DEBÜT
Şervud Andersen

Amerika nəsrinin görkəmli nümayəndələrindən biri sayılan Şervud Anderson (1876-1941) kiçik hekayələrinə görə bir çox tənqidçi və ədəbiyyatşünas tərəfindən Anton Çexov və Ernest Heminqueylə bir tutulur. Şervud Anderson Amerikanın XX əsrdə dünya ədəbiyyatına bəxş etdiyi böyük simalar-Ernest Heminquey, Uilyam Folkner, Tomas Vulf və Con Steynbek kimi nəhəng yazıçıların yaradıcılığına ciddi təsir göstərməklə bərabər, Ernest Heminquey və Uilyam Folknerin ilk əsərlərinin çap edilməsinə və bu yazarların şöhrət qazanmasına da yardım göstərmişdir. Ş.Andersonun ədəbi təsiri o dərəcədə böyük olmuşdur ki, Ernest Heminquey hətta bəzi hekayələrinə görə plagiatlıq ittihamı ilə də üzləşmişdir. E.Heminquey isə bu ittihamları rədd etsə də, Şervud Andersonun ədəbi təsirini danmamış, hətta Scott Fitsceralda yazdığı məktublarda da bunu etiraf etmişdir. 1956-cı ildə, Ş.Andersonun ölümündən uzun illər sonra Uilyam Folkner onu Amerika yazıçılarının atası adlandırmışdır. Ayrı-ayrı illərdə Şervud Andersonun "Alisa və itmiş roman" ("Alice and lost novel") , "Tutqun gülüş" ("Dark laughter") romanları, "Atlar və adamlar" ("Horses and men"), "Meşədə ölüm" ( "Death in the woods" ) kimi kitabları çapdan çıxsa da, ona ən çox şöhrət gətirən kiçik hekayələrin yer aldığı "Vinesburq, Ohayo" ("Winesburg, Ohio") kitabı olmuşdur.

 

İngilis dilindən tərcümə Təvəggül Zeynallı

Təvəkgül Zeynallı 1994-cü ildə Naxçıvanda doğulub. 2011-ci ildə Xəzər rayonundakı 149 saylı orta məktəbi bitirərək, Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə tərcümə fakültəsinə daxil olmuşdur. Hazırda II kurs tələbəsidir.

 


MACƏRA

Hekayə

 

O vaxt Corc Villard hələ yeniyetmə bir oğlan idi. Alisa Hindmanın isə iyirmi yeddi yaşı vardı. Və bu iyirmi yeddi yaşlı qadın bütün ömrünü Vinesburqda yaşamışdı. O, Vinney parça mağazasında işləyir və ikinci dəfə ərə getmiş anası ilə birgə ömür sürürdü...

 

Hekayə bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR