İlqar Əlfi

İlqar Əlfi, yazıçı, tərcüməçi.

1955-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirib. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Universtetinin şərqşünaslıq fakültəsinin fars filologoyası şöbəsində təhsil alıb. 1976-1977-ci iillərdə İran Şahlığında tərücməçi işləyib. 1978-1991-ci illərdə Azərbaycan Dövlət Televiziya və radio verlişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor redaktor və şöbə müdiri işləyib. 1988-ci ildə efirə çıxan "Dalğa" bədii-publisistik proqramının yaradıcılarından biri və aparcısı olub. 1991-1993-cü illərdə İran İslam Respublikasının Bakıdakı səfirliyində müşavir işləyib. 1998-2001-ci illərdə "Bu gün" qəzetində köşə yazarı, 1999-2003-cü illərdə "Rakurs" qəzetlər qrupunun təsisçisi, "Avtorited" qəzetinin baş redaktoru olub. 2003-2006-cı ollərdə "Qafqaz Media" tədris mərkəzinin baş direktoru olub. 2007-2014-cü illərdə "APA" Holdinqin müxtəlif media qurumlarında çalışıb, APA TV-nin yaradıcılıq şurasının sədri olub.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində dil üzrə mütəxəssis işləyir.


Kitabları

"Avtoritet" romanı, Bakı, 1999

 

Tərcümə kitabları

Səməd Behrəngi, "Məhəbbət nağıları","Azərnəşr", 1984

Pablo Neruda, "Mən də yaşamışam", "Azərnəşr", 1985

Jorji Amadu, Seçilmiş əsərləri

Per Lagerkvist, Seçilmiş əsərləri

Joze Saramaqo, Seçilmiş əsərləri

Harold Pinter, Seçilmiş əsərləri

Redyard Kiplinq, Seçilmiş əsərləri

Toni Morisson, Seçilmiş əsərləri

Ernest Seton-Tompson, Seçilmiş əsərləri

Jorj Simenon, Seçilmiş əsərləri

Bertold Brext, pyesləri

Tomas Mann, povest və hekyələri