TÜRK QARDAŞLARIMIZ

Can Bahadur Yüce

1981-ci ildə Ərzurumda doğulub.Kuleli Əskər lisesini bitirib. Ataol Bəhramoğlunun fikrincə, bir yanı Atilla İlhan, o biri yanı Baude Laire, Necib Fazıl və Əhməd Muhip Dranas şeirləri dadında gənc və romantik şairdi.

Şeir kitabları: «Yaşıl Musiqi» şeirlər, (2000),
Uzaqdakı Bəyaz, 2003

Mükafatları:1999 Yaşar Nabi Nayır şeir mükafatı, Şeirlərindən seçmələrə görə


***
«Yaşıl Musiqi» adlı kitabı ilə, çox gənc olmasına baxmayaraq Türkiyənin şeir gündəmində bir canlanma yaradan Can Bahadır Yücə «Uzaqdakı Bəyaz»la daha bir addım irəli atmış oldu.
«Zaman» qəzetinin yazdığına görə gənc şairin kitabı çıxar-çıxmaz artıq öz oxucularını tapmış.
Ülkü Tamer kimi böyük yazar onun haqqında demiş: «Biçimi oyunlardan uzaq,şeirin üst qatından daha dərin qatlara eniş və formanı bir vasitə olaraq düşünməsi Yücənii indidən sevdiyim şairlər sırasına yerləşdirdi.»
Başqa bir tanınmış yazar Hilmi Yavuz da, Bahadır Yücə haqqında şirin sözlər söyləmiş: «Dilin tənzimlənməsini əlində tutan şair,qeyri adi bir istedad.»
Can Bahadır Yücənin ilk şeir kitabından yeni şeir kitabına nələr dəyişmiş: ilk öncə şeiri dəyişmiş və bu şeirin içində eşq, dəniz,uşaqlar və yaxasını bir türlü buraxmayan hüzün yenə də bütün şeirlərdə hakimdir.
İlk kitabı «Yaşıl musiqi»dəki şeirlərlə uşaqlığa vida deyən şair «Uzaqdakı Bəyaz»dakı şeirləi bir keçid olaraq dəyərləndirmiş: buradkı şeirlərdən yaşamın daha da geniş anlamlı olduğunu və bu yaşamı şeirləndirmə yolunda daha da püxtələşədiyini söyləmiş və nə dəyişdi sualına öncə qısaca olaraq : HƏR İNSAN QƏDƏR DƏYİŞDİ həyatım demiş və davam etmiş:buradakı şeirlərdəki HÜZN,EŞQ, DOSTLUQ da dəyişdi əyər buna dəyişim deyilirsə,-demiş.Ədəbiyat dünyasını soruşursunuzu, qərib amma, mən 16 yaşımdan bəri özümü onun içində hiss edirəm.Nə varmış ki ,insan onun içində əsəriylə var olur.İnsanın özündən asılı olmayan bir şey bu.Bir yazqı,bir tale bu. İnanın çox uzaq əsrin şair məsələn, Nədimini mən özümə qardaş bilirəm.Bunu anlatmaq belə çox çətin.
Bahadur Yücənin şeirlərində modern şeirin elmetləri qədər Divan şeirinin də özəllikləri görünməkdədir.O Zəkayi Qaraqoçu,Hilmi Yavuzu,Fazil Hüsnü Dağlarcanı, Behcat Necatigili sevərək oxuyur.Baki,Fizuli,Neşati də sevgilyə oxuduğu şairlər arasında.
«İlk kitabımda misranın gücünün daha çox önə çıxmasına fikir verirdimsə, yeni kitabımda şeirimin bütünlükdə bir gücə malik olması barədə düşünməyə başladım. Və ilk kitabda misralara daha çox yük verdiyim mənim gəncliyimdəndir.Joşqunluğumdan,bir az da peşəkar olmamağımdan idi.İndi bəzən «UZAQDAKI BƏYAZ» kitabıma içli bir hüzünlə baxıram.Və o çoşqunluğumu itirdimmi - deyə düşünürəm. Və ilk şeirlərimdəki doluluğu və o günləri kədərlə arayıram.Ancaq bəzən də deyirəm: Afərin Bahadır».
Can Bahadır Yücə də hüznü çox sevən bir şair. «Gözlərindən bulutlar keçən» gənc şair ürəyində hiss etdiyi dərin sızının ardınca gedərək yazır yeni şeirlərini.

«Dərin sızı gəl də çıx
bu xərcəng mövsümdən
qızıl yanqulardan qalma saf duyarlıq
qeyb oldu şəkillərdə,
qeyb oldu ah, səsimdən,
başqa bir şey olmayan qələbəlik

BAXÇA ONUN ŞEİRİNDƏ BİR SIĞINACAQ YERİ.


Dediyimiz kimi heca vəznini çox ustalıqla istifadə edən Bahadır Yücə biçim ustalığını «UZAQDAKI BƏYAZ»da davam etdirir.O biçimsiz şeirin olmayacağına inanır, biçimi şeirin ən vacib şərtlərindən biri olaraq dəyərləndirir.
«Biçim məsələsindən yan keçən heç bir böyük şair tanımıram.Amma bizdə biçim və qəlib qarışdırılır.Mən bizim günümüzdə çox da istifadə olunmayan DÖRDLÜK biçimini seçdim.Zənnimcə önəmli olan şarinin biçimə özgürlük qazandıra bilməsidir.»
Yeni kitabında çox tez-tez rastlaşdığımız dəniz və dəniz quldurları «UZAQDAKI BƏYAZ»da daha çox qarışmıza çıxır. Şair yeni kitabında bağça,qapı,uşaq kimi sözlərlə hörür şeirini.Yeni kitabında şeirlərə BAĞÇA qapısından girilir.
«Neyçin bağca? Bağca zatən şeirə çox yatıcı bir yer.Mənim şəxsi həyatımda BAĞÇANIN xüsusi bir yeri var.Uşaqlığımı xatırlayıram.Bağçası olan,yatılı məktəb günlərimi xatırlayıram.Bağca bir sığınacaq yeri.Bəlkə də özünü ovutma yeri.Günümüzün bu qovhaqovunda, kirlənmiş dünyasında nəfəs ala biləcəyimz bir yer,zamandan kənarda bir cənnət guşəsi.Şəhərlərin kirlənmiş abihavasında qeyb olan zaman, bağça insanı çağırır.Özəlliklə də şairləri»- deyir .

Tofiq Abdin



ŞEİRLƏRİNDƏN SEÇMƏLƏR


Liman və qadın

Limanlarda el hey gedən qadınlar olur
Durmadan və səsküylə gedərlər
Yorğun baxışlarından tökülər tıxabasa yağmur
Toz qalxar saçlarından gəmilərlə bərabər

Limanlarda elə hey gedən qadınlar olur
Üzgün yanaqlarında tirəyən birər möhür
Yuxuları darmadağın ürəklərdə unudulur
Lacivərd yalnızlıqlara geri dönülür

Limanlarda elə hey gedən qadınlar olur
Səslərində yavaşca donan çay dirilir
Hər ayrılıq özünə bir liman tapır
Qırıq-tökük adamlar usulca tərk edilir.

 

Divar

Bir divar çəkər məni uzaqdan
Üzümlər yığılır uzaq bağça səsləri
Axşamlar çoxdan qeyboldu, çoxdan
Azalır sanki qaranlığın bir gücü
Gəldin, sanki toxunur kimi pəncərəyə
Başladığın yerdə bitir axşamı,
Bir divar dibində qırıq qapanma
Olduğun qış günləri ordamı?
İndi nəyi anladır oyandakı daş,
İştə, qeyb olur baxcadakı səsin;
Amma bir divarı daşıdın yavaş-yavaş
Bəs o zaman bu divarlarda görünən gölgə kimin?

 

Əski çini

Eşqləri keçdik limanlarla
Yavaş-yavaş qeyb oldu o «əski çini»
Bir gülün ucuyla örtdük vaxtsız
Vidalarla doldurduq hüznün içini
Qırıq parıltılar, batıq kənd
İçinə çəkildi hər şey bir-bir
Su daşdı, göy dağıldı...bəlkə də itdik
Yalnızlıqlar bir limana yaxşı gəlir
İndi susmaq qırılmaqdır nədənsə
Yazlar keçir, çox vaxt ağır, axsaq
Bir gül eyni limanda neçə kərə solar?
Zaman hələ də anladır,hansı limandan baxsaq...

 

Qapı

bulutların içindən bir qapı görünür
indi yanlış otaqlara dolar qum,
artıq atı başqa obalara sür;
gəldi keçdi bir yalnızlıq
eşqlər bəlkə çıxar gedər qapıdan,
səsim əksik sanki epey zamandır
uzaqda bir bulut kimi duraram
orada bir qadının susmasına rastlanır
nədir otaqları belə az axan
deyirəm ki qəlbim baxçalara bağlanır
bir qapı görünür tutuşmuş kağızlardan
bir unutmaq başlar, gerisi qalır
sonra doğar birisi yeni acılar üçün
başqa bir şəhərdə, başqa bir can bahadırı.

 


Gecəni öpmə

Səni pəncərədən bir göyə buraxıram
Boşaltdığın yerə turuncu göyərçinlər
Neçə mövsmümdür köksümdə inadla qurutduğum
Usta bir yalnızlıq,aclışan bir ninni
Sonrası gecə yürüşünə çıxan bir baxça
Ən solğun şeirlərin əzbərə söyləndiyi
Son bulut da düşür əlimdən
Qanıma uzaq şəhərlər qarışır,qarışsın
Qəflətən dağılaram gecənin ən siyah yerindən
Nəyin qarışılığısan?

 

 

Kemalettin Kamu

15 sentyabr 1901-ci ildə Bayburtda doğuldu.6 mart 1948- ci ildə Ankarada yaşamını itirdi. İstanbul Darülmuallimini bitirdi. Son sinifdə ikən Qurtuluş savaşına qatılmaq üçün Ankaraya gəldi. Mətbuat və İstihbarat müdiriyyətində ( İndiki adıyla Mətbuat İnformasiya Baş İdarəsi) çalışdı.1923-cü ildə İstanbula döndü. Kişilər üçün müəllimlər məktəbini bitirdi. Anadolu Agentliyində çalışdı.1933-ci ildə Parisə getdi. Və siyasal bilgilər məktəbindən məzun oldu.Rizə və Ərzurumdan Millət Vəkili seçildi. Türk Dil Qurumu Terminologiya bölümünə rəhbərlik etdi. «Hakimiyyəti-Milliyə» və «Yenigün» qəzetində yazılar yazdı. Atatürk və İsmət İnönünün müxtəlif səfərlərində iştirak etdi.İlk şeirləri 1919-cu ildə «Böyük Məcmuə»də çap olundu. Qurtuluş savaşı zamanı mübariz şeirləriylə diqqəti çəkdi. Heca vəznində şeirlər yazan, Milli ədəbiyat axımına bağlı bir şair olaraq tanındı. İlk şeirlərində vətən sevgisi, milli mübarizə,sonrakı şeirlərində eşq,qürbət yalnızlıq mövzuları əsas oldu. Bütün şeirləri ölümündən sonra Rıfat Necdət Evrimer tərəfindən «Kemalettin Kamu, Həyatı, Şəxsiyyəti və şeirləri" (1949) adı altında bir kitabda toplandı.

Tofiq Abdin

 

 

 

 

Qürbət

Qürbət o qədər acı
Ki, nə varsa içimdə
Hər şey mənə yabançı
Hər şey başqa biçimdə.

Əriyirəm get-gedə
Əlvida hər ümidə
Qürbət mənliyimi də
Bitirdi bir biçimdə.

Nə arzu, nə əmələm
Yaralanmış bir eləm
Mən qurbətdə deyiləm
Qürbət mənim içimdə.

 

Qürbət gecələri

Bəkçisiyəm,bu sərin
Bu qara gecələrin
Qürbətdən daha dərin
Bir yara yox içimdə!

Qorxu bilməz ölümdən
Hər gün yenidən ölən.
Bir badə kimi nədən
Bitirəm bir biçimdə!

Nə eşqəm, nə əmələm
Solmuş bir qərənfiləm.
Mən qürbətdə deyiləm
Qürbət mənim içimdə!

 

Qürbətdə rənglər

Doğuda qırmızı, batıda turunc
Yanmış bir hörügü andıran bu tunc
Bu rəng almində nə yox ki bizdən
Mavi : Mərmərədən, mor: Ağdənizdən!

Yaşıl bir bucaqdır mənə Bursadan
Qara: Ərciyəsin yarları kimi
Sarı payızı var Uzunyaylanın
Bəyaz Ərzurumun qarları kimi!

 

Kimsəsizlik

Neçə vaxtdır bir qılıncım bağlı qında
Kimsəsizlik dörd yanımda bir divar kimi.
Bir məzlumam bu divarın o yanında
Şəfqətinə inadığım biri var kimi

Sanıram ki,saçlarımı oxşayır bir əl
Heç qapanmaq istəmir ki, göz qapaqlarım.
Yan otaqdan bir incə səs sanki deyir, gəl
Və həqiqət buraxmaqda hülyamı yarım.

Gözlərimdə parıltısı gümüş bir daşın
Qulaqlarım qonşuların ayaq səsində.
Nə olar ki, bir qurtum su verən olmasın
Başucumda biri mənə : su yox desin, də...

 

Xəzan yolçusuna

Saçların yenə solğun
Bağrın ələmlə dolu.
Haraya yolçuluğun
Yenə bir qürbətəmi?

Mən də bir quru yarpaq
Səninləyəm yenə bax
Zülfünə taxılaraq
Oldum gönül vərəmi!

Gözlərim dolu məlal
Üzün bir incə hilal
Gedərkən məni də al
Bərabər gedəyimmi?

 

 

Metin Altıok

1940-cı ildə İzmirdə doğuludu.İlk və orta təhsilini burada aldı.Ankara Dil və Tarix-coğrafiya fakultəsi Fəlsəfə bölümündən məzun oldu. Məmurluq və müəllimlik elədi. Şeirləriylə tanındı.2 iyun 1993-ci ildə Sivas Madimak otelində yandırılan ziyallardan biridir. ( Burada kiçik bir açıqlama:Metin Altıok və həmin oteldə yandırılan ziyalılar məhşur yazıçı Əziz Nesinin Sivasa gəlməsi üzündən baş vermişdi. «Dinsiz və ateist Əziz Nesin»in ora gəlməsinə qəti etiraz edən sivaslılar sonunda oteli basdılar və orda yanğın törətdilər.Sonralar Əziz Nesin bu iş üstündə məhkəməyə verildi və ölənə qədər də bu məhkəmə bitmədi. 33 türkiyəli aydının diri-diri yanıdığı və tüstüdən boğulduğu o günlərdə Türkiyədə yaşadığımı da bura əlavə etməyi borc bilirəm.Ona görə ki, bütün bu faktlar göydən düşmə olmasın, bir çox oxucu üçün.Metin Altıok bu aydınlardan ən tanınmışı və üzdə olanı idi.Altıok bir şeir səruveninin qəhramanı olaraq şeir sevənlərin qəlbində yaşayır.

Əsərləri

Gəzgin (1976)
Yerli yabançı (1978)
Özünü ovlayan(1979)
Kiçik tragediyalar(1982)
Şeirin ilk atlası. Tənqidi yazılar və araşdırmalar (1992).


Mükafatları
Ömər Faruk Toprak şeir mükafatı-1980

 

Tofiq Abdin

 

Tərs sevgi sözləri

1.
Sevdiyim tabutum ağ kəfənim
Dərin və lal məzar çuxurum mənim.

2.
Bir qəlibə tök məni, təmizlə məni qabda.
Keçmişim bəlli, amma gələcəyim ortada.

3.
Səhvindən böyük onun mənə elədikləri
Ürəyimin aşiq olmasından ötəri.


4.
Sən vazkeçilməz bir alışqanlıqsan
Jənnətə və ölümə qarşı bir əsrarsan.

5.
Ən böyük səhv bir qadına bağlanmaqdır
Gercək eşq bir qadından başqasına axmaqdır.

6.
Səni əlimə alıb çızırım küçələrə.
Qəribədir, həmişə mən hazıram ölməyə.

7.
Ürəyimə benzin töküb de ki, yan
Ey məni öldürüb iz buraxmayan

8.
Nə deyirlər desinlər, əlimi boya qana
Bəs eləyər,günlərim girsin sənin qoynuna.

9.
Qumar borcum, yəni namusumsan
Məsum deyil islah olmaz tutqumsan

10.
Bütün çirkinlikləri ortaya atdığından
Sevib nifrət edirəm bu yaşamaqdan.

11.
Eşq bütün pisliklərin anasıdır.
Hər eşq sonu da bir ağrı yarasıdır.

12.
Səninlə içimdə bir yaxın ölüm sevinci
Sən vaxtını çaşmazsan ölümlər keçikməli.

13.
Mənim bu gün nəfəsim barıt və qan qoxuyur.
Səninki bir bayatı, saçın yolub oxuyur.

14.
Bu dünyada zoraki bir söz kimisən.
Sevsəm sənə yazıq,sevməsəm inciyərsən.

 

15.
Sevgimiz bir daş, yarısı torpağa bastırılmış
Qaldırsan görərsən ki,orda böcəklər varmış.

16.
Təmiz qalmış nə taparsan bir çöplükdə
Eşq də kirlənir əlbət, insanlarla birlikdə.

17.
Gözlərinə boylanıb ora nə zaman baxsam
Həmişə uzaqlaşıb yol gedən bir adamsan.

 

Sarıl mənə

Bu yaşa gəldim içimdə bir uşaq hələ
Sevgilər gözləyir daima məndən.
İnsanın bir işi hər zaman əsksik
Və o əksikliyi bitirim derkən
Var olan da yoxa çıxır zamanla.

Anamın buraxdığı yerdən sarıl mənə

Xatirələr qar səpməktə incədən
Bir yorğan kimi keçmişimin üstünə.
Amma yenə də unutmaq deyil bu
Sızıldadır sənsizliyi tərsinə.
Sənin kim olduğunu bilmədən belə.

Sevgidən çaydığım yerdə sarıl mənə.

 

Bu mənim qəribliyim

Bax, ağacın budağında;
Rüzgarda quş yuvası
Sallanıb durur hələ.
Bu mənim acılarım

Bax, dənizin dalğasında
Gedən gələr sahilə
Oynayıb durar hələ.
Bu mənim bezdiklərim

Bax, divarın suvağında;
Pul pul olub tökülür
Zaman puçurlanaraq
Bu mənim günlərim.

 

Yan-yana

Sevgiylə yaranmış bir çuxur örtmüş
Batıq yerini yanağımın
Rəngi tutmasa belə.
Sanki üzümə axmış üzün
Başını başıma dayadığında.
Səninlə yan-yanayıq
Əyri bir aynanın qarşısında.

İşığı xifif bir lampa
Boğuşarkən gölgəylə divarda
İlmə-ilmə acıyla
Eşqimiz illənir otaqlarda.
Səninlə yan-yanayıq
Səssiz yorğun və ürkək
Əyri bir aynanın qarşısında.

DİGƏR MƏQALƏLƏR