ƏDƏBİ MOZAİKA

Qabriel Qarsia Markesin arxivi 2,2 milyon dollara satıldı

ABŞ-ın Texas Universiteti kolumbiyalı məşhur yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin (1927-2014) arxi­vini 2,2 milyon dollara alıb.

Universitet uzun müddət məbləği açıqlamaq istəməyib. Təşkilatçılar bu məlumatları gizli saxlayıb.

Texas Universiteti Markesin arxivini 2014-cü ilin noyabrında əldə edib. Kolumbiya hökuməti isə, Markesin arxivinin satılmasından narazılığını bildirib.

Qeyd edək ki, yazıçı  87 yaşında Me­xiko xəstəxanasında xərçəng xəstə­liyindən vəfat edib. 

1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Markes dünyaca məşhur “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur”, “Gözlənilən bir qətlin tarixçəsi” kimi əsərlərin müəllifidir.

 

Filip Levin vəfat edib

Müasir Amerika ədəbiyyatının ən tanınmış şairlərindən  Filip Levin dünyasını dəyişib.  87 yaşlı şairin uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.  

“Şeiri sadə amerikalıların həyatına gətirən və sevdirən şair” kimi tanınan Filip Levin 10 yanvar 1928-ci ildə Miçiqan ştatının Detroyt şəhərində mühacir-yəhudi ailəsində anadan olub. Bir çox nüfuzlu mükafatlara sahib olan Filip Levin 1995-ci ildə “Sadə həqiqət” əsərinə görə “Pulitser” mükafatına layiq görülüb.  

1991-ci ildə Beynəlxalq Kitab Mü­sa­bi­qəsinin “Poeziya” (National Book Award for Poetry) nominasiyasının qalibi olub. 2011-2012-ci illərdə ABŞ Konqres Kitab­xa­nası tərəfindən “Birləşmiş ştatların şairi” (Poet Laureate of the United States) fəxri adı ilə təltif edilib. 

Filip Levin  14 fevral 2015-ci ildə Kaliforniya ştatının Fresno şəhərində vəfat edib.

 

 “Anna Karenina” romanının onlayn- mütaliəsi Ginnesin rekordlar kitabına düşüb

“Google” şirkətinin və Lev Tolstoyun “Yasnaya Polyana” malikanə-muzeyinin birgə layihəsi olan “Anna Karenina” romanının onlayn-mütaliəsi “İnternetdə oxucu marafonunun ən böyük auditoriyası” kateqoriyasında “Ginnes”in rekordlar kitabına daxil edilib. Onlayn-mütaliədə 106-dan çox ölkə iştirak edib. 

“Google” həmçinin “Anna Karenina”nın internet versiyasını təqdim edib. “Karenina. Canlı nəşr” oxucu marafonunun materialları əsasında mətn, video, audio, sorğu informasiyasını özündə birləşdirən və müvafiq naviqasiya sistemi ilə təchiz edilən sayt yaradılıb.  Saytdakı axtarış sistemi soyadı ilə konkret iştirakçını tapmağa, romanı arzulanan hissədən oxumağa imkan verir.  Onlayn-mütaliədə 30 saat ərzində “Anna Karenina” romanını oxuyub bitirən 700-dən çox adam iştirak edib. Oxucu marafonu Moskva, Tula, Paris, Los-Anceles və digər şəhərlərin mey­danlarında keçirilib və “YouTube”də bir internet yayımda birləşdirilib.  

“Anna Karenina”nı onlayn oxuyanlar sırasında adi internet istifadəçiləri ilə yanaşı, bir çox siyasilər, o cümlədən, Ru­siya prezidentinin mətbuat katibi Dmitri Peskov da var.

 

 Helen Austis dünyasını dəyişib

“Üfüqi insan” (“The horizontal man”) adlı əsəri ilə dünya ədəbiyyatının sevimli macəra yazarları arasına daxil olan amerikalı yazıçı Helen Austis vəfat edib. 

“Nyu-York Tayms”dan yayılan xəbərdə 98 yaşlı yazıçının Manhettendə ailəsi ilə birgə yaşadığı evdə vəfat etdiyi qeyd edilib. 1947-ci ildə işıq üzü görmüş ilk ki­ta­bı ilə dövrün nüfuzlu ədəbi mü­kafat­la­rın­dan sayılan “Amerikalı macəra yazarları üçün Edqar mükafatı”nın sahibi olan yazıçının ölüm xəbərini oğlu Adam Austis Fişer açıqlayıb. Tanınmış ingilis riyaziyyatçı, professor Alfred Yanq Fişer ilə 1938-ci ildə ailə quran Helen Kolumbiya Universitetinin fəxri üzvü, Smits Kollecinin Yazıçılıq kursunun rəhbəri olub. Dünya ədəbiyyatında daha çox tərcüməçi və ədəbi tənqidçi kimi şöhrət qazanan Helen Austis 1954-cü ildə dərc olunan “Axmaq killer” (“The fool killer”) əsərinin ekran­laş­dı­rılmasından sonra bir müddət sse­na­rist­liklə də məşğul olub. 

 

Şerlok Holms haqda əlyazma tapılıb

“The Telegraph” qəzeti oxucuları ma­raqlı bir faktla üz-üzə qoyub. Belə ki, qə­zetdə Şerlok Holms haqda əlyazma tapıl­dığı yazılıb.

Əlyazmanı tapan 80 yaşlı tarixçinin sözlərinə görə, yazının müəllifi Konan Doyldur. Tarixçinin sözlərinə görə, bu əl­yaz­manı öz evinin çardağında aşkar edib: “Bu kitab, təxminən 40 və ya 50 ildir ki, mən­dədir. Yəqin ki, bunu mənə hansısa dostum hədiyyə edib, çünki belə bir kitab aldığımı xatırlamıram”. 

48 səhifəlik əlyazma şəhər muzeyində saxlanılacaq.

Qeyd edək ki, Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olub. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb.

Şerlok Holmsun macəraları onun dostu Doktor Uotsonun dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878-1914-cü illərdəki 

 

Britaniyalı yazıçı vəfat edib

Britaniyalı yazıçı Fillis Doroti Ceyms vəfat edib. O, öz kitablarını “Pi Di Ceyms” imzası ilə yazırdı. Ceyms 94 yaşında, öz şəxsi evində – Oksfordda vəfat edib.

Fillis 1920-ci ildə müfəttiş ailəsində doğulub. Ailəsinin yaşadığı sosial problemlər ucbatından orta təhsilini tamamlayandan sonra işləyib.

Ceyms kitab yazmağa 1950-ci illərdə başlayıb. Onun ilk kitabı olan “Onun simasını gizlədin” romanı 1962-ci ildə işıq üzü görüb. Bundan başqa Fillis Doroti Ceyms “Qara qüllə”, “Şahid-ekspertin ölü­mü”, “İlk günah”, “Mayak”, “Üzü çapıqlı qadın”  və “Ölüm ehtirası” kitablarının müəllifidir.

Yazıçının əsərlərinin çoxu televiziya üçün nəzərdə tutulan romanlardan 

DİGƏR MƏQALƏLƏR