DÜNYA POEZİYASI
Arvit Turqer Li (Norveç)

60-cı illərdə çap olunan şeirlərindən birində Arvit Li yazırdı: «Ovuçlarımda bu torpaqların ağırlığını duyuram»...

Bu misra artıq gənc bir şairin öz dünyasının olmasına örnək idi.Bu misradan göründüyü kimi Arvit Li bir şair olaraq yalınz öz aləmini və öz şəxsi dünyasını,dərdlərini deyil, dünyəvi məsələlər baş vuran bir yaradıcı olmağı hədəfləmişdir. Sonrakı illərdə yazdığı şeirlərdə də bu mövzu ön plana keçdi,təbiətdə və insanlıqda baş verən heç bir şeyə soyuqanlı olmadı.Vyetnamda gedən qanlı savaşlar,doğma Norveç tarlalarında axıdılan tərlər, salınan yeni bağlar və hətda yeni inşa edilən binalar belə onun şair düşüncəsinin ifadəçisi olur və dəyər qazanaraq şeirlərinə öz ağırlığını qoyurdu.


Norveçin bir çox tanınmış şairləri kimi Arvit Li də səkiləri ayaq izlərinə hədəf olan,zibilliklərində çörək qırıntıları tökülürkən insanlarının yarısı ac olan bir şəhər insanı deyil,təbiətin qoynundan gəlmiş və belə şəhərlərdə məskunlaşmağa və oraların dərdlərin anladmağa vəkil olmuş bir yaradıcıdır.Və bir müddət sonra yenə də kəndə qayıtmış və yaşamını orada sürdürməyə davam etmişdir.


Doğulduğu Selyur şəhərinin Telemarke kəndinin gözəlliklərindən ayrı yaşamağı istəməyən Arvit Li bütün şeirlərini də buralarda yazmışdır.Bu baxımdan onun şeirlərinin əksəriyyəti əməyə,işçi insanına,onların ağır yaşamlarına istək və arzularına yönəlmişdir.Bu bir də ona görə belə olmuşdur ki,şair özü bir vaxtlar qarovulçu işləmiş,meşə gözətçisi olmuş və əməyin bütün tərs üzünü görmüşdür.
Arvit Linin şeirlərində torpağın isti bir qoxusu hiss olunmaqdadır.


Tofiq Abdin


xxx

bir yay axşamı
çəmənlərin,ormanların üstündən
ötən gün öz atını
yorğun-yorğun sürməkdədi
günəş səssiz bir soyuqluğun
qoynuna girməkdədi

sənin gülüşlərini
ulduzların axınının səsində tapdım
otlarda rəqs eləyən
rüzgarların əsim-əsim
titrəməsində tapdım
bir gün gördüm
ovuclarımda torpağın ağırlığını.

yaşıllıq

bu qurbağa atılaraq-düşərək
bütün gücüylə oxuyurdu
yaşıl otlar içində
yaşıl bir şarqı səslənirdi
bu yaşıllıq
bu şərqi oxuyan qurbağaların
yalnız özlərinin idi...


lağım atanların düşüncələri

sabahınız xeyir, dağlar,
çəkiclərin yanğısı,sabahınız xeyir
bu ikicə kəlmənin
bir addım yer qazmağa
bəlkə də bir xeyri var...


xxx

ay batar bataqlıqda
dovşanlar batar bataqlıqda
ceyranlar batar bataqlıqda
ormanlar bataqlıqda batar ...


gözəl

aman allah, o gözəldi
səkib keçir önümdən
ayağında dikdaban
saçlar uzun,
dodaqlar da allanıbdı nə yaman
aman allah o gözəldi
vız gəlir dünya ona
vız gəlir hər kəs ona
vız gəlir özlərini
ona oxşadanlara ...


xxx

rəssam Eduvard Munka

Munk möhtəşəmdi...
baxın, dayandı
başını da dik tutub
siqaretin tüstüsü barmaqlarında xına
siqaretin tüstüsü darayır saçlarını
üzü par-par,gözləri fikirli
gözümə bir işıq dəydi
Eduvard Munkun portreti belədi...

 

anamın ölümü

anam tabutdadı,şamlar yanır
səssiz-səssiz yaş axır gözlərimdən
bir kimsə də yox desin
neyləyək,başlayaq nədən
biz daşamı döndük
neyləyək
bu sonsuz kədər
uzanacaq örmümün sonuna qədər
ordan Günəş qalxır
anamınsa tabutu
məzara enməkdə
necə oldu bilmirəm, bağırdım
yaşasın anam,
yaşasın mənim anam...
xxx

 

qəzetlər

küçədə rüzgarların əlində
paramparça
rüzgarlar qovalamaca oynayır onlarla
ilk səhifəsi rüzgarın ilk qurbanı
rüzgar fırladır bu səhifəni ilk öncə
bu gün də,dünən kimi
qəzetlər rüzgarların qurbanı
satanlar öz işlərində
bağırırlar, ya bu köşə də,ya o köşə də
soxulur evlərimizə
bir ev sahibi kimi
otağımızda fırlanır
oğrunun nəfəsi də
iyidin nəfəsi də
oxuyuruq baxırıq unuduruq
bizi narahat edən şeylər unudulur
yazmaz belə şeyləri qəzetlər...
fırladıb atırıq
bir də gördün yenə gələr...

 

xxx

bir şair haqqında deyirlər
melonxolik birisi
xasiyyəti dözülməz
inanmı yox kimsəyə
deyiləsi deyil heç
Qəribəsi budu ki,
bizim üçün o çox mehriban adamdı
onu biz anlayırıq
biz belə düşünmürük
hər dəfə görüşəndə
ən mehriban,ən yaxın
bir insanla görüşürük.

 

vyetnamın yanan ormanları

bombalarla gübrələnən toprağa
yarpaqlar kimi uşaqlar tökülür
analar tökülür
əskərlər tökülür
göbrələrnir torpaqlar
orman olacaq onlar
bir gün danışacaqlar Allahlarla
orman olacaq onlar.
Görürəm necə də böyüyür
sıxlaşır
onlar vəhşi deyillər.
Onlar sakitlik gəzib
yaşamaq istəyirlər.

çürük köklər çürüsə də
xalq yaşayır
itib batmaz bu elin bir misalı
xalqın gücü torpaqdadı
o torpaqdan güç alır
bu ormanlar
heç vaxt məğlub olmazlar
ucaldıqca ucalıb
qocaldıqca qocalırlar.

Şeirlər rus dilindən tərcümə olunub

DİGƏR MƏQALƏLƏR