NOBEL KÜRSÜSÜ
Elis Manro

2013-cü ilin Nobel mükafatı laureatı Elis Manro (1931) ilk kitabını ("Şən kölgələrin rəqsi", 1968) 37 yaşında çap etdirib. Elə ilk kitabıyla uğur qazanan yazıçı Kanadanın ən yüksək ədəbi mükafatını - "General-qubernator mükafatı"nı qazanıb. Yaradıcılığında əsasən hekayə janrına üstünlük verən, "Kanadanın Çexovu" adlandırılan Manro "Qızların və qadınların həyatı" (1971), "Sizə demək istədiyim bir şey vardır" (1974), "Sən özünü axı nə hesab edirsən?" (1978), "Yupiterin peykləri" (1982), "Gənclik dostum" (1990), "Yaxşı qadının sevgisi" (1998), "Qaçaq" (2004), "Əziz həyat" (2012) və bir çox başqa hekayə toplusunun müəllifidir.


Elis Manro 2009-cu ildə Beynəlxalq "Buker" mükafatna, 2013-cü ildə isə "Çağdaç hekayə janrındakı uğurlarına görə" Nobel mükafatına layiq görülmüşdür.

 

Müsahibə və hekayə "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR