Esse
Orxan Pamuk

"Belinski özü üçün yaratdığı Puşkini sevirdi". Pisarevin bu məşhur fikrinə istinad edərək deyə bilərik ki, hər yazıçı bizim dünyagörüşümüzə görə bir-birindən fərqlənir. Məsələn, mənim dərk etdiyim Çexov bu sətirləri oxuyan oxucunun qavradığı Çexovdan fərqlidir. Bu mənada hər oxucunun "öz Çexovu" var deyə bilərik. "Nobel" mükafatı laureatı Orxan Pamukun "Mənzərədən parçalar" kitabında Dostoyevskinin 6 əsəri haqqında bir-birindən maraqlı esseləri yer alıb. Biz həmin esselərdə "Orxan Pamukun öz Dostoyevsksi"ni görürük. O, bu esselərlə Dostoyevski əsərlərinin aktuallığını, əslində, keçmişlə bu gün arasında çox az məsələlərin dəyişdiyini özünəməxsuz təhkiyəylə göstərməyə çalışmışdır. 

Fərid Hüseyn


İlk romanına münasibət:
Dostoyevskinin "Yoxsul insanlar"ı haqqında qeydlər

Dostoyevskinin birinci romanı "Yoxsul insanlar" ədəbiyyat tarixinin qəribə hadisələrindən biridir. Bu romana olan reaksiyalar, əsərin oyatdığı maraq, sonradan haqqında yazılan və danışılanların yaratdığı mif bu sadə, ancaq insanın daxili aləminə nüfuz edən kitabın özündən çox-çox məşhur və diqqətəlayiqdir...

 

Esse "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

DİGƏR MƏQALƏLƏR