AMERİKA POEZİYASI - Emili Dikkenson

Emili Dikinson - öz qəribə davranışlarıyla hamını təəccübləndirən amerika şairi Sirlər dolu həyat tərzi, əynində həmişə dəyişməz ağ paltar olan bu xanım hətta yaxın dostları ilə belə yarı örtülü qapı arxasından hal-əhval tutarmış, uzun-uzadı söhbətləşərmiş də... Sonralar dillərdən düşməyən, amerika ədəbiyyatının dahisi, hansı ki, sağlığında heç kimin tanımadığı bir qərib şairə...

Emili haqda ən dəyərli kitabı məşhur Oskar Uayld qələmə aldı.
Dikinsonun şeirləri haqda, özü kimi qəribəliklərlə (istər janr, istərsə də dumanlı obrazlar) dolu yaradıcılığı barədə çox yazılıb. Ən çoxu da Emilinin şeirlərində işlətdiyi saysız-hesabsız tirelərdən təsdiq edirlər ki, Dikinson üçün tire, - sadəcə, bir durğu işarəsi yox, məhz ritmləri ayırmaq üçün incə bir alət olub.
Dikinsonun ilk yaradıcılığı əsasən iki çatışmazlıqla dolu olub, - yüngül şeirlər və ağılsız obrazlar...
Sonralar Şekspiri, Miltonu, Gerberti və öz dövrünün böyük ingilis şairlərini oxuduqca, onların təsiri altında tam fərqli bir şair kimi formalaşmağa başlayıb. Gündəlik qəzetlər, aylıq jurnallar, din xadimlərinin dilindən eşitdiyi dualar onun hiss və duyğularını başqa axara yönəltmişdir.
Alimlər iki nöqtədən, şairlərsə tiredən bəhrələnməyi çox seviblər, indi də belədi. ...Nədənsə biz öləndən sonra qiymətimiz artır, sevilirik, heykəllərimizi ucaldırlar, dərsliklərə düşürük, - bu sual onu çox düşündürüb və Emili həyat boyu bu sualın cavabını tapa bilməyib.
Oxucunu dərindən düşündürən, öz aləminə salan Emili 1830-cü ildə doğulub.
Onun ölüm tarixini yazmıram. Qəti əmin oldum ki, qələm adamlarının yalnız doğum tarixi olur, onların heç vaxt ölüm tarixi olmur, çünki onlar ölümrlər.
Emili şeirlərinə nə ad, nə də tarix qoymayıb - sadəcə, nömrələyib şeirlərini...

 

-19 -

Zoğ... yarpaq... ləçək...
Günəş şüalarının sübh axını
Otların üstündə şeh,
Ya da ki, iki arı...
Güclə sezilən meh.
Və Mən - çiçək!

***

Hər şeyi itirdim iki dəfə
ölüm astanasında
Məzlum günümdə
iki dəfə dayandım
Allahın qapısı önündə!

Və mələk -
iki dəfə yıxılmış
itkilərin əvəzimi Verdi
Rahat oturmuşam...
Ata! Bankir! Qarətçi!
- Yenə qapı önündə durmuşam.

***
-89-

Hansısa şeylər uçur -
dolaşır veyil-veyil...
Quşlar - Arılar - Günlər
Ancaq onlar
bu Elegiyadan deyil

***
Hansısa şeylər, dayanıb...
Dağlar - Dərələr - Odlar
ayrı - ayrı canları -
Doğmalaşdırma,
qohum sayma onları!

***
Hərəkət edir onlar -
uzaqlarda aramla
Çətindi, mümkünsüzdü
yetişib yanlamaq...
başqa nə cür deyim - bulud?
Asandı anlamaq!

***

-115-

Bu nə sığınacaqdı
bu nə küncdü, nə bucaqdı?
Hanı mehmanxananın
sübhəcən oyaq,
adam dolu otaqları?
Burda
nə yeyən var, nə içən
Kimdi buranın sahibi?
Xidmətçilər hanı?
Dalanlar qap-qaranlıqdı
Alov görünmür
divar peçində
Köpüklü bakalları
yada salan yox
Şərab dolu piyaləni
ələ alan yox
Kimsəyə gərəkmisən?
Xidmətçi! Sahibkar! Cənab!
Axı sən kimsən?
Üç sifətdə... təkmisən?

***

-120-

Əgər bu «Tovuz quşusa»
Ax! Necə də gözəldi O!
«Saralıb solmasa» bu əgər
Qırmızıda basdırın məni!
Bir «yuxusa» əgər bu -
- görən nə qədər çəkər - bu
Bənzər gecədə
Dəyməz mənə baxmağa
Məni ölüm səsləyir
İncə dostum mənim!
tezliklə görüşənədək
Tovuz quşu ölmək istəyir!

***

-248-
Nədən eşitmir məni
Göylərdəki mələklər?
Bəlkə daşam, daş!
Bəlkə bərkdən oxuyuram?
Bəlkə də - yavaş!..

Mələklər əgər məni
Çəksəydilər sınağa
Sevmirlər məgər məni?
Dinləsəydilər əgər
Tuş gəlməzdim qınağa
Amma dinləmədilər.

Kişi olsaydım əgər
Özü də «Ağ paltarda»!
Rədd etməzdilər məni
bu sınaqda
çırpınmazdım çanaxda!

***
-509-

Əziz dostun öləndə
acıyaraq, - ya da salın
Demirəm ürəyinizi
Siz, - göynədib oda salın
Ötən günlərin birindən
Görəcəksiz canlı gəlir -
çıxıb, dəliqanlı gəlir!

Bazar günü geyindiyi
Yaraşıqlı kostyum -
- ayrılmış, qara saçlar -
Boş şeydi, paltar da, saç da...
Axtarsaydı
bunları hamı tapardı -
Görəsən, qəbir evinə
Özüylə O, nə apardı?

fələyin zarafatıydı -
bizlərə ərkiydi o gün?
Neçə də bürküydü o gün...
- Yada salın, inanmadan
Ki, - bu çoxdankı itkidi
İlk gündən belə düşünün
acımadan, heç yanmadan!

Sizi duyub-sevinəcək,
Parlayacaq gözləri,
dodaqları qaçacaq
Yenə də qanad açıb
üstünüzə uçacaq
Yenə dolaşdığı yer
o, qaranlıq küçədi -
o, qaranlıq dalandı...
dodağınız qaçacaq
O, - ölməyib, yalandı!

Çevirdi: Zakir Fəxri

 

DİGƏR MƏQALƏLƏR