Kosta-Rika səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

 

Oktyabrın 10-da Kosta-Rika Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili  cənab Jairo Lopez Azərbaycan Tərcümə Mərkəzində olub.

Görüşdə Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş  ispandilli ədəbiyyat nümunələrindən söz açılıb, Azərbaycanla Kosta-Rika arasında ədəbi əlaqələrin qurulması, Azərbaycan ədəbiyyatının Latın Amerikasının ispandilli ölkələrində tanıdılması və təbliği işinin təşkilinə dair bir sıra məsələlər müzakirə edilib.

 

 

 

DİGƏR MƏQALƏLƏR