Tərcümə Mərkəzi Argentina səfirliyinin təqdim etdiyi Adolfo Kasaresin “La invención de Morel” kitabını Azərbaycan dilində nəşr edəcək

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva bu gün Tərcümə Mərkəzində olub. Səfir Lui Borxesin tədqiqatçısı, yazıçı Adolfo Kasaresin “La invención de Morel” kitabını, Azərbaycan dilinə tərcümə və nəşr edilməsi məqsədi ilə Mərkəzin direktoru A. Məsuda təqdim edib. Azərbaycan-Argentina əlaqələrinin yaxınlaşmasında ədəbiyyatın xüsusi rolunu qeyd edən səfir, kitabın Azərbaycan oxucusu üçün maraqlı olacağını, bu layihənin Mərkəzlə birgə həyata keçirilməsi nəzərdə tutulan növbəti layihələrin başlanğıcı olduğunu bildirib.

 

DİGƏR MƏQALƏLƏR