BƏŞƏRİ POEZİYA
Dayana Di Prima (ABŞ)

 6 avqust 1934-cü ildə Nyu-Yorkda doğulub. Suotmorda kolleci bitirdikdən sonra  Qrinviç-Villedjə köçür və tezliklə bürokratizmə qarşı mübarizlərə qoşulur.

“Bu quşlar geri uçur” adlı ilk kitabı 1958-ci ildə işıq üzü görür.

1974-cü ildən Naropa və Kolorado Universitütində mühazirələr oxuyur.

Avanqard ədəbiyyatın yaradıcılarından olan şairlər, Press və Eydelon kimi tezliklə Amerikada məşhurlaşır. Əl-kimya və Şərq fəlsəfəsinə böyük maraq göstərib.

“Freddi haqda şeirlər”, “Torpaq haqda nəğmələr”, “ Zamanın kitabı”  adlı kitabların müəllifidir.

 

 

 X r o n o l o g i y a

 

Oktyabrda sevdim səni,

Soyuqlar dillənəndə...

Gur, uzun saçlarında gizlənib

Evimizin tinində

Öz kölgəndə girlənəndə...

 

 

* * *

Noyabrda otağıma soxuldun

Çarpayının üstündə

Havamı arzularla doldurub,

Köməyə çağıran içimin səsini eşidib

Sonra yox oldun...

 

***

Dekabrda tək bircə gün

əllərını tutdum...

Sübh çağı, işıqlar sönə-söndə,

Şotland sahillərindən,

Dəniz kənarından bilikdə dönəndə

Sular bizə mahnı oxuyanda...

 

***

İndi yanvardı... və sən

Tən yarı əriyirsən

Plaşının qoltuğunda...

Qarın üstündə kölgən...

Küləklərdə itirsən...

 

***

Təmiz, dupduru hava

Yeni mahnılar gətirir

Pəncərə arasından

Bizim bu doğma, uca

Bu qəmli evimizə...

 

 

Keronson – Alanda ilk qar

 

Çözəlir işıqlar,

Dan yeri sökülür...

Qar yağır,

Yumşaq qar...

Topa-topa çölün,

Boşluğun camına tökülür,

Tökülür nohurun,

Gölcüyün üstünə.

Uzun, ağ şamları,

Pəncərədən o yana görünənləri,

Aratoranlıqda işaranları

Sığal cəkib tumarlayır...

Nə qədər ki, qar

Ağ yorğana bürüyür

Bizim vadini, dərəni

Bu boşluqda, təklikdə

Cənuba getməyəcək,

Dostlardan kimsə.

Kimsə qaralmış halda

Dönməyəcək Meksikadan.

Kaliforniyanın günəşli çöllərindən

Ot daşıyıb gətirməyəcək kimsə...

Nə var dağılışdı, didərğin düşdü...

Ğah ölü, ğah susqun

Yürüyür hər şey...

O zamanlardakı, o illərdəki

Işıqlı dünyamıza

Yol gedir dəlicəsinə...

Budu mənə hədiyyən 

Sənin hədiyyən...

Həyatımın səmtini, yönünü cızan

Ağ-appaq sükut...

 

 

Pəncərə

 

Çörəyimsən sən...

Varlığımda titrəyən

Nap-nazik tük kimi...

Ucsuz-bucaqsız

Bir sonsuz, okeansan...

 

***

Daş deyilsən,

Zalım səs deyilsən

Əminəm ki,

Əllərin yoxdu...

 

***

Bu quşlar geriyə uçur,

Pəncərə şüşəsinin arxasında...

Bir də, sındırılmış sevgi...

Boşluğun yaxasında...

 

***

Yoxluqdan danışma

Dillərin kəsilən zamanı deyil.

Qumlar dəyişməz qalır

Buralarda hər zaman...

 

***

Olsun ki, sabahı gün

Səni corabla çəkməyə soxmaq gərək...

Ki nur saçasan, nur saçasan

Yer altından, yorulmadan...

 

Orijinaldan tərcümə: Zakir Fəxri

DİGƏR MƏQALƏLƏR