Gənc ədiblərin “Yeni söz” ədəbiyyat almanaxı nəşr olundu

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran "Yeni söz" adlı ədəbiyyat almanaxı nəşr edib.

Kitabda 90-cı illərinin sonlarından bugünümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc istedadlı ədiblərin əsərləri - şeir və hekayələri yer alıb.

Nəşrin məqsədi, Azərbaycanın yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri ölkədə tanıtmaqdır. Gələcəkdə gənc müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq, Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətində layihələrdə təmsil edilməsi nəzərdə tutulur.  

Toplunun ön sözünün müəllifi - tanınmış tənqidçi Əsəd Cahangirdir.

DİGƏR MƏQALƏLƏR