SERVANTES MÜKAFATI LAUREATLARI
Ernesto Sabato

Tərcümə edən: Saday Budaqlı

Tanınmış Argentina yazıçısı Ernesto Sabatonun (1911-2011) ilk kitabı esselər məcmuəsindən ibarət olsa da, 1948-ci ildə işıq üzü görən «Tunel» romanı artıq onu bir yazıçı kimi tanıtdırıb. Alber Kamyunun əsər haqqında dediyi xoş sözlərdən sonra roman dərhal onlarla dilə tərcümə olunub. 1961-ci ildə çap olunan «Qəhrəmanlar və məzarlar» romanı isə XX əsrin ən yaxşı romanlarından sayılır.


Sabato XX əsrin nəhəng yazıçılarından olan Kortasar, Borxes, Qabriel Qarsia Markes və Jorji Amadu ilə birlikdə "magik realizm"in əsasını qoyanlardan hesab olunur.
Ernesto Sabato "Mediçi" (İtaliya, 1977), "Migel de Servantes" (İspaniya, 1984), "Yerusəlim" (İsrail, 1989) mükafatlarına layiq görülüb.


"Tunel" romanı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR