Norveç səfiri Tərcümə Mərkəzində

Fevralın 10-da Norveç  Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bord İvar Svendsen Tərcümə Mərkəzində olub. Görüş zamanı, əsərləri Azərbaycan dilinə tərcümə edilən və zaman-zaman Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilən Henrik İbsen, Knut Hamsun, Arvid Turgeyr Li, Yusteyn Qorder, Tarey Vesos kimi məşhur ədiblərin yaradıcılığından, Azərbaycanda Norveç ədəbiyyatına olan maraqdan söz açılıb. Həmçinin Azərbaycan ədəbiyyatının Norveç dilinə tərcüməsinin təşkili və Osloda nəşri məsələləri müzakirə olunub.

DİGƏR MƏQALƏLƏR