SƏHNƏ ƏDƏBİYYATI
Con Marrel

Orijinaldan sətri tərcümə əsasında çevirdi: YAŞAR

"Ölümü gözləməməli, həyatı yaşamalı". Bu gün artıq hamının unutduğu, bir vaxtlar isə dillərdən düşməyən böyük fransız aktrisası Sara Bernar həyatının son günlərində qələmə aldığı xatirələrinin ikinci cildini yazarkən bu qənaətə gəlir. Bu mənada, Sara Bernar haqqında olan bu məşhur pyesinə kanadalı dramaturq Con Marrel də məhz «Memuarlar» adını vermişdi. Səhnə redaktəsində isə ad dəyişdirilərək daha sirli məna aldı: «Lanqustun gülüşü». «Deyirlər onları öldürəndə gülüşə bənzər çığırtı səsi çıxarırlar... Təhqiredici gülüşə». Bəli, pyesdə lanqustun da öz taleyi var. Qarşımızda sırf bioqrafik əsər deyil. Bu, aktrisanın coşqun, parlaq həyatı haqqında öz dilindən eşidəcəyiniz gerçək etiraflarıdı.

 

LANQUSTUN GÜLÜŞÜ


(İki hissəli pyes)
İŞTİRAK EDİRLƏR


S a r a B e r n a r - 77 yaşlarında, aktrisa
C o r c P i t u - 45-50 yaşlarında, onun katibi

BİRİNCİ HİSSƏ


1922-ci il. S a r a B e r n a r ı n dənizkənarı mülkünün artırması. Burada üstü əlyazmalarla dolu stol var. Onun arxasından dənizə düşən pilləkən görünür. Üstündə bahalı içkilər olan balaca bar stolu. İkinci planda royal var. S a r a kresloda mürgüləyib. Onun üstünə səliqəsiz şəkildə atılmış xəz çox güman ki, meymun dərisindəndi.


P i t u (daxil olur). İlahi, özün saxla! Madam, siz bura necə gəlmisiz?
S a r a. Eynilə sizin kimi...

 

DİGƏR MƏQALƏLƏR