ELAN: Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə kurslar təşkil edir

 

 

 

 

Kurslar iki istiqamətdə fəaliyyət göstərir:


1.      İxtisasartırma kursları  aşağıdakı dillər üzrə təşkil edilir:

 

Xarici dil

 

İxtisasartırma mövzusu

 

İngilis dili

Bədii və humanitar sahələr üzrə tərcümə

Media

Maliyyə və iqtisadi materialların tərcüməsi

Fransız dili

Media

Rəsmi, hüquqi sənədləşmələr

Alman dili

Bədii və humanitar sahələr üzrə tərcümə

Rəsmi, hüquqi sənədləşmələr

İtalyan dili

Bədii və humanitar sahələr üzrə tərcümə

Media

Ümumi tibbi materialların tərcüməsi

Rəsmi, hüquqi sənədləşmələr

İspan dili

Media

Politologiya sahəsində materialların tərcüməsi

Rəsmi, hüquqi sənədləşmələr

Rus dili

Bədii və humanitar sahələr üzrə tərcümə

Türk dili

Bədii və humanitar sahələr üzrə tərcümə

 

 

Rəsmi, hüquqi sənədləşmələr

Fars dili

Rəsmi, hüquqi sənədləşmələr

Ərəb dili

Bədii və humanitar sahələr üzrə tərcümə


2.  Dil kursları  - müxtəlif səviyyələr və aşağıdakı dillər üzrə təşkil edilir:

İngilis

Alman

Fransız

İspan

İtalyan

Rus

Türk

Fars

Ərəb

 

 

Kurslar 12 yanvar 2015 tarixindən fəaliyyətə başlayır. İxtisasartırma kurslarının müddəti 3 ay, dil kurslarının müddəti 6 aydır. Məşğələlərhəftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcəkKurslara qəbul qeydiyyatı 22 dekabr 2014 tarixində başa çatır.

Kursların aylıq ödənişi 35 AZN-dir.  

Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər qeyd olunmuş elektron poçt ünvanına göndərilməli, yaxud, kağız formatında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Kurs rəhbərliyinə təqdim edilməlidir.

Kurslara qeydiyyat üçün müvafiq sənədlər:

1) Şəxsiyyət vəsiqəsinin surəti

2) 2 ədəd fotoşəkil

3) CV

Ünvan:                       Əlimərdan Topçubaşov küçəsi, 74.

E-mail:                      idk@aztc.gov.az

Əlaqə telefonu:      (+994 12) 595-10-69

 

DİGƏR MƏQALƏLƏR