Mərakeş Krallığının Azərbaycandakı səfiri Tərcümə Mərkəzində

Mayın 29-da Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiricənab Həsən Hami Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsudqonağı salamlayaraq, qurumun fəaliyyəti, qısa müddət ərzində gördüyü işlər,beynəlxalq aləmdə qurduğu əlaqələr barədə qısa məlumat verərək, ərəbədəbiyyatından edilmiş tərcümələr, ərəb dünyasına, ədəbiyyatına vəmədəniyyətinə olan böyük maraqdan danışıb: "Son aylar Mərkəzin nümayəndəheyəti Londonda, Budapeştdə, Çexiya Mədəniyyət Nazirliyinin rəsmi dəvəti iləPraqada, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiricənab Ciampaolo Kutillonun dəvəti ilə Turində keçirilən Beynəlxalq KitabSərgisində iştirak etdi. Bu ölkələrin hər birində Mərkəz, Azərbaycan həqiqətlərinə,həmçinin ölkədə gedən sürətli inkişaf proseslərinə dair kitab, buklet vəməcmuələrin sərgidə iştirak edən xarici nəşriyyat və mətbu qurumları arasındayayılması ilə yanaşı, qarşılıqlı ədəbiyyatların tərcüməsi və nəşri, Azərbaycandilinin tədrisinin bu ölkələrdə təşkili, Azərbaycanın qədim əraziləri, əlifbası vəmədəniyyəti ilə bağlı kitabxanalarda saxlanılan sənəd və materialların, xəritə və atlasların surətinin əldə edilməsi ilə bağlı danışıqlar aparıldı, müqavilələrbağlandı. Bu istiqamətdə ərəb ölkələri ilə də sıx əməkdaşlıq yaratmaq niyyətindəyik. Ərəb dünyası bizim üçün, ilk növbədə, müqəddəs Məhəmmədpeyğəmbərin dünyası, ərəb dili Quran dilidir. Müasir ərəb ədiblərinin, yazıçı və şairlərinin əsərlərini Azərbaycan dilinə, həmçinin Azərbaycan ədəbiyyatını ərəbdilinə tərcümə edib ərəb dünyasına tanıtmaq, Mərkəzin həyata keçirməyi nəzərdə tutduğu əhəmiyyətli layihələr sırasındadır. Bununla bağlı biz ölkəmizdəfəaliyyət göstərən səfirlərlə görüşür, müxtəlif formatlı layihələri müzakirə edirik. Sizinlə isə, həm də bir yazıçı kimi, xüsusən Azərbaycan və azərbaycanlılarbarədə yazıb-yaradan ədib kimi görüşməyi vacib hesab etdik".

Həsən Hami: "Dəvətinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqları, ölkələri bir-birinə tanıdıb yaxınlaşdıran, dost və qardaşlıq münasibətlərini bərqəraredən bütün növ əlaqələrdən ən önəmlisi ədəbiyyatdır. Mən Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Burada işlədiyim müddətdə diplomatik fəaliyyətimləbərabər, həm də yaradıcılıqla məşğul oluram. Mən dünyanın dörd kontinentində işləmişəm, lakin Azərbaycan, ən çox əsər yazdığım ölkədir. Bakı, İçərişəhər,Azərbaycan qadınları barədə ingilis, fransız və ərəb dilində yazdığım əsərlər dünyanın bir çox ölkələrində nəşr olunub. Azərbaycanın gözəl ənənələri var və buənənələr xalqı dərindən tanımağa imkan yaradır. Ədəbiyyat da belədir. Xalqlar bir-birini yalnız ədəbiyyat vasitəsi ilə dərk edə və sevə bilər. Azərbaycanədəbiyyatının ərəb dünyasına tanıdılmasını vacib addım hesab edirəm və bu işdə, poeziya nümunələrinin ərəb dilinə tərcüməsi və ərəb dünyasında tanıdılmasıilə bağlı sizə öz köməyimizi əsirgəməyəcəyik".

Görüşün sonunda səfir Mərkəzi, bu ilin oktyabr ayında Mərakeşdə baş tutacaq Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət etdi.

 

DİGƏR MƏQALƏLƏR