Tərcümə Mərkəzinin hazırladığı "Müasir Azərbaycan ədəbiyyatı" adlı ikicildliyi işıq üzü görüb

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin hazırladığı "Müasir Azərbaycan ədəbiyyatı" (Nəsr və Poeziya) adlı ikicildliyi işıq üzü görüb. Moskvanın nüfuzlu "U Nikitskix vorot" nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş ikicildlikdə məşhur imzalarla yanaşı, müasir istedadlı gəncliyin nümayəndələri də təmsil olunur.

Qeyd edək ki, sözügedən kitablar Azərbaycan ədəbiyyatının xarici ölkələrdə tanıdılması və təbliği ilə bağlı Tərcümə Mərkəzinin həyata keçirdiyi böyük layihə çərçivəsində nəşr olunmuşdur. Hər iki kitabın ön sözünün müəllifi tanınmış yazıçısı, Rusiya Yazıçılar Birliyinin katibi Valeriy İvanov-Taqanskidir.

Kitabların təqdimat mərasiminin yaxın vaxtlarda Rusiya Yazıçılar Birliyinin iştirakı ilə Moskvada keçirilməsi nəzərdə tutulur.

DİGƏR MƏQALƏLƏR