TÜRK XALQLARI ƏDƏBİYYATINDAN
Fazil Hüsnü Dağlarca

1914-cü ildə İstanbulda anadan olub. Atası - Hasan Hüsnü bəyhərbçi, polk ovnik-leytenantolduğundan tez-tez yerdəyişirdi. Ona görə FazilHüsnü də orta təhsiliniTürkiyənin müxtəlifşəhərlərində - Konyada,Kayseridə, Adanada vəKozanda alıb.
1935-ci ildə hərbi məktəbibitirərək atasının yoluyla gedir, zabit kimi Şərqi və Orta Anadolunu,Trakyanın bir sıra bölgələrini dolaşır. 15 il orduda qulluq edəndənsonra yüzbaşı rütbəsində istefaya çıxır. 1960-cı ildən İstanbulunAksaray səmtində kitab evi açır, «Türkcə» adlı curnal buraxır.
O vaxtlar yeni yazdığı şeirləri kitab mağazasının vitrininə yapışdırar,oxucular Dağlarcanın şeirini elə ilk əldən - əlyazısında oxuyardı. Buşeirlər sonra yığılıb kitab olardı.
F.H.Dağlarca qədər məhsuldar ikinci bir şair tarmaq bəlkə dəçətindir. Vaxtilə Əziz Nesin öz dostu haqda belə demişdi: «Dağlarcagündə 10 şer yazır, ondan heç olmasa 5-i yaxşı çıxır».
Sağlığında 100-ə yaxın kitabı çar olunub. Dağlarca bu 100 kitablıqşerləri ilə özünəqədərki poeziyanın həm üslub, həm obraz, həm dədil yönündən axarını dəyişib öz bildiyi səmtə çəkmək istəyib. Çoxzaman istəyinə nail olan şair XX əsr türk poeziyasında özünəməxsusbir yer tutub, şeyrləri dünyanın bir çox dillərinə tərcümə olunub.
Yedditəpə, Türk Dil Qurumu və Pittsburq Universitetinin ŞeirÖdüllərini alıb, 1974-cü ildə Yuqoslaviyanın ən böyük «Struda» (Qızılçələng) şeir mükafatına layiq görülüb.
F.A.Daglarca 2008-ci ilin 15 oktyabrında, 94 yaşında vəfat edib.

Varlıq


BİR DƏRD BULDUQ ÖZÜMÜZƏ


Daldan düşən yarpaq üçün.
Allahımız qıyar bizə
Bir ovucluq torpaq üçün.
Rüzgar - göydə bir gəzinti;
Üşüyürük axşam vaxtı.
Nə qızmar bədənlər getdi
Torpağı isitmək üçün.
Daş yerə düşər

 


QUŞLAR VƏ BULUDLAR SEVDASINDA


Göylərə doğru heyranlıqla atar cocüğüm
Daş yerə düşər.
Allahın masmavi səmasında,
Evlər, minarələr yüksəlir səssizlik kimi,
Daş yerə düşər.
Bəlkə də sərvlər arasında
Məzarım başına daş qoyacaqlar
Daş yerə düşər.
Dörd qanadlı quş - gecə sözü.
Dörd gözünü açar
Qaranlıq
Dörd qanadımın
Düşünü[1] görmək üçün.
Tanrıyla mən
O, işinin ozanı,
Mən
Tanrısıyam işimin.


* * *
İsa,
Beləcə gəldin-keçdin
Və ayrılmadın heç
Göy qatının yuxusuz gecəsindən.
Daşda, taxtada, divarda, rəsmdə
Söylədin ninnisini
Bilinməyənin, - səssiz.
Daddırdın
Göyə gedərək
Göyün mavisində
Sonsizlugu.
Var oldun ölkə-ölkə, söz-söz.
Və sən kimsəni yaratmadın,
Səni yaratdılar.
Və bu zavallı insanlar
Nədən sevər səni
Belə
Çox,
Bilirmisən?
Asılı qalıb elə hey
Alırsan agrısını hamının çarmıxda.
Oyanar-oyanmaz o
İŞIQMI, ÇİÇƏKMİ, OTMU, SUMU
Nə qədər erkən qalxsam
Biri var
Məndən erkən qalxmış


Hazırladı: Əhməd Oğuz

DİGƏR MƏQALƏLƏR