Əlisəmid Kür

Əlisəmid Kür 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.

1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fəqrlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Dövlət Teleradio verlişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1989-cu ildə AYB-nin Ədəbiyyatı təbliğ bürosunda şöbə müdiri, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib.
1989-1995-ci ildə AYB-nin idarə heyətinin üzvü olub.
Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibidir.

Kitabları

1. "Rəngli kölgələr", Bakı, "Yazıçı" - 1989
2. "Əlisəmid və qırx tanış üz", "İşıq"- 1991
3. "Kentavr", Bakı,"Sabah" - 1995
4. "Çaylar məcrasından çıxanda", Bakı, "Vektor", 2004
5. "Sonuncu dua", Təbriz, "Dənizçin", 2013


Ədəbi mükafatları

1. "Qızıl çələng" poeziya mükafatı, Türkiyə, Antaliya, 1992
2. "Vektor" Beynəlxalq Elmi Mərkəzinin poeziya mükafatı, 2003
3. Beynəlxalq Rəsul Rza mükafatı laureatı, 2004
4. "Türk ədəbiyyatına xidmətlərinə görə" ədəbiyyat ödülü, Ankara, 2014