Etimad Başkeçid

Etimad Başkeçid - yazıçı, jurnalist, tərcüməçi.

Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1987-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb.  Boris Yevseyevin "Hekayələr" , Stiven Kinqin "Ölü zona", Lev Anninskinin "Ceviz ləpəsi" (şərikli), M.Jirmunskinin "Xalq qəhrəmanlıq eposu", Yuri Polyakovun "Rayom miqyasında fövqəladə vəziyyət",və "Süddə çəpiş" kitablarını Azərbaycan dilinə çevirib. Bakı Slavyan Univeristetində "Tələbə dünyası" qəzetinin baş redaktoru, Jurnalistika şöbəsinin müdiri, Tərcümə kafedrasının müdiri və s. vəzifələrdə çalışıb.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində dil üzrə mütəxəssis işləyir.


Kitabları

"Broy&Panoptikum" (şeirlər və hekayələr)

Min yol mənə söylər (roman)