TÜRK QARDAŞLARIMIZ

Qonşu Tatarstana necə gedib düşmüşdü, bunu mən ondan heç soruşmadım. Soruşmadım ona görə ki, irəlidə hələ zaman var deyirdim və mənim də onunla hələ görüşlərim ola biləcəyini düşünürdüm. Hətta bu tərcümələri XƏZƏR jrnalına təqdim edəndə də, tələsik bir işin olmadığnı ağlımza gətrib, jurnalın çap oluncaq vairantlarının birində verməyi planlaşdırmışdıq. Araya maliyə sıxııntıları girdiyindən jurnalın nömərələri çıxmadı və biz məcbur olub onun internet variantını oxuculara təqdim etməyə başladıq. Mən yenə də ümid edirdim ki, jurnal özünə gələcək və mən Qiyas Həmidin bu tərcümələrini onun səhifələrinə yerələşdərəcəm. Amma tam əksi oldu : Qiyas Həmid çox erkən bizi tərk etdi və bu gün onun tərcümələrini internet variantında da olsa, oxuculara çatdırırıq.

 


NƏCİBƏ SAFİNA

Görkəmli tatar şairəsi, ona yaxın şer kitabının müəllifidir.

Nəcibə quşlar nəslindəndir - şair və şairə dostları belə adlandırırlar Nəcibə Safinanı. Sevilən-seçilən tatar şairəsini. Daim sənət yolunda yorulmaq nə olduğunu bilməyən söz vurğununu. Nədəndir bu? Ona görə ki, poeziya kəhkəşanında könlü daima pərvaz etməkdə, uçmaqda olan şairələr sırasındandır.

Zölfət Malikov (Zölfət) tanınmış tatar şairi, Q.Tukay mükafatı laureatı: «Nəcibə mənim qəlbimdə şeir aləminin gözə görünən məlakəsidir. Kişi ürəkli məlakəsi! Şeirdə sözün ən safını üzə çıxarandır. Okeanada daima kükrəməkdə olan dalğadır, söz çələngində heç vaxt solmayan çiçəkdir, Nəcibə».
Həmişə harasa tələsir. Bu günün işini bu gün görməyə çalışar. Hər dəfə ürəyi çəkən sözə, fikrə vaxtında çatmağa çalışar. Özü bilmir, bir gözəl oxşatmam da var ona: Nəcibə bahardır. Və bəlkə buna görədir ki, şerlərindən həminə bahar ətri, yaz təravəti gəlir. Bu da özü qədər təravətli olan şerləri.



Ən böyük

Nədir dünyada?
Dünya özü!
Ən güclü nədir dünyada?
Quran sözü!
Ən böyük təmizlik nədi?
Dan yeridi.
***
Ürəyim qan yeridi.
Heç zaman
Ləkə götürməz
Qədimlikdən gələn
Saflıqdır bu,
Heç vaxt bulanmaz
Axar sudu.

 

YARALI QUŞ KİMİ

Saçların qara çağında
Məni qoydun yaralı.
Yaralı quş kimi necə
Səndən olum aralı?
Könlün yaralıdı deyə,
Dünyam mənə dar oldu.
Qollarım sənə çatmadı,
Bu mənə çox ar oldu.
Yaralı quş kimi qəlbim,
Sinəm altda çırpındı, hey
Ellər gördü nə çəkirəm,
Harda ürəyim qaldı, hey?!

 

QİYAMƏTİN GÜNÜ

Vaxt gələcək
Hər qəbirdən
Yetmiş iki baş
Qalxacaq üzə
Qiyamət günü
Onda görünəcək gözə.

Qiyamət günü
İnsandan qabaq.
Dünya heç kəsə qala bilməz,
Qiyamət günü.

Qiyamətə
Xəyanət ola bilməz!


***
Od olsan söndürərlər,
Su olsan döndərərlər.
Daş olsan, ya atarlar,
Ya da səni taptarlar
Sönmə,
Dönmə,
Tapdanma.
Ar gətirmə zatına.
Hökm yox öz yerində
Torpaq olub yatana!

 

 

ŞAHANUR MUSTAFİN

21 mart 2005-ci il tarixdə Kazanın dostluq evində, nəhayət, çoxdan gözlədiyim arzu çin oldu. «Sabir-Tukay» dünaysı adlı ədəbi-bədii gecə təntənəli şəkildə tarixə düşdü. Gecədə Tatarıstan Yazıçılar Birliyinin sədr müavini Şahanur Mustafin çox mənalı bir nitq söylədi. O, bildirdi ki, Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabir tatar şairi Qabdulla Tukayın şer aləmində böyük müəllimi olmuşdur. Qabdulla Tukay Sabiri oxumaqla öz gözəl satiralarını, qəzəllərini də məhəbbətlə qələmə almışdır. Beləliklə, Sabiri artıq Tatasıntanda, Qabdulla Tukayı Azərbaycan ədəbiyyatında get-gedə yaxından öyrənilməyə və tanımağa başlamışlar. Ümumiyyətlə, Tukay - Sabir dostluğu heç vaxt azalmayan dostluqdur. Çox mənalı və məzmunlu gecədə Şahanur Mustafin «Yeddi alma ağacı» adlı bir şeirini də oxudu. O bildirdi ki, biz ailədə yeddi oğul olmuşuq. Müharibə qurtaranda dördümüz qaldıq. Bu alma ağacları da yeddi oğula işarədir. Mən də bacardığım qədər onu dilimizə bərabər etdim.

YEDDİ ALMA AĞACI

Atam müharibəyə
Getməzdən xeyli qabaq
Yeddi alma ağacı
Əkdi həyətimizdə.
Alma ağaclarına
Hər qulluq göstərincə
Qalxıb böyükdük biz də.
Gedib, qayıdanacan
Almalar bağ oldular.
Ancaq yeddi ağacdan
Cəmi dördü böyüdü
Cəmi dördü qaldılar.
O vaxtdan neçə aylar
Ah, neçə illər keçir.
O ağaclar hələ də
Boyca kiçilmək bilmir!
Meyvələri də hər il
Şirindən şirin olur.
Dərildikcə çoxalır,
Dərildikcə azalmır.
Gedəndə bir ev idi
Qayıdandan sonrasa
Artdı həyətimizdə
İldən-ilə dördü də.
Odur ki, ildən-ilə
Azaldı həm dərdi də!

***

MÖDƏRRİS ƏQLƏM

Poeziya aləminə 20 yaşından gəlib. Ona şer dünyasında ilk uğuru görkəmli tatar şairi, 20 ildən artıq Stalin rejiminin qurbanı olmuş Həsən Tufan diləyib. «Necəsən ürək», «Qan damarımı kəsdim» şer kitabları xalqın ən yüksək mükafatına - Qabdulla Tukat mükafatına layiq görülmüşdür.
«Birdənbir» şeri Tatarıstanda dillər əzbəridir.

 

BƏLKƏ


Gözlərində də itərəm
Dizlərində də bəlkə.
Bir gün öz-özümdən də
Doyub çıxıb gedərəm
Dərdimə çökə-çökə.

 

YETİM BALACIĞIMA


Qəlbinizi isitməyə
Qızdırmağa yoxsa evim
İlləri yaşaram ağrılı
Yetməz də sizə səsim.


***
Düşüncəm qəlbimi dəlib
Yarıb çıxmasa əgər
Sözlər mənasın itirər
Qalar kif olana qədər.


***
Qorxusundan can yiyəsi
Gördüyü işığa qaçar.
Saxlamaqçün belə anda
Ürəyində yollar açar
Kimsəyl bir işin yoxsa
Nə qorxaqlıq.

 

NƏ QƏMİM?

Qar suları axıb gedir
Torpaqda ölən kökləri
Bircə-bircə diriltməyə
Çox qəmlər oyanır indi
Məndən də belə sorurlar-
Sənin daha nə qəmin var.


***
Qayğıdan, şadlığından
Bilərsən öz yaşını
Göz yaşını görsən yeyən
Sevgilinin gözündə
Axtar sən göz yaşını?!

 

İCAD GÜNÜ


Tək bir gün...
Barı bir gün-
O gün kü bilməz hər kim.
Yüyənsiz yüyürən günlərim
Günlərin ən gərəkli.
Olmayan günlərimə
Çatar, bərabər olar
Bunu biləmməz bir kim?!

ÖZBƏKCƏDƏN ÇEVİRDİ: QİYAS HƏMİD

DİGƏR MƏQALƏLƏR