ÇAĞDAŞ TÜRK POEZİYASI

Lalə Müldür

1956- cı ildə Aydında doğulub. Kolleci bitirdikdən sonra bir şeir yarışması təqaüdü ilə Florensiyaya gedir. 1977-ci ildə İngiltərədə Mancestr Universitetinin iqdisadiyyat fakultəsinə daxil olur. 1986-cı ildə İstanbula qayıdır. Burada ədəbiyyat və musiqi dünyasında çalışmalarına davam edir.
İlk şeirləri 1980-ci ildə "Yazı" və "Yeni İnsan" dərgilərində çıxıb. "Göstəri", "Dəftər", "Şeir Atı", "Yönəliş", "Son bahar" dərgilərində müxtəlif şeir və məqalələri dərc olunub. Şeirlərindən bəziləri bəstələnib, filmlərdə oxunub.

"Kuzey Dəftəri", "Uzaq Fırtına", və "Divanü lüğat-it Türk..." kitablarının müəllifidir. Şeirləri bəzi xarici dillərə çevrilib.

 

ƏSL ŞAİRLƏR

ölürlər əsl şairlər...
bazarların tozunda
və qüllələrin sisində bastırılaraq
gün gecəyə axır... günə gecə...
ölüm yaşama axır
yaşam bilincə...
bilinc də axar
hələ qərar verən yox
getsə otaqlarından
getsə otaqlarından biriləri...
Yalnızlıq və melanxoliya...
hər yerdəydilər...
qayıdacaq yerləri yox indi...

 

PƏNCƏRƏYƏ AXAN SƏSİN XATİRƏSİ

qısacıq bir andı,
mənə pəncərə şüşəsi səsləri kimi
bir xatirə qaldı
qısacıq bir xatirə, o çox duyarlı hallar
yaşatdı
ipə düzülən inci
dünya ilə adam
ilk yazdı, sonradan şəffaf bir şeylər
yağdı
təmizdik qarışdı incə havaya
qısacıq bir andı, bəlkə
fərqində belə deyildin sən
mən sonsuz insandım,
o qapıdan çıxarkən
xatirələrin şüşə qırıntıları kimi
toplandığı o an
başqa xatirələrin xatirəsi

 

GEDƏ BİLƏRSƏN

gedə bilərsən
səni buraxıram səməndər əllərimlə
səni buraxıram
səni buraxıram
divarlarda əks olunan əllərimlə
içimdəki sulara
içimdəki yaşıllıqlara
içimdəki bataqlıqlara
səni buraxıram
səni buraxıram özünə heyran
qollarımın anarxist gözəlliyiylə
içimdəki yosun rəngli sulara
içimdəki qorxulu sahillərə
içimdəki siyah işığa
səni buraxıram
səni yatıracam əllərimdə
bir ihlamur yarpağı kimi
səni yatıracam göksümdə
bənövşələr kimi
səni yatıracam gözlərimdə
yağış damlaları kimi...

 

 

 

Nilgün Marmara


1958-ci ildə İstanbulda doğulub. Boğaziçi Unversitetinin İngilis dili və Ədəbiyyatı fakultəsini bitirib. Nilgün Marmara çox sevdiyi,əsərlərindən təsirləndiyi, şəxsiyyəti üzərinə daima araşdırmalar apardığı Silviya Platın taleyini seçdi və 13 oktyabr 1987-ci ildə intihar etdi. Şeirlərində birinci şəxsin üstünlüyü diqqəti çəkir və xəyal ilə gerçək arasında gedib-gələn bir ovqat yaşanmaqdadı.
«Yazı makinasına tökülmüş şeirlər», «Mətnləp» kitablarının müəllifidir.

 

 

Məzar

bitirdi monoloq
qaçarkən içinə düşdüyüm qara camaat
bir rəqs sonrası böyük yalnızlıq
saçlarında titrəyən iblislər
qaraldırkən günəşi
üst-üstə bastırılırkən
şəffaf yaşamlar
bir yanğı duyulurdu heçlikdən
bütün yalnızlıqların bəd duası
qorusun sizləri
əzab qoyun igidliyin adını
maskalarınızı geyib yalanlarınızı çoxaldın
hamınız məzarısınız özünüzün...



Canım sıxıntılar sərhəddi

aydınlıqda göhnəliyi üzə vuran
şəhərdə və evdə
heç bir şey nəsə
mən oyam.
Elə azad və xöşbəxtəm ki,
bu xöşbəxtliyin şiddətinin dəyərini
bir gün ödərəm deyə düşünürəm.
Sanki var olmağım
məni cəzalandırmaq istəyirmiş kimi;
tıxanıqlıqdan mənə düşən payını
geri alaraq
bu tünlükdə,
olur-olmaz
hər kəsə
və hər şey daha artıq
dad qataraq verilir.
Ölkəm yox, cinsim yox, soyum yox, irqim yox;
və bunlara dayanacaq biricik güc,
inancım yox.
Heçlik tanrısının
qeyrətiylə dolmuşam
yalnızca buna inana bilirəm.
Yerə, göyə, zamana, dənizə,
qayalara və quşlara da toxunan eyni tanrı deyilmi?
Bu müqəddəs tanrının
idarəsində olmayan əllərimlə
olmayan bir -Tanrını tutur
və ölçürəm yoxluğun ağırlığını.
Tarazlıqlardan birinə
onun həcmi çox yaxşıca sığır,
digərinə
duyğular, duyumlar və düşüncələr yığılır,
budur yetkin bərabərlik....
Hər gün, hər gecə bu bərabərliyin bilgisiylə keçir.
bir əski satandan satın alınmış
bu tərəzini
bir gün başqa bir əski satana verərəm,
o gün baş vuraraq
hər yana dağılıb
torpağın, suyun ölümsüzlüyünə
qarışacağam
və mən azad olacağam.

 

Quşum və mən

quşum və mən bir aynada
yatırıq qəfəsimiz yatağımız
ərimlə bir-birimizə baxa-baxa
sonsuz bir bəyazlıqda, qar altında yatırıq
quşum və mən.
Ərim və mən qızıl bir bağla
bağlıyıq bir-birimizə
açılırsa qollarımız yoxsulluq sevinir
aynamızın içində tək bu bağ...
qızıl qısqanc, ərim quşum və mən...

 

Sevim üçün

bəlkə ona gedərik yarın,
bələksiz sevgiliyə,
toppuş əli qorxaq coçuğa,
ona gedərik bəlkə yarın,
görən gözü kor gözələ,
çılğın gülüşlü bəbəyə,
ürəyi sızlanan ruhun göyü
yavrucığa
yarın gedərik bəlkə ona,
əsnək qoxulu çiçəyə,
qaynaq baxışlı Venüsə -
qaydış necə olacaq sonra?


Hazırladı: Tofiq Abdin

DİGƏR MƏQALƏLƏR