KORİFEYLƏR
Marsel Prust

Orijinaldan sətri tərcümə əsasında çevirdi: Zahid Sarıtorpaq


Zaman-zaman sevilən və inkar edilən yazıçı

...Pəncərə pərdəsinə düşmüş cansız bir işıq zolağı, ana öpüşünün doğurduğu unudulmaz təəssürat, bir qurtum çayın dərin yaddaş qatlarından oyatdığı xatirələr - Marsel Prust (1871-1922) yaradıcılığının zənginliyi bu sayaq çırpıntılarla dolu psixoloji həyat gerçəklərinin, eləcə də irreal düşüncələrin özəyindən qaynaqlanır. Sayğılı oxucular, altı cildlik "İtirilmiş zamanın axtarışında" silsiləsinə daxil olan "Svana doğru" romanın "Kombre" adlı bölümünün birinci hissəsində də bu kimi məqamlar qədərincə yer alıb.
Onu da qeyd edək ki, bu əsərin sanbalı heç də ayrı-ayrı detallarda gizlənməyib, həm də bu, bir dil faktorudu. Dünya romançılığında özünəməxsus yer tutan Prust yaradıcılığı zaman-zaman insanları düşünməyə sövq edən bir fövqəlbəşəri ədəbiyyat hadisəsidi. Bu hadisədən yararlanan azman yazarlar sülaləsi yetişib, bunu inkar və etiraf edən yazıçılar bu gün də var.
Əsas gerçəklik ondadı ki, Prust dünyada ən çox müraciət edilən, örnəklər gətirilən, qarşısına məqsəd qoymasa da, insanı iç dünyasının dolaşıqlarında azdıran, buxovlulara azadlığın yolunu göstərən, azadlara müti qul olduqlarının həqiqətlərini sübut edən bir yazıçıdı. Paradoks ondadı ki, doqquz yaşından ölən günə kimi astma xəstəliyindən əzab çəkən bu yazıçının yaradıcılığındakı nəfəs genişliyi insanı heyran etməyə bilmir. Eyni zamanda onun yaradıcılığını sevməyənlərin də sayı az deyil. Bunlara rəğmən, bütün dahilər kimi Prust öz yaradıcılığının yaxşı və uyarsız tərəfləriylə hələ də düşündürməkdə davam edir və güman ki, hələ çox mübahisələrin mövzusu olacaq.

 

SVANA DOĞRU

Qaston Kalmetə dərin və səmimi
təşəkkür hissiylə


BİRİNCİ HİSSƏ
KOMBRE


I
Yerimə erkən girməyə çoxdan vərdiş etmişdim. Hərdən şam sönər-sönməz gözlərim elə tez qapanırdı ki, öz-özümə: "Yuxulayıram..." deməyə belə macal tapmırdım...

 

Mətn "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

 

DİGƏR MƏQALƏLƏR