POEZİYA - Migel Ernandes

 

POEZİYA

MİGEL ERNANDES

Tərcümə: Salam Sarvan

 

1910-cu ildə İspaniyanın Orihuela şəhərində doğulub.

19 yaşından çap olunmağa başlayıb. Lorka, Neruda və başqa məşhur ispan şairləri ilə dostluğu yaradıcılığına təsirsiz ötüşməyib.

Vətəndaş müharibəsində iştirak edən şair 1939-cu ildə Portuqaliyaya qaçarkən həbs olunub və onun üçün çıxarılmış ölüm hökmü ictimaiyyətin təzyiqlərindən sonra 30 illik məhbus həyatı ilə əvəz edilib.

1941-ci ildə həbsxanada vəfat edib.

 

***

 

Qərənfili qoxulamaqçün

diz çökür oğlan.

Karmin parıltıları. Qoxu isə əyirir

qırmızı kölgələrini.

 

Portağal çiçəyini qoxulamaqçün

barmaqları ucuna qalxır oğlan.

Budaqlar köpüklənir. Qoxu isə 

ağ tüldən daha ağdı.

 

Kökləri qoxulamaqçün

yerə uzanır oğlan.

Torpağın caynaqları. Qoxu isə

mavi çitdən də mavi.

 

            ***

 

Ta bu pəncərəyə baxmağa dəyməz –

bu ev çoxdan boşdu, boş,

çoxdan qaranlığın içindədi.

 

Sən mənim qəlbimə bax.

 

Zülmət qəbirlərə baxmağa dəyməz –

teyxa sür-sümükdü,

teyxa sür-sümük.

 

Sən mənim bədənimə bax.

 

***

Navaxa[1a, navaxa, ölüm şimşəyi,

Həm quş kimi zərif, həm qəzəbi var.

Hər dəfə çırpanda qanadlarını

Cızır ətrafımda əyri zolaqlar.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR