KLASSİK HEKAYƏLƏR
Ernest Heminquey, Ruben Bareyro Saqiyer

Ernest Heminquey


Orijinaldan sətri tərcümə əsasında çevirdi: Mahir N. Qarayev

«Məğlubedilməz», görkəmli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961) erkən yaradıcılıq dövründə qələmə aldığı ən məşhur əsərlərindən biridir.

«Qadınlarsız kişilər» (1927) toplusunun ilk hekayəsini təşkil edən «Məğlubedilməz»də sonradan Heminqueyə dünya şöhrəti qazandırmış bir çox əsərlərinin, o cümlədən «Qoca və dəniz» povestinin işartılarını sezmək əsla çətin deyil. Xüsusən də əsərin baş qəhrəmanı, məğlubiyyətə heç cür yaxa tanıtmaq istəməyən «qoca» matador Manuel Qarsia öz ağlagəlməz fədakarlığı ilə eynən qoca balıqçı Santyaqonu xatırladır. Sonuncu buğa döyüşündən sonra ölümcül yaralanıb xəstəxanaya yerləşdirilən və çoxlarının artıq ölmüş zənn etdiyi Manuel ayağı yer tutan kimi yenidən arenaya çıxır. Peşəsinin şərəfini dünyada hər şeydən üstün tutan matador qəpik-quruşun müqabilində həyatını riskə atmağa belə razılaşıb bu şərəfi axıradək qorumağı bacarır və öz dözümü, qətiyyəti, fədakarlığı bahasına ləyaqətli insanın yenilməzliyini təsdiqləyir.

 

Ruben Bareyro Saqiyer

Orijinaldan sətri tərcümə əsasında çevirdi: Saday Budaqlı

Yazıçı, esseist, ədəbi tənqidçi Ruben Bareyro Saqiyer 1930-cu ildə Paraqvayda anadan olub. 1962-ci ildən Fransada yaşayan yazıçı «Hekayə və roman» (1960), «İfşa olunmuş Paraqvay» (1963), «Müasir Paraqvay nəsrində sürgün mövzusu» (1970) və s. kitabların müəllifidir.

 

Hekayə "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR