Nə olsun, hər halda bu qiyamət görüşdür!
Lula. Sənin sifətin indi mənim üzümə çox yaxındır. Məni sevdiyini üzümə deyə bilərsənmi: çoxlu-çoxlu, amm pıçıltıyla?
Kley. Bəlkə də deyə bilərəm...
Lula. Və sən yalan danışacaqsan?
Kley. Yox, mən bu barədə sizi aldatmayacağam.
Lula. Mən sadəcə güman edirəm ki, sən yalan danışacaqsan. İşdir-sayəd əgər yalan danışmasan, mənə ürəyində yer eləyəcəksən.
Kley. Ürəyimdə yer eləyəcəyəm? Mən heç nə anlamıram.
Lula (gülməyinə davam edə-edə nida edir, amma bu dəfə kifayət qədər kəskin tərzdə). Ax, anlamırsan? Onda mənə baxma! Məni bir başqası ötürər. Mən ayaqlarımı bir-birinin üstünə aşırıb burada oturub qalacağam.
Kley. Dəhşət! Necə də dəhşət! Siz təsadüfən aktrisa deyilsiniz? Sizdə belə görünür, dahilik maniyası var! Lula. Mən artıq sənə demişəm ki, aktrisa-filan deyiləm. İndi özün rnəticə çıxar.
Kley. Çıxararam. İndii təsvir etdikləriniz də bizim həyatımızdan götürülüb? Yoxsa başqa operadandır?
Lula. Mən nə bilirdimsə hamısını sənə dedim... Ya da təxminən hamısını.
Kley. İndi daha bizim aramızda heç nə olmayacaq? Parlaq heç nə?
Lula. Hesab eləyirəm ki, parlaqlıq kifayət qədər oldu.
Kley. Onda niyə gülmürsünüz?
Lula. Sən mənim əsl sifətimi bilmirsən.
Kley. Yaxşı, onda əslini danışın. Siz dediniz ki, təxminən hamısı. Başqa nə qaldı? Mən hamısını eşitmək istəyirəm.
Lula (Diqqətlə çantasına nəzər yetirir. Həyəcanlı və asta səslə danışmağa başlayır). Hər romanın bir sonu var. Hər romanın. O cümlədən də bizimkinin. Məgər qəbir evinəcən sevgiyə inanmaq olar? A? (Onun çiyinlərinə vurub çantadakı əşyaları yerbəyer edir.) Kim gözləməyi bacarırsa, istədiyini alacaq. Almaqda olacaq, ölməz intelligent məşuqlarla uzun-uzadı gəzintilər də. Amma yanılmayın. Pəncərədən çölə baxın. Kitabları vərəqləyin. Dəyişin. Dəyişin. Siz də ciddiləşəcəksiniz. Fikrimcə, başqa analara, yaxud başqalarının analarına, o nəhəng inəklərə baxa-baxa öz analarıyla bir yastığa baş qoyan Yonkerdən olan həmin yəhudi şairlər kimi siz də yəqin psixoanalizlə məşğul olursunuz. Onlar hamısı tacsız hökmdarlardır. Onların şeirləri həmişə sevinclə doludur və həmişə də seksdəndir.
Kley. Onlar lap kinodakı kimi güclüdürlər.
Lula. dəyişin. Nə qədər ki, onlara nifrət edirsən, zaman sizin xeyrinizə işləyir. (Xeyli sayda adam vaqona daxil olur. Onlar danışan cütlüyə yaxın gəlirlər, onlardan bəziləri əyləşməyərək tutacaqdan tutaraq yırğalana-yırğalana dayanıb qalırlar və müəyyən maraqla bu iki nəfərə baxarlar.)
Kley. Oh, nə qədər adam var! Onlar yəqin eyni yerdən gəliblər.
Lula. yəqin.
Kley. Siz haradan bilirsiniz?
Lula. Mən onlar barədə sənin haqqında bildiklərimdən çox bilirəm. Onlar sənə sıxıntı gətirir?
Kley. Sıxıntı? Niyə onlar mənə sıxıntı gətirməlidirlər?
Lula. çünki sən qaçqın bir zəncisən.
Kley. Eləmi?
Lula. çünki sən bax bu... tikanlı məftildən adlayıb keçərrək mənə ilişirsən.
Kley. Tikanlı məftil haradan çıxdı?
Lula. Necə bəyəm onların plantasiyalarının ətrafında tikanlı məftillər yoxdur?
Kley. Siz yəqin yəhudisiniz. Belə olmasaydı, tikanlı məftil barədə haradan bilərdiniz? Plantasiyalarda isə onun izi-tozu da yoxdur. Plantasiyalar böyük, açıq torpaq sahələrindən və ağardılmış evlərdən ibarət idi. Və orada işləyən hər kəsə damğa vurulmuşdu. Bir də orada olan yalnız saman və üfunət idi. Beləcə, hər gün.
Lula. Ax, eləmi?!
Kley. Bəli. Və blyuz beləcə yarandı...
Lula. Bəli, bəli və blyuz beləcə yarandı... (Mahnı oxumağa başlayır və səsi tez bir zamanda isterik notlar alır. Oxuya-oxuya o keçidə tərəf gəlib ayaqüstə duranların çoxuna və oturanların ayaqlarına tez-tez ilişə-ilişə ritmə uyğun t ərzdə əsir, əyilir, yırğalanır. Və bütün bu müddət ərzində o, rəqsinə davam edə-edə, söyüş söyə-söyə sifətlərinə baxır.) Blüz beləcə yarandı. Bəli, bəli, yolda doğulan, it oğlu. Bəli. İblis. Bəli. Bəli. Və blüz beləcə yarandı. On zənci balası budaq üstə oturmuşdu, amma onların arasında beləsi yox idi. (Kleyi göstərib ona sarı dönür, rəqsə dəvət etmək üçün əlindən dartır.) Və blüz beləcə yarandı. Bəli gəl, Kley! Əlaf olma. Qarınlarımızı bir-birinə sürtüşdürək. Qarınlarımızı bir-birinə sürtüşdürək.
Kley (əllərini dartıb çəkmək istəyir. O, pərt olub, amma onu itələməyə özündə cürət tapa bilir). Ey, həmin almalarda nə vardı? Ağ qar? Etiraf edin, ağ qar? Mən haqlıyam?
Lula (əlindən tutub çəkir, o əlindən çıxır). Di yaxşı, gəl, Kley! Qatarda qarınlarımızı bir-birinə sürtüşdürək. Yaramaz. Əclaf. Bu yalançı həya hissini rəd delə getsin! Nədir, niyə özünü itirmisən? Gəl qayırrışaq! Gəl qayırışaq! Di gəl, Kley! Gəl biz də qatar çarxlarının səsinə uyğun öz «tuk-tukumuzu» eləyək! Mən sənin göbəyini qaşıyaram.
Kley. Qulaq asın, siz özünüzü lap heç bir abır gözləmədən tumanını çıxarıb atan xanımlar kimi aparırsınız. Lula (Onun rəqs etməyə gəlməməsindən qıcıqlanır, amma Kleyin bərk pərt olmasını görərək təzədən ilhama gəlir). Di yaxşı, Kley, gəl görüm! Adam ol! Ay səni! Ay səni! Kley! Kley! Sən lap əhlilləşdirilmiş qara zırramalardansanmış! Yaxhı, zəhmətkeş ananı unut getsin! Di, heç olmasa bir neçə dəqiqəliyə! Di yaxhı, gəl qarınlarımızı bir-birinə sürtüşdürək. Kley. Ey qalındodaq ağ insan! Bəlkə də sən lap xristiansan. Və sən heç zənci də deyilsən, sən sadəcə, ağdərili murdarın birisisən! Di yaxşı, qalx, Kley. Mənimlə rəqs elə!
Kley. Lula! Tez elə, otur! Taxta!
Lula (Vəhşi rəqsiylə bədənini əsdirə-əsdirə onu qıcıqlandırır). «Toxta! Toxta!» Sən axı, nə bilirsən... Qorxursan ki, birdən nəsə olar. Jaketini axırıncı düyməyə qədər bağlayıb eynən ağ adamlar kimi içində yığılıb qalan sözlərin bolluğundan boğulursan. Məsih. Sən lap Tanrı kimisən. Di onda qalx və bu adamlara qışqır! Sən Tanrısan. Di onda bu ümidsiz sifətlərə mənasız bir söz qışqır! (Rəqsinə davam edə-edə qatardakı insanlara qışqırır.) Bu qırmızı qatarlarda alt paltarları qurdalayıb həmişəlik soyunub atırlar. Bura qorxu və sükutun vəhdətidir. Burada suyu axan burunlar eynən dəniz quşları kimi fit verirlər. Kley! Di yaxşı, Kley! Bəlkə silkələnəsən? Kötük kimi oturub qalma, bu təhlükəli yoldur, onlar səni məhz etmək istəyirlər. Qalx!
Kley. Yaxşı, otur! (Onu tutub saxlamaq stəyir.) Səni anda verirəm, otur.
Lula (onun əllərindən dartınıb çıxır). Əlini özünə saxla, Tom dayı. Keybaş Tomas. Qocalmış, atarmış, pırtlaşıq kəkillinin birisi. Taxta əsasına söykənən. Qoca Tom. Qoca Tom. Hə, bu ağ adam anadangəlmə qozbeldir. Onunku ancaq öz mərhəmətli nimdaşlığını gizlətmək üçün bu taxtadan t utub səndirləməyə qalıb. O, Keybaş Tomas! (Əyləşənlərdən bəzisi gülür. Bir sərxoş yeridən qalxıb öz «mahnısını oxuya-oxuya rəqs edən Lulaya qoruşur. Kley öz yerindən qalxır və əyləşənlərin diqqəti ona cəmləşir.)
Kley. Lula! Lula! (Lula ondan yayınır, rəqs edə-edə var gücüylə qışqırır. Sərxoş da qışqırır və dəli kimi əllərini əsdirir.) Lula... Ey sən, itin qızı... Niyə dayanıb durmusan? (Lulanın üstünə atılanda səndirləyir və onun əllərindən tutur.)
Lula. Əl çək məndən! Tez elə, ey qəhbənin qarabalası! (Kleylə əlbəyaxa olur.) Məndən uzaq dur! Kömək edin! (Kley onu oturacağa tərəf çəkəndə sərxoş ona mane olmaq istəyir. O, Kleyin belindən tutub onunla güləşir. Kley hələ də qışqırmağında olan Lulanı buraxmadan sərxoşu yerə itələyir. Nəhayət, Kley Lulanı oturacağa çəkib əyləşdirir.)
Kley. İndi ağzını mumla. (Onun çiyinlərindən tutur.) Dedim ki, mumla. Nə dediyini özün də bilmirsən. Sən heç nə anlamırsan. Ona görə də o gic ağzını qıfılla.
Lula. Sən axı, ağlardan qorxursan! Atan da qorxursan! Atan da qorxurdu. Qalındodaq Tom dayı.
Kley (var gücüylə onun ağzından vurur. Lulanın başı oturacağın tərəfinə dəyir. Başını qaldıraqda Kley onu bir də vurur). İndi isə hamınız susub məni dinləyin. (O, o biri adamlara tərəf üzünü tutur. Onlardan bəziləri bu yerdən kifayət qədər uzaqdadır. Sərxoş bir dizi üstə qalxıb, başını ovuşdura-ovuşdura həzin səslə nəsə bir mahnı oxuyur. Kleyin ona baxdığını görəndə susur. Bəziləri gözlərini qəzetə, bəziləri pəncərəyə zilləyib.) Bütün bunların sənə heç bir dəxli yoxdur, Lula. Bütün bunlar sənin qulağına da olmamalıdır. Amma sən elə burnunun soxursan, soxursan... Səni öldürmək axı, mənim üçün su içmək kimi bir şeydir. Sənin bu incə boğazından bir gör nə üfunət çıxır. Mən onu əllərimlə sıxa bilərəm və görərsən, sən dərhal göyərib qıcalmaya düşəcəksən. Və sifəti ağarmış bu məxluqlar hamısı eynən bu cür oturub qəzetin üstündən mənə baxacaq. Mən onları da öldürəcəyəm. Hətta deyəsən, onlar özləri də elə bunu gözləyirlər. Məsələn elə bax bu... (Yaxşı geyinmiş birisini göstərir.) Mən «Tayms»ı onun əlindən bir göz qırpımında çəkərəm, bunu eləmək mənim üçün heç nədir. Mənim üçün onun boynunu burmağa da xüsusi bir əziyyət gərək deyil, bunu yüpyüngülcə edərəm. Amma nə səbəbə? Niyə axı mən sizlərə, kütbeyin səfehlərə əlimi toxundurum? Bunun bir faydası olmayacaq.
Lula. Sən axmaqsan!
Kley (az qala yerindən atılır). Mənə hələ Qırxıqbaş Qallalakı demirəm. Onun nə qədər adam gəbərtdiyini sən də bilirsən. Bəs mən nə etməliyəm? Özün denən, mən nə etməliyəm? (Qəfil çığırtıdan bütün vaqon təşviş keçirir.) Yaxşı, yetər! Heç nə danışma. Əgər mən əhlilləşdirilmişəm əsl ağ deyiləmsə... Qoy, belə olsun! Neynək, lap yaxşı. (Astadan danışır.) Mən sizi lənətə gəlmiş ruhlarınızı dartıb çıxaracağam! Mənim necə istəyirəmsə, o cür olmaq haqqım var. Lap Tom dayı olum. Tomas olum. Kim kimi istəyiərmsə. Sizin nə işinizə qalıb? Siz üzdə olanlardan başqa heç nəyi bilmirsiniz. Siz aldadırsınız. Yaxanızı qurtarırsınız. Amma axı, qaranın da ürəyi pak ola bilər. Amma siz bunu heç bilmək istəmirsiniz. Ona görə də mən bu vaqonda jaketimi axırıncı düyməsinə qədərbağlayıb sizin boynunuzu qırmaqdan özümü zorla saxlayıram. İndi sənə gələk. Sən nəhəng, pozulmuş bir qəhbəsən. Sən bir neçə qarayla qayrışdığına görə, dərhal özündən uydurmusan ki, qaraların daxili dünyalarının bilicisisən. Bu haqda hər şey aydındır. Amma sən bir şeyi qanıb-qandıra bilməmisən: əgər səni bir balaca döysələr nə günə düşərsən? Meyit olarsan axı. Nədir, bəlkə qarınlarımızı bir-birinə sürtüşdürək? Sən belə istəyirdin? Qəhbə, sən heç kişini necə özünə cəzb etməyi də bilmirsən... Bilmirsən! Sən özünü filin altına dürtən yabı kimi bir şeysən. Amma mənim səninlə qarın-qarına sürtüşmək həvəsim yoxdur. Bu, çox alçaldıcı olardı. Eyş-işrət yerlərinə sənin kimiləri iri şlyapalarda və paltarda yalnız bir məqsəd üçün gəlirlər. Qarınlarını sürtüşdürmək üçün. Onlar dhəqarətlə baxırlar. Qoca, keçəl, dördgöz insanlar onlara barmaq yelləyirlər. Onlar istədiklərini hələ bilməsələr də deyirlər: «Bessi Smit mənim xoşuma gəlir». O, deyir: «Mənim deməyimi öp, mənim qara ləməyimi öp». Onlar Cazın Kraliçasının mahnılarını kiməsə nəyisə izah etməyin mümkünsüz olduğu ekstaz vəziyyətdə dinləyə-dinləyə onun nə dediyini və necə sadə dediyini eşidirlər: «Mənim qara dəməyimi öp». Və onlar abır-həya bilmədən öpürlər. Bəs, Çarli Parker? Çarli Parker! Bütün bu şadlanan ağ cavan oğlanlar onu dahi adlandırır. Dahi isə onlara deyir: «Ayaqlarınızı buradan çəkin, ağıldan kəm zırramalar! Ayaqlarınızı buradan çəkin! «Onlar isə oturub əzibkeş Çarli Parkerdən danışırlar. Amma axı, dahinin işi təkcə musiqi ifa etmək deyil, onun özünün dediyi kimi o, Şərqi 67-ci stritlə gəzə-gəzə elə qabağına çıxan birinci ağ onluğu öldürə də bilər. Mümkün olmayan heç nə yoxdur! Mən isə gələcəyin böyük şairiyəm. Bəli. Elədir! Müəyyən mənada şair. Təsdiqlənməmiş istedad. Amma məndə hər şey hələ irəlidədir. Yalnız təsadüfi bir insident qarşını kəsə bilər. Sən, şivən qoparan qəhbə məni qanıma qəltan edərsən və dünya böyük poemadan məhrum olar. Bütün insanlar nevrozdan əziyyət çəkir və ağıllarını itirməmək üçün dəridən-qabıqdan çıxır. Bununla sizin nevrozun cəmi-cümlətanı bir dərmanı var. Bu, qətl törətməkdir. Hər şey çox sadədir. Mənə elə gəlir yalnız səni öldürdüyüm təqdirdə o biri ağlar məni anlaya biləcək. Başa düşürsən? Elə bilirəm, yox. Amma əgər Bessi Smit elə adamlardan kimlərisə öldürsəydi, mahnı qoşa bilməzdi. Bir də ki, nəyimə lazım? O, onsuz da bu idbar dünya haqqında ürəyindəkiləri açıq və birbaşa deyə bilir. Artırıb-əskiltmədən. Donquldanmadan. Ruhuna zülmətdə işgəncə vermədən. Həqiqət sadə bir şeydir, iki vur ikinin dörd elədiyi kimi. Pul qüvvədir. Hər şey onun ucbatından baş verir. Dəlisov zəncilər ayıq başlarının ucbatından bellərini əyməyə məhkumdurlar. Və onlara yalnız bir sadəcə hərəkəti yerinə yetirmək qalır. Qətl. Yalnız qətl. Yalnız bu sizi müalicə edə bilər. (Qəflətən dayanır.) Mən lap dəliyəm. Və açıq-aşkar səhhətim də yaxşı deyil. Bu sözlər ölüm barədə ağır fikirlərdən sonra ağzımdan öz-özünə çıxdı. Mən havalanıram. Ah, necə də gülməlidir! Mənim tələblərim kimə lazımdır axı? Hamı öz iyrənc məqsədlərini həyata keçirməyə çalışır. Hərənin öz şəxsi dəliliyi var. Bu sözlər heç kimə lazım deyil. Heç müdafiə olunmaq kiməsə lazım deyil. Amma bir vacib məsələyə diqqət elə! Və onu çox güman nəsə bilmələri lazım olan insan zümrəsinə aid olan atana danışarsan. Əgər o, bütün zəncilərə qarşı münasibətdə öz soyuq məntiqinə və qatı rasionalizmin təbliğ etməkdən əl götürərsə, xeyli irəli gedə bilər. Qoy öz məsələlərini özləri həll etsinlər. İmkan var, sənin onlara elədiyin kimi onlar da sənin ünvanına qarğış yağdırsınlar. Onlara imkan ver, öz çirkablarını həyatın adi bir çatışmazlığı kimi qəbul etsinlər və çox uzağa hesablanan ümumiləşmə aparmasınlar. Elə siz də, siz hamınız! Xəta çıxarmayın, kütləvi iğtişaşlara sövq etməyin. Xristianlıq mərhəmətini və qərb rasionalizminə yabançı olan romantik dövrləri yada salın. O vaxtları ki, hələ ağ adamlarda böyük intellektual üstünlük hissiyatı yox idi. Sadəcə dinləməyə başlamaq lazımdır və onda ola bilsin, günlərin bir günü siz onların həqiqətdə heç də elə olmadıqlarını özünüz üçün kəşf edəcəksiniz. Oonlar hamısı, hamısı zəyaopərvər insanlardır. Bu blüz adamlar hamısı. Və sizlərdə inam yaranan gün onlara - həmin o ağımtıl qəyyumlarınızı və qoca, dərdli nökərlərinizi öz sürünüzə qatacaqsınız. Və moizəçinin böyük ürəyi zəfər çalacaq! Bəs işdi-şayəd, bu zəncilər bir-bir üsyana qalxsa necə olacaq? Qərblilər öh dupduru gözləriylə uğur qazanır, kişi kimi, şad-firavan ömür sürür. Onlar da bir də gördün, götürüb bu qərbliləri öldürdü. Onların buna mənəvi haqqları var. Hərtərəfli haqqları var. Onlar hulqumunuzu kəsib sanitar normalara riayət etmək məqsədilə sizləri şəhərin kənarına tullayacaqlar.
Lula (səsi dəyişir, daha işgüzar çalar alır). Mən dinləməkdən doydum.
Kley (əlini onun kitablarına tərəf uzadır). Hə siz haqlısınız. Mən gərək öz şey-şüylərimi yığıb bu qatarı tərk edim. Görünür, baş verənləri xatırlayarkən, biz o qədər də özümüzü sorğu-suala çəkməyəcəyik. Çünki bu mənzərə heç də...
Lula. əlbəttə, üzməyəcəyik. Heç olmasa bu məsələdə siz haqlısınız. (Dönüb vaqonda oturanları nəzərdən keç irir.) Hər şey qaydasındadır. (O biri sərnişinlər də təsdiqləyir.)
Kley (qadına sarı əyilərək onun şey-şüylərini özünə qaytarır). Üzr istəyirəm, balası, amma fikrimcə, bizdə heç nə alınmayacaqdı. (Ona sarı əyiləndə qadın balaca bıçağı qaldırıb Kleyin sinəsinə sancır. Özü də iki dəfə. O, qadının ayaqlarına yıxılır. Ağzı anlaşılmazlıq ifadə edərək açılır.)
Lula. Üzrxahlıq qəbul olundu. ()Artıq yerlərindən dik atılan sərnişinlərə sarı dönür.) «Üzr istəyirəm». Onun dediklərinin içində yeganə düz söz bu idi. Bu kişini məndən rədd edin. Di, tez olun! (Adamlar yaxın gəlib meyiti oturacaqların arasıyla dartıb aparırlar.) Onu vaqonların arasına tullayın, o biri dayanacaqda da düşün!
(Lula şey-şüylərini yığır. Hamısını yığıb qurtarandan sonra dəftər çıxarır və tələsik orada qeyd aparır, ardınca isə dəftəri çantasına atır. Qatar dayanır və şamı onu vaqonda tək qoyaraq çıxır.
Az sonra iyirmi yaşlı bir gənc zənci qoltuğunun altında bir cüt kitab vaqona daxil olur. O, Luladan bir neçə yer kənarda əyləşir. Qadın vaqondan çıxmaq istəfyərkən bu gənci görüb fikrini dəyişərək onunla yanaşı əyləşir. Əyləşən kimi də dönüb süzgün baxışlarını bir xeyli ona dikir. Qadın gülümsəyir. O, qadının baxışlarını hiss edib fikrini kitabdan ayırır. O, kitabı dizinin üstə qoyur və onlar zənnlə bir-birlərinə baxırlar. Qadı nonu cəzb edə bildiyinə görə özündən razı halda çantasından alma çıxarır. Almanı dişləyib gülür. Bu zaman işıq ağır-ağır sönür və səs kəsilir.

Tərcümə: Yaşar

DİGƏR MƏQALƏLƏR