Mahir N.Qarayev

Mahir N.Qarayev - şair, tərcüməçi, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Mahir N.Qarayev 1958-ci il iyulun 17-də Göyçay rayonunda anadan olub. Göyçay şəhər orta məktəbini bitirdikdən sonra 1976-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1979-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsində təhsil alıb. Fəaliyyətinə "Sovetskaya türkologiya" jurnalının redaksiyasında başlayıb (1979-1989). "Elm", "Tarix", "ABS", "Cümə", "Azərbaycan" qəzetləri redaksiyalarında müxtəlif vəzifələrdə işləyib (1989-1994). "Week-end" ("Həftə sonu") və "Yol" qəzetləri redaksiyasında baş redaktor, Azərbaycan Tərcümə Mərkəzində bədii nəşrlər üzrə baş redaktor (1994-1996), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində mətbuat xidmətinin rəhbəri olub.

Bədii yaradıcılığa keçən əsrin 80-ci illərində çap etdirdiyi şeirlərlə başlayıb. "Azərbaycan", "Ulduz" jurnallarında şeirləri və tərcümələri çap olunub. "Dünya ədəbiyyatının korifeyləri" silsiləsindən Frans Kafkanın və Qabriel Qarsia Markesin əsərləri toplusunu nəşr edib. 

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində dil üzrə mütəxəssis işləyir.


Əsərləri

1.Tənhalıq (Şeirlər və tərcümələr). Bakı: "Oskar", 2008

2. Poetik silsilələr. Bakı, "Qanun", 2011

 

Tərcümə Kitabları

Fransa Kafka "Vəsiyyət"

Uilyam Folkner "Emili üçün qızl gül"

Qabriel Qarsia Markes "Saat 6-da gələn qadın"

Ernest Heminquey "Klimancaro qarları", "Ya var ya yox", "Qadınsız kişilər"

Andre Morua "Yad qadına məktublar"

Frans Teodor Çokor "Axınla birgə"